Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT - SƏN DEMƏ...


Xəbər verdiyimiz kimi, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov işdən çıxarılıb.

Buna səbəb kimi agentlikdə son baş verən hadisələr göstərilir. Belə ki, Prezident İlham Əliyev ötən gün Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edib.

AZXEBER.COM işdən azad edilən Kənan Qasımovun 2011-ci ildə "Amerikanın Səsi" radiosuna verdiyi müsahibəsinin bəzi hissələrini təqdim edir.

O dövrlərdə "Transparency International” təşkilatının qolu olan "Şəffaflıq Azərbaycan” təşkilatının Media və İctimai Əlaqələr üzrə mütəxəssisi kimi çalışan Kənan Qasımov müsahibəsində Azərbaycanda məhkəmə sistemindəki problemlərdən danışıb.

Jurnalistin "Korrupsiya əsasən hansı sektorlarda qeydə alınır?" sualına o belə cavab verib:

"Azərbaycanda insanlar daha çox polisdə rüşvətin olması qənaətindədirlər. Eyni zamanda insanlar təhsil, məhkəmə sahəsində korrupsiyanın yüksək olması fikrindədir. Amma onu da deyə bilərəm ki, "Şəffaflıq Azərbaycan” təşkilatı tərəfindən həyata keçirilən "ALAC” layihəsi çərçivəsində vətəndaşlardan korrupsiya şikayətləri daxil olur və o şikayətlər müvafiq dövlət qurumlarına yönləndirilir. Həmin şikayətlər əsasında deyə bilərik ki, Azərbaycanda ümumilikdə daha çox şikayət məhkəmə sahəsindəndir. Məhkəmə sahəsində kifayət qədər böyük problemlər var və insanların əksəriyyəti şikayətlərini məhkəmə qərarlarının icra olunmaması, ümumilikdə məhkəmə qərarlarında yol verilmiş qeyri-obyektiv hallarından edir. Yəni sorğunun nəticələri onu göstərir ki, polis, amma bizim həyata keçirdiyimiz layihə əsasında əldə etdiyimiz rəqəmlər onu göstərir ki, məhkəmə daha çox korrupsiyalaşıb".

"Amerikanın Səsi" redaksiyasının "Son bir neçə gündə Azərbaycanın rəsmi media orqanında Qərbi ölkələrini və təşkilatlarını sərt tənqid edən yazılar dərc olunub" sualına K.Qasımov belə cavablandırıb:

"Mən öz təşkilatımızın adından bunu deyə bilərəm ki, həmin siyahıya "Transperancy International” təşkilatının adının salınmasının heç bir halda məntiqli izahı yoxdur. Ona görə ki, "Transperancy International” təşkilatı Almaniyada təsis edilib və onun baş qərargahı Berlində yerləşir. Bu təşkilatın ABŞ təşkilatı kimi göstərilməsinin nə əsaslandığı heç bir halda məlum deyil. Bizim təşkilatın yaranma nizamnaməsi də hər şeyi açıq göstərir. Məhz öz təşkilatımız adından deyə bilərəm ki, bu heç bir halda reallığı əks etdirmir"

Onu da bildirək ki, sözügedən şəxs 2009-2014-cü illərdə "Transparency International/Azerbaijan” təşkilatında müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ilin fevral ayından 2018-ci ilin aprel ayına kimi Milli Turizm Təbliğat Bürosunda Monitorinq və Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin oktyabrından Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

Onun Fuad Nağıyev tərəfindən qısa müddət ərzində strateji vəzifələrə təyin edilməsi ciddi müzakirələrə səbəb olub.

Qeyd edək ki, Turizm Agentliyində Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən "Transparency International”təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib.

"Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar”, - iddialarda deyilir. 


Tarix: Bu gün, 09:44


Bölməyə aid digər xəbərlər