149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR



Xəbər verdiyimiz kimi Xəzər rayonu 149 saylı orta məktəbdə 8 mart Beynəlxalq Qadınlar bayramı günü münasibəti ilə pul yığılması məlumatı dərc etmişdik.

Məlumatda qeyd olunurdu ki, məktəbin yuxarı sinif rus dilli bölməsində təhsil alan şagirdlər 50 manat, Azərbaycan dili bölməsində təhsil alanlar üçün 30-40 manat, aşağı siniflər üçün isə 20-30 manat arası pul yığımı həyata keçirilir. Birinci siniflər üçün isə 30 manatdan pul yığılır deyə iddia olunurdu.

Vətəninfo.az məlumat verir ki, hər sinifdən uşaq sayı hesabına görə məktəbin rəhbəri Rəhilə Baxşiyevaya 10 manatdan pul verilməlidir. Pul yığımına isə müəllimlər arasında cavabdehlik daşıyan müavinləri Vəfa Əlinağıyeva və Namiq Ələkbərov icra etdiyi bildirilib.

Xəbərin araşdırılması üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı müvafiq araşdırma aparılacaq, nəticəsi haqqında əlavə məlumat veriləcək.

Əldə edilən məlumata görə xəbər mətbuatda yayıldıqdan sonra 149 saylı məktəbin direktoru Rəhilə Baxşiyevanın tapşırığına əsasən valideyn komitələri məktəbə çağrılıb,hər birindən pul yığılmadığını təsdiq edən akt tərtib olunub və məcburi imzalatdırıblar. Həmçinin məktəbə yoxlama gəldikdə özünü əvvəldən sığortaladırıb ki, əsaslı xəbərlərlər bəs şayiədir
Həmçinin sosial şəbəklərdə valideyn komitələrinə “trol” fəaliyyəti həyata keçirilməsi tapşırılıb ki, şərhlər yazılsın və Rəhilə Baxşiyevanı pul yığımına qarşı olduğu bildirilsin.

Lakin görünən dağa bələdçi lazım olmadığı üçün, illərdir davam edən bu əməl aşkar olunub, və bir çox valideyn pul yığımı barədə öz şərhini yazıb.

Məsələ ilə bağlı 149 saylı məktəbin direktoru Rəhilə Baxşiyeva isə heç bir açıqlama verməyib.

Şərhlərdə yazırlar ki:
Həmin fənn üzrə müəllim yanına hazırlığa getməsən 2 yazırlar şagirdlərə
Bir nəvəm baxçaya bir nəvəm məktəbə gedir Baxçada 20 manat, məktəbdə 25 manat yığılır.
Heç təəcübləmədim…..
Məktəb direktoru Rəhilə elə kabinet düzəldib ki ele bil baş nazirdir…..
149 bazardır nə məktəb soyub soğana döndəriblər valideynləri ….
Burda yazanlar var ki orada ele şey yoxdur ya müəllimlərdir yada valideyn komitələri……
Hamıya müəllimlər vatsapa yazır ki, pul yığılmır….
Bu məktəb uzun illərdir belədir müəllimlər direktornan əlbirdir….
Məktəbdə yuxarı sinif şagirdləri adları gedib özləri olmayan uşaqlar buraxılış imtahanına gəlir…..
Vallah bezmişik qızıl aldırırlar…..
Attestat üçün 100 manat yığırdılar vemədiyim üçün bütün qiymətləri 3 yazdılar
Həmin şərhləri oxuculara təqdim edirik.(Vətəninfo.az)





149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR











Tarix: Bu gün, 16:07


Bölməyə aid digər xəbərlər