09:45 / 01-02-2025
Avronun dizaynı dəyişəcək
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...


Xaçmaz rayonu, Hülövlü kənd sakini Qasımov Rüfəddin Allahqulu oğlu tərəfindən Hurriyyet.az saytına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, bələdiyyə sənədi ilə əhaliyə otlaq sahəsi kimi verilmiş 10 hektar torpaq sahəsində pomidor və taxıl əkirlər, mal- qara üçün istifadə olunmur:

“Bu səbəbdən, mən, vətəndaş olaraq, məcbur qalıb sizə müraciət edirəm.

Rəsmi qurumların verdiyi sənədlər, sadəcə, bir kağız parçadıdır. Biz indiki halda mal-qaramızı otarmağa yer tapmırıq. Rəhbərlik Prezidentin sərəncamını da saymır.

Qeyd edim ki, bu örüş sahəsi 1999-cu ildə kənd camaatı üçün ayrılmışdı. Lakin kənd camaatının istifadəsinə icazə verilmir”.


Tarix: Bu gün, 15:12


Bölməyə aid digər xəbərlər