20:00 / 23-01-2025
Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib
19:35 / 23-01-2025
Təzaxan Məmmədov Badamdar,qızı Nəzrin Təzəxan qızı isə Səbail bələdiyyəsinə namizəddir-Sədr kim olacaq?
17:01 / 23-01-2025
Paşinyan: Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır
16:49 / 23-01-2025
Hərbi formanı qanunsuz daşıyanların cərimələri ARTIRILIR
16:41 / 23-01-2025
Çağırışçılarla bağlı cərimələr artırılır
16:18 / 23-01-2025
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini
15:51 / 23-01-2025
Samir Şərifova yeni vəzifə VERİLDİ
15:07 / 23-01-2025
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
14:19 / 23-01-2025
BDU-nun əməkdaşı vəfat etdi
13:48 / 23-01-2025
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
12:46 / 23-01-2025
Yeyinti Sənayesini bitirən Fuad Hacıyevin İdman Akademiyasında macəraları - Video
12:08 / 23-01-2025
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
11:35 / 23-01-2025
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
11:07 / 23-01-2025
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
10:33 / 23-01-2025
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
10:08 / 23-01-2025
Bakıda nadir memarlıq nümunəsi dağıdılır – Rostropoviç bunu da alıb/VİDEO
09:28 / 23-01-2025
Cənab Ali Baş Komandan bizi xilas edin! Nuriyevlər Sabirabadda sabotajla məşğuldur
09:21 / 23-01-2025
“Katibə qalmaqalı” ilə gündəmə gələn Nazim Eynallının “ölü canlar” idarəsi…
08:54 / 23-01-2025
“AAAF Park”-da qanunsuz tikinti davam etdirilir – Obyekti Vüqar Sədizadə tikdirir?
19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Hökumət seçkiqabağı niyə qiymət artımına getdi... - HƏQİQƏTƏN DƏ...
Hökumət seçkiqabağı əhalinin sosial güzəranına təsir edən qiymət artımına getdi. Əslində, benzin, dizel və ictimai nəqliyyatda bahalaşma gözlənilən idi. Xeyli zaman idi ki, iqtisadçılar proqnozlar səsləndirirdi. Lakin belə tez - özü də növbədənkənar parlament seçkilərinin vaxtı təyin olunduqdan iki gün sonra qiymətlərin qalxacağı hesablanmamışdı. Ancaq indisə iqtisadçılar daha yeni proqnozlar irəli sürürlər - yaxın aylarda kommunal xidmətlərin bahalaşması və gələn il manatın ucuzlaşması. Beləliklə, həyat bahalaşır, standartlar yüksəlir, orta təbəqə sürətlə mənfi saldoya düşür. Devalvasiya və ardınca pandemiya müsbət templə artan orta təbəqəni indi aradan qaldırıb mənfiyə aparır. Bu da sosial təbəqələşməni sürətləndirəcək. Dünənə qədər inflyasiya yox idi, qiymətlər münasib idi və əhali kredit, yaxud əlində yığdığı vəsaitlə ev tikir, mənzil alır, avtomobilə sahiblənir, yay-qış istirahət tətilləri qura bilirdi. Artıq o təbəqə bu bahalaşma fonunda xərcləri artdığı üçün gəlirlərini gündəlik tələbat mallarına ödəyə bilir və başqa heç nəyə imkanı çatmır. Bu da tədricən orta təbəqənin yoxsulluqdan bir qədər yuxarıdakı pillədə saxlayır. El dilində desək, indiki gəlirlər və şərtlərlə başını dolandıra bilərsən.
Anaxeber.info bildirir ki, burada quru sərhədlərin qapalı saxlanması, inhisarçılıq, süni qiymət artımı da ciddi rol oynayır. Habelə, kommunal ödənişlərdə limit tətbiqi, ərzaq məhsullarının üçqat bahalaşması vacib paya sahibdir. Bunun davamı olaraq iyulun 1-dən yanacağın və ictimai nəqliyyatda gediş haqlarının qiymətinin qaldırılması təbii ki, əhalinin cüzdanına təsir göstərəcək. Çünki təkcə bahalaşan yanacaq və nəqliyyat deyil. Dizelin bahalaşması kənd təsərrüfatı məhsullarının, o cümlədən ərzağın qiymətinə təsir edəcək. Həmçinin, xidmət sahələrində - restoran, otel, ət və ət məhsulları bazarları, həmçinin, digər sahələrdə bahalaşmanı hiss edəcəyik. Bu da inflyasiyanı artıracaq. Əslində, gediş haqlarının 50 qəpik müəyyən edilməsi böyük rəqəm də deyil. Sadəcə, əhalinin gəlirləri az olduğuna görə artan xərclər çatdırmağa imkan vermir. Əgər gəlirlərdə artım olsaydı, qiymətlərin qalxmasının böyük nəticəsi olmayacaqdı. Çünki pulun dəyərini itirdiyi vaxtda 50 qəpik ciddi vəsait deyil, amma əhalinin qazancını nəzərə alanda, o zaman qiymət artımı mənfi nəticələrini göstərməyə başlayır. Əgər gələn il dolların bahalaşması baş versə, o zaman Azərbaycan iqtisadiyyatı növbəti dəfə şok terapiyası yaşayacaq.
İqtisadçı Natiq Cəfərli isə hesab edir ki,
Aİ92 və dizel yanacağının qiymətinin artması üçün heç bir iqtisadi əsas yoxdur – neft ölkəsiyik, xammal xaricdən almırıq, yerli istehsalımız var, neftin qiyməti dünya bazarında ilin əvvəlindən bəri artmayıb, 80-85 dollar koridorunda sabitləşib.
Dəb olan “ekoloji problemlər” mövzusunu işin içinə qatıb qiymət artımına “qlamur” don geydirmək də doğru deyil – ekoloji həssaslığımız, avtomobil parkını yeniləmək istəyimiz, elektrik və hibrid maşınlara keçidi sürətləndirmək arzumuz varsa, o zaman geniş təşviq proqramı qəbul edilməli, keçid orqanik və təbii yolla baş verməlidir. Ekspertij sözlərinə görə, bu gün elektrik və hibrid maşınlarına güzəştlər yetərli deyil, son 3 ildə istehsal olunan avtomobillərə şamil edilir – yeni avtomobillər isə bahadır, vətəndaşın alım gücünə uyğun deyil.
Bölməyə aid digər xəbərlər

Anaxeber.info
Tarix: 1-07-2024, 10:13
Bölməyə aid digər xəbərlər
7-11-2023, 14:25
Prezident onları təltif etdi - Siyahı
13-06-2024, 17:15
Vergilər Nazirliyinin sahibkarlara qarşı “Mal Qalığı” savaşı: İnhisarçıların “heyfi” kiçik sahibkarlardan necə çıxılır?
28-08-2023, 19:19
'Uşaq qidaları az qala hər həftə bahalaşır' - ARAŞDIRMA
26-07-2023, 11:15
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı