Paşinyan: Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır

Paşinyan: Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır

Ermənistan sülh gündəliyinin irəliləməsində beynəlxalq ictimaiyyətin dəstəyinə ümid edir.

Bunu Ermənistan baş naziri Nikol Paşinyan Davos İqtisadi Forumunda "Avropanın təsirini necə yaymaq olar" panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, Ermənistan regiondakı ölkələrlə iqtisadi əlaqələri gücləndirmək niyyətindədir. Xüsusilə, Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır. İrəvan Türkiyə ilə diplomatik münasibətlərin qurulması üzərində işləyir.

O, həmçinin qeyd edib ki, Ermənistan İran və Gürcüstanla da əməkdaşlığı dərinləşdirmək niyyətindədir.(Report)


Tarix: Bu gün, 17:01


Bölməyə aid digər xəbərlər