ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video

Xalq.az-a daxil olan məlumata görə bəzi seçki dairələrinin məntəqələrində “KARUSEL”  həyata keçirilib.  Bu proses 109 saylı Qazax seçki dairəsi üzrə məntəqələrdə baş verib. Belə ki, ADY-nın Qazax Dəmir yolları idarəsinin əməkdaşları bir neçə məntəqədə səsverdiyi yerdə aşkarlanıblar.

Videoda göründüyü kimi səsverməyə gələn idarənin əməkdaş bildirib ki, “Dəmir yol idarəsinin rəsinin tapşırığı  ilə səsverməyə gəliblər”.

Xalq.az məlumat verir ki, video sosial platformada yayımlanıb.

Bu məsələ ilə bağlı ADY-dan heç bir açıqlama almaq, həmçinin  Qazax Dəmir yolları idarəsi ilə əlaqə yaratmaq mümkün olmadı.(Xalq.az)

Qurumun açıqlmasını dərc etməyə hazırıq.


Tarix: Bu gün, 16:34


Bölməyə aid digər xəbərlər