Təzaxan Məmmədov Badamdar,qızı Nəzrin Təzəxan qızı isə Səbail bələdiyyəsinə namizəddir-Sədr kim olacaq?


29 yanvar 2025-ci ildə  olkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. 

Artıq bələdiyyə seçkilərinə namizədliyini vermiş şəxslər təbliğat təşviqat kampaniyası aparırlar.  Bu seçkilərdə iştirak edən gənc namizədlər var və bu  sözün əsl mənasında sevindirici haldır.

 XALQ.AZ-a daxil olan məlumata görə  Səbail rayonu Badamdar qəsəbə Bələdiyyəsinin sədri Təzəxan Məmmədov bu il keçiriləcək bələdiyyə seçkilərində də iştirak edir. Özü Badamdar bələdiyyəsi üzrə qızı isə Səbail bələdiyyəsi üzrə namizəddilər.  Bu keçiriləcək seçkilərdə bələdiyyə sədri narahatçılığını biruzə verməsədə. Təbliğat təşviqat kampaniyası zamanı əhali görüşlərə gəlmidiyi məlum olmuşdur. Belə ki, ötən illərdə onun fəaliyyəti heç də qənaətbəxş hesab etmək olmadığına görə seçicilər daha onu bələdiyyə sədri görmək istəmirlər.

Bu günə qədər adı müxtəlif qalmaqallarda hallanan bələdiyyə sədri Səbail rayonunda uzun illərdir “makler” torpaq alqı-satqısı ilə məşgul olan kimi tanınıb.

Onu əvvəldən tanıyanlar yaxşı bilir ki, Təzəxan Məmmədov rayonda sözün əsl mənasında vaxtilə Badamdar ərazisində boş əraziləri “saxta sənədlər”lə satışını həyata keçirdiyi iddia olunur. Hələ bu azmış kimi satdığı torpaqların ev və obyekt tikilməsində də vasitəçi olub.

Həmçinin  bələdiyyələrinin büdcə daxilolmalarının həcmi gizlədildiyi də iddia edilir. Səbail rayonu, Badamdar qəsəbə sakinlərindən alınan məlumatlara əsasən bələdiyyə sədri Təzəxan Məmmədov heç də bələdiyyə işləri ilə məşgül olmadığı bildirilir. Badamdar ərazisində biznesini genişləndirmək və  inkişaf etdirmək üçün vasitəçi kimi fəal işlər görür deyə iddialar səsləndirilib.

XALQ.AZ-ın əldə etdiyi digər məlumat bildirir ki,   Bələdiyyə sədri Təzaxan Məmmədov 7 saylı  Səbail seçki dairəsi Badamdar bələdiyyəsi üzrə namizəddir qızı Vahidova Nəzrin Təzaxan qızı isə Səbail bələdiyyəsi üzrə  namizədliyi irəli sürülüb.

Məsələ ilə bağlı əməkdaşımız  Təzəxan Məmmədoval əlaqə saxlayıb. Bələdiyyə sədri qızının bələdiyyə seçkilərində namizəd olması barədə məlumatın olmamasını bildirdi, vətəndaşların isə səsləndirdiyi iddialara yalan olduğunu fəaliyyəti dövründə yaxşı işlədiyini qeyd etdi.

Amma araşdırmalarımız zamanı MSK-nın rəsmi məlumatında Vahidova Nəzrin Təzaxan qızı bələdiyyə seçkilərində namizəd kimi qeydə alınıb. Lakin təbliğat təşviqat kampaniyasında  həmçinin  seçicilərlə görüşlərdə belə iştirak etmir.

Ümid edirik, 29 sentyabrda keçiriləcək bələdiyyə seçkilərində ən layiqli namizədlər qalib olacaq.( XALQ.AZ)

Araşdırmalarımız davam etdirəcəyik .



Tarix: Bu gün, 19:35


Bölməyə aid digər xəbərlər