"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? -MƏHKƏMƏ


Nəsimi Rayon Məhkəməsində “Med Corporation” MMC-yə yazılan inzibati protokola baxılıb.

Məlumata görə,  hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.

Qərara əsasən, “Med Corporation” MMC cərimələnib.

Məlumat üçün bildirir ki, Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Qeyd edək ki,  “Med Corporation” MMC-nin nəzdində  “Avrasiya” Hospitalı fəaliyyət göstərir.(Yenixeber.org)


Tarix: Bu gün, 20:01


Bölməyə aid digər xəbərlər