20:00 / 23-01-2025
Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib
19:35 / 23-01-2025
Təzaxan Məmmədov Badamdar,qızı Nəzrin Təzəxan qızı isə Səbail bələdiyyəsinə namizəddir-Sədr kim olacaq?
17:01 / 23-01-2025
Paşinyan: Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır
16:49 / 23-01-2025
Hərbi formanı qanunsuz daşıyanların cərimələri ARTIRILIR
16:41 / 23-01-2025
Çağırışçılarla bağlı cərimələr artırılır
16:18 / 23-01-2025
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini
15:51 / 23-01-2025
Samir Şərifova yeni vəzifə VERİLDİ
15:07 / 23-01-2025
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
14:19 / 23-01-2025
BDU-nun əməkdaşı vəfat etdi
13:48 / 23-01-2025
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
12:46 / 23-01-2025
Yeyinti Sənayesini bitirən Fuad Hacıyevin İdman Akademiyasında macəraları - Video
12:08 / 23-01-2025
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
11:35 / 23-01-2025
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
11:07 / 23-01-2025
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
10:33 / 23-01-2025
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
10:08 / 23-01-2025
Bakıda nadir memarlıq nümunəsi dağıdılır – Rostropoviç bunu da alıb/VİDEO
09:28 / 23-01-2025
Cənab Ali Baş Komandan bizi xilas edin! Nuriyevlər Sabirabadda sabotajla məşğuldur
09:21 / 23-01-2025
“Katibə qalmaqalı” ilə gündəmə gələn Nazim Eynallının “ölü canlar” idarəsi…
08:54 / 23-01-2025
“AAAF Park”-da qanunsuz tikinti davam etdirilir – Obyekti Vüqar Sədizadə tikdirir?
19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
“SAS 2015” şirkətinin növbəti “tikinti şousu”:bir kompleksi iki icazə sənədi ilə inşa edilir?
Vətəndaşlara yaratdığı problemlər səbəbindən adı vaxtaşırı olaraq mediada hallanan “SAS 2015” MMC tikinti şirkəti yenidən qalmaqalla gündəmə gəlib.
Şirkət bu dəfə Ceyranbatan qəsəbəsinin sakinlərini özündən narazı salıb. Belə ki, MMC-nin Abşeron rayonu Ceyranbatan qəsəbəsi, Bakı-Quba yolunun 26-cı km-də apardığı tikinti işləri ətraf ərazidə yaşayanların rahatlığını əlindən alıb.
Bir qrup qəsəbə sakini tərəfindən redaksiyamıza bu barədə müraciət daxil olub. Şikayətçilər adıçəkilən şirkətin onların uzun illərdən bəri məskunlaşdığı binalara yaxın ərazidə apardığı sürətli inşaat işlərindən narazılıqlarını bildirirlər. Etiraza səbəb isə “SAS 2015”in həmin ərazidə təməlini qoyduğu yaşayış kompleksini tezliklə tikərək başa çatdırmaq cəhdidir. Sakinlər deyir ki, ərazidə gecə saatlarında belə ağır texnikalar çalışır ki, bu da onların dincliyini pozur. Üstəlik, bununla bağlı şirkət nümayəndələrinə dəfələrlə irad bildirsələr də, hələ ki tikinti sahibləri ilə ümumi dil tapa bilməyiblər.
Əməkdaşımız şirkətin Ceyranbatandakı fəaliyyətini araşdırmağa çalışıb. Məlum olub ki, 2015-ci ildən fəaliyyət göstərən “SASGROUP” bu günə qədər əsasən Abşeron rayonu ərazisində həyata keçirdiyi bir neçə tikinti layihəsi ilə tanınıb. Amma bu layihələr şirkətə heç də nüfuz qazandırmayıb, əksinə, haqqında mənfi imic formalaşdırıb. Hətta iki il öncə Xırdalan qəsəbəsi ərazisində şirkətin satın aldığı “Köhnə statistika” binasından məcburi köçkünləri zorla çıxarmaq cəhdləri də böyük səs-küy yaratmışdı.
Mediada yayılan digər xəbərlərə görə, şirkət işlərini daha çox qeyri-qanuni yollarla həyata keçirir və belə vəziyyətlərdə Abşeron rayonunun indiki icra başçısı Abdin Fərzəliyevin “çətiri altına sığınır”. Təsadüfi deyil ki, məcburi köçkün soydaşlarımızla bağlı bəhs etdiyimiz zor tətbiqi olayında da A.Fərzəliyevin adı hallanırdı.
Ancaq bu, “SASGROUP” haqqında ictimailəşən neqativ xəbərlərin heç də hamısı deyil. Belə ki, araşdırmalarımız zamanı ortaya başqa faktlar da çıxıb. Məlum olub ki, adıçəkilən şirkət Ceyranbatan qəsəbəsi, Bakı-Quba yolunun 26-cı km-də yerləşən torpaq sahəsində apardığı tikintiyə icazəni Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədovanın vaxtında alıb. İşin qaranlıq tərəfi isə odur ki, xanım Gülməmmədova Ceyranbatan ərazisində tikinti aparmaq üçün “SASGROUP”a eyni məzmunlu icazəni nədənsə müxtəlif illərdə (2017 və 2021-ci ildə) iki dəfə verib. Yəni təəccüb doğuran əsas məqam da hansısa şirkətin eyni tikintiyə iki icazə sənədini necə əldə edə bilməsi məsələsidir. Bax, bu sualın cavabı tapılsa, “SAS 2015”in fəaliyyətinin gizli məqamlarına da işıq düşər. Təəssüf ki, şirkətə dəfələrlə etdiyimiz zənglər cavabsız qaldığından ortada olan bəzi müəmmaları sona qədər araşdırmaq niyyətimiz baş tutmadı.
Buna rəğmən məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə (RİH) ünvanladığımız sorğu özünü çox gözlətmədi. İcra hakimiyyətinin rəsmi cavabından da hazırda Ceyranbatan qəsəbəsində 55.400 kvadratmetr sahədə aparılan böyük bir tikintinin qanunazidd həyata keçirildiyi məlum olub.
Bildirilib ki, müraciətə əsasən RİH tərəfindən həmin ünvana baxış keçirilib, tikinti işlərinə dair icazəverici sənədlər əldə olunanadək inşaat işlərinin aparılmasının mümkünsüzlüyü barədə tikinti sahiblərinə xəbərdarlıq edilib.
“Qanunsuzluğun təkrarlanmasına yol verilməməsi üçün AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5.1-ci maddəsinin tələblərinə əməl edilərək, Tikintilərin Dövlət Reyestrində qeydə alınması izah olunub”, – deyə RİH-dən verilən cavabda bildirilib.
Mövzu ilə bağlı “SASGROUP” şirkətinin də mövqeyini dərc etməyə hazırıq.(konkret.az)
Məsələni diqqətdə saxlayacağıq.
Bölməyə aid digər xəbərlər

Tarix: 11-07-2024, 19:03
Bölməyə aid digər xəbərlər
4-06-2024, 09:25
Özü olub adı olmayan fövqəladə sığorta şirkəti... - FAKT BUDUR!

25-05-2024, 19:09
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
25-06-2023, 10:34
ŞAHBUZ: Nə şahlıq yıxılıb... nə vətəndaşa buz kimi münasibət dəyişib... - Hamı özünü Talıbovun dönəmindəki kimi hiss edir...