18:35 / 05-03-2025
Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
18:04 / 05-03-2025
Sədrinə töhmət verilən qurum 103 milyon zərərlə işləyib - TƏFƏRRÜAT
17:26 / 05-03-2025
Nərimanovun icra başçısı VAR VƏ YA YOX... BİLİNMİR... - FOTOFAKT
16:37 / 05-03-2025
Masazır bələdiyyəsi BU QƏDƏRMİ HARINLAYIB?.. - Şəhid ailəsi ŞİKAYƏTÇİDİR
16:03 / 05-03-2025
Xətaidə sürətlənən qanunsuz tikintilər - İcra başçısı rayonu dostlarına “peşkəş“ edib
15:29 / 05-03-2025
“Şəffaflıq Azərbaycan” təşkilatı fəaliyyətini dayandırır - NƏ BAŞ VERİR?
14:59 / 05-03-2025
İstilik yoxdur, həkimlər üst geyimdə xidmət göstərir - 2 saylı Qadın Məsləhətxanasından ŞİKAYƏT
14:22 / 05-03-2025
Vidadi İsayev dövlət işçilərini qapısında qul kim işlədir - İTTİHAM VAR...
13:16 / 05-03-2025
“Rusca təhsil almış alimlərə xüsusi imtiyaz tanınır” - Tibbi Bərpa İnstitutunun elmi işçilərindən ölkə başçısına şikayət
12:26 / 05-03-2025
Adı 2 milyonluq qalmaqalda hallanan "Amal Group"u bu məmurlar himayə edirmiş
11:40 / 05-03-2025
Səbuhi Nağıyev burda özünə BİZNES QURUB... - Prezidentə MÜRACİƏT OLUNDU
11:06 / 05-03-2025
“Qaçqınkom”da Səbuhi Əhmədovdan hamı narazıdır, bəs Rövşən Rzayev necə…
10:26 / 05-03-2025
Abşeron təhsilinin şefi ilə bağlı ŞOK İDDİALAR - BU NƏDİ BELƏ?..
09:56 / 05-03-2025
Bakıxanov parkı zülmətə qərq olub, baxan yoxdur – Foto
09:23 / 05-03-2025
“Mən uşaq barədə danışanda həkimlər “TikTok”a baxırdılar” - Həkim səhlənkarlığına görə 1 il komada olan 12 yaşlı uşağın anası
08:55 / 05-03-2025
Regional Su Meliorasiya Xidmətinin tenderinin qalibinin vergi borcu varmış - 180 min manata yaxın
18:51 / 04-03-2025
Tahir Qəribovun şirkəti terrorçuluğu maliyyələşdirilməsinə görə cərimələndi....-Rəsmi məlumat
18:37 / 04-03-2025
Cərrah - Uroloq RƏŞAD ŞOLANIN səhvi ucbatından xəstə ömürlük ŞİKƏST OLDU
18:18 / 04-03-2025
Azərbaycanda töhmət alan yüksək vəzifəli məmurlar - SİYAHI
17:55 / 04-03-2025
Agentliyə 320 milyonluq mal-qara satan şirkətin nə saytı, nə də sosial media hesabı var - TƏFƏRRÜAT
17:24 / 04-03-2025
Başçının qəbuluna düşmək olmur... - "Bunun 100 günü də bitib..."
16:55 / 04-03-2025
Naftalanın icra başçısı kimə güvənib, kef edir -ŞİKAYƏT
16:35 / 04-03-2025
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
16:10 / 04-03-2025
14 yaşlı qız “Askar” hoteldə münasibətdə olduğu şəxs tərəfindən şantaj edilib - AÇIQLAMA, TƏFƏRRÜAT
15:30 / 04-03-2025
Şərurlu İsfəndiyar vətəndaşları necə aldadır?-"Jasmine Park"dan şikayətlər- Fotofaktlar
14:45 / 04-03-2025
"Əgər burada başqa ixtisaslara yer tapılırsa, bizə niyə tapılmır?" - ETİRAZ VAR...
13:26 / 04-03-2025
"Bu şəxslər direktora arxalanıb İSTƏDİYİNİ EDİR..." - ÖZBAŞINALIQ!
12:36 / 04-03-2025
“Pambıq baronu” ahıl yaşlı təqaüdçünün yazdığı memuarların işıq üzü görməsinə niyə mane olur? - PREZİDENTƏ MÜRACİƏT
11:55 / 04-03-2025
Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib - ARAŞDIRMA
10:41 / 04-03-2025
Zaqatalada qanunsuz ağac budaması - Akif Məmmədov saxta rəy verib
10:06 / 04-03-2025
Musa Kılıç saxta diplomla çalışır? -Pasiyentlər şikayət yazdı.....
09:27 / 04-03-2025
Bu gün Novruzun ikinci - Od çərşənbəsidir

Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
Bölməyə aid digər xəbərlər

Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubu ünvanlayıb.
Məktubu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva martın 5-də Bakıda “Konstitusiya və Suverenlik” ili çərçivəsində keçirilən 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə oxuyub.
Məktubda deyilir:
"Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında nəcib və gözəl analarımızın misilsiz xidməti vardır. Onlar öz güclü iradələri, vətənpərvərlik və fədakarlıqları ilə yurdumuzun mübarizə salnaməsində silinməz izlər qoymuşlar.
Azərbaycan qadınlarının dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl seçib-seçilmək hüququ qazanmaları yeni dövr tariximizin əlamətdar faktlarındandır. Mədəniyyət, elm, təhsil və səhiyyənin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqinin qadınları arasında ilk addımları atmaları onların yüksək yaradıcı potensialının nəticəsidir. Təqdirəlayiq haldır ki, müasir gənc xanımlarımız bu ənənələrə ehtiram bəsləyir, nəsillərin mənəvi varisliyi prinsipini lazımınca qoruyur, öz maarifpərvər, ziyalı sələflərinin yolunu uğurla davam etdirirlər.
Ötən müddət ərzində milli dövlət quruculuğu prosesində yaxından iştirak edərək bütün sahələrdə əzmlə çalışan qadınlarımız Vətənimizin qüdrətinin artırılması, xalqımızın rifahının yüksəlməsi naminə dolğun və səmərəli fəaliyyət göstərmiş, sosial-iqtisadi və mədəni inkişafda mühüm nailiyyətlər əldə etmişlər.
Müqəddəs ailə dəyərlərimizə dərin sədaqət nümayiş etdirən qadınlarımız ölkəmizin ictimai həyatında böyük nüfuza malikdirlər. Əminəm ki, onlar gənc nəslin Vətənə və milli ideallara bağlılıq ruhunda yetişməsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçinin ictimai-mənəvi mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər.
Əziz xanımlar!
Bayramınız mübarək olsun!"
Tarix: Dünən, 18:35
Bölməyə aid digər xəbərlər
25-05-2024, 19:09
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
4-07-2023, 17:28
Milli Məclisin növbəti iclasında 49 məsələ müzakirə olunacaq
6-07-2023, 11:06
Milli Məclisin iclası başladı - Gündəlikdə 49 məsələ var
28-10-2023, 17:58
Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası qaydaları təsdiqlənib