Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...


Dövlət Gömrük Komitəsinin işçilərinin 3 aydan bəri gecikən əmək haqlarının ödənilmısinə baxmayaraq, hələ də Dövlət Gömrük Akademiyasının tələbələrinin təqaüdləri verilməyib.

Bu barədə Gununsesi.info-ya adıçəkilən akademiyada təhsil alan tələbələr deyib.

Onların sözlərinə görə, dekabr və yanvar ayları üçün təqaüdləri köçürülməyib.

“Akademiyanın maliyyə idarəsindən isə problemin nə zaman həllini tapacağına dair vəd verilmir” deyə tələbələr bildirib.


Tarix: Bu gün, 17:43


Bölməyə aid digər xəbərlər