"Ailə TV" deyir ki, problem ümumidir... - MÜRACİƏT

"Ailə TV" deyir ki, problem ümumidir... - MÜRACİƏT
"Son 1 aydır Aile tv-nin interneti bərbad işləyir". DİA.AZ bildirir ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Riana Əmirxanova adlı istifadəçi qeyd edib.
 
Narazı vətəndaş daha sonra deyir: "Gərək modemin yanında durasan ki, internet işləyə. O biri otağa keçəndə hətta "vatsap"da mesaj belə güclə gedir.
 
Özlərinə demişəm, deyirlər, ümumi - yuxarı provayderdən gələn problemdir, gözləyirik, həll olunsun. Sizdə də elədir?"
 
İddia olunanlarla bağlı  olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Tarix: 23-06-2023, 09:52


Bölməyə aid digər xəbərlər