14:26 / 20-01-2025
35 il öncənin Bakısı - FOTO
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?

Hadisə Sabunçu körpüsunun yaxınlığında, H.Əliyev prospekti ilə Hava limanı istiqamətində baş verib. 1980-ci il təvəllüdlü Nail Abdullayev idarə etdiyi “Mercedes” markalı, 77 YD 054 dövlət nömrə nişanlı avtomobillə 40-45 yaşlarda kişini  piyadaların hərəkəti üçün nəzərdə tutulmuş keçiddə vurub.Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb . Qəzanı törədən Nail Abdullayev “Azəriqaz” İstehsalat Birliyin baş direktorun müşaviridir.
Hadisə 08.01.2025-ci il tarixində  baş verməsinə baxmayaraq ictimaiyyətdən gizlədilib. Qəza zamanı vəfat edən şəxsin yaxınları Tərəf.az-a zəng edərək qorxa-qorxa məlumat veriblər ki, Nail Abdullayev məsələnin ictimailəşməməsi üçün onlara külli miqdarda pul təklif edib.) Bəzi mənbələrdə bu məbləğin 250 min manat olduğu iddia olunur. ) Onlar sayt rəhbərliyindən məsələni ictimailəşdirməyə dəstək olmalarını xahiş ediblər.
  Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb. Prokurorluq hələ ki, hadisəyə hüquqi qiymət verməyib.


Tarix: Bu gün, 10:26


Bölməyə aid digər xəbərlər