20:00 / 23-01-2025
Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib
19:35 / 23-01-2025
Təzaxan Məmmədov Badamdar,qızı Nəzrin Təzəxan qızı isə Səbail bələdiyyəsinə namizəddir-Sədr kim olacaq?
17:01 / 23-01-2025
Paşinyan: Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır
16:49 / 23-01-2025
Hərbi formanı qanunsuz daşıyanların cərimələri ARTIRILIR
16:41 / 23-01-2025
Çağırışçılarla bağlı cərimələr artırılır
16:18 / 23-01-2025
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini
15:51 / 23-01-2025
Samir Şərifova yeni vəzifə VERİLDİ
15:07 / 23-01-2025
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
14:19 / 23-01-2025
BDU-nun əməkdaşı vəfat etdi
13:48 / 23-01-2025
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
12:46 / 23-01-2025
Yeyinti Sənayesini bitirən Fuad Hacıyevin İdman Akademiyasında macəraları - Video
12:08 / 23-01-2025
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
11:35 / 23-01-2025
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
11:07 / 23-01-2025
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
10:33 / 23-01-2025
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
10:08 / 23-01-2025
Bakıda nadir memarlıq nümunəsi dağıdılır – Rostropoviç bunu da alıb/VİDEO
09:28 / 23-01-2025
Cənab Ali Baş Komandan bizi xilas edin! Nuriyevlər Sabirabadda sabotajla məşğuldur
09:21 / 23-01-2025
“Katibə qalmaqalı” ilə gündəmə gələn Nazim Eynallının “ölü canlar” idarəsi…
08:54 / 23-01-2025
“AAAF Park”-da qanunsuz tikinti davam etdirilir – Obyekti Vüqar Sədizadə tikdirir?
19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Maliyyə Nazirliyində kadr müəmması - İLGİNC FAKTLAR
Maliyyə Nazirliyinin ən prinsipial və ən savadlı kadrlarından olan, Maliyyə Nazirliyinin Aparat rəhbəri, Namiq Süleymanov 65 yaşı tamam olduğundan dərhal təqaüdə göndərilmiş, ondan yaşca böyük olan Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi- Cavanşir Əmralı oğlu Yusifov həmin vəzifəyə təyin edilmişdir. Hazırda da, Cavanşir Yusifov 70 yaşını haqlasa da, həmin vəzifədə çalışmaqdadır və bu yerdəyişməni o, çox sadə formada izah etmişdir: “Ağa deyir sür dərəyə, sən də sür də… Ağa iləmi höcətləşəcəksən?”
Beləliklə, Maliyyə Nazirliyində Nazirin bütün göstərişlərinin müzakirəsiz qəbuluna boyun əyməyən Namiq Süleymanovu işindən azad etməklə, Samir Şərifov hazırda özünü- “Bağdadda kor xəlifə, burda mənəm” kimi aparır. Bütün bu halın isə yeganə səbəbi, törətdikləri cinayət əməllərindən Prezidentimizin və aidiyatı qurumların xəbər tutacaqlarının qarşısını ala biləcəyini düşünmüşdür.
Maliyyə Nazirliyində nələr baş verirdi ki?
Nazir Samir Şərifov tərəfindən Naziriyinin işlərinin bu cür təşkili, əvvəlcədən düşünülərək məqsədli şəkildə olmuş və bu ona və əlbir olduğu şəxslərə, 100 milyonlarla dövlət vəsaitinin mənimsənillməsinə əlverişli şərait yaratmış və indiki zamanda, işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması işlərinin görüldüyü, qaçqın qüşmüş insanlarımızın yurdlarına qaytarılmasının təmin edilməsində hər manata ehtiyacın olduğu bir zamanda, bu pulların geri qaytarılaraq bu işlərə sərf edilməsi başlıca vəzifəmiz olmalıdır.
Prezidentin, “Biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik” səsləndirdiyi şüar, bu sətrlərin qələmə alınmasına səbəb olmuş və baş vermiş maliyyə pozuntuları nəticəsində büdcədən oğurlanmış 100 milyonlarla vəsaitin geri qaytarılaraq işğaldan azad edilmiş əraziərimizin maliyyələşməsinə yönəldilməsinə yardımçı olmaq hər bir azərbaycan vətəndaşının şərəf borcu olmalıdır.
“Sovetski” deyilən ərazinin sökülməsinə 2014-cü ildə başlanıldı. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri satın alınıb, sökülüb. İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir və hər kəsə də məlum olduğu kimi, bu işlər Maliyyə Nazirliyinin rəhbərliyi və nəzarəti ilə aparılmışdır.
Sakinlərin və onların vəkillərinin cumhuriyyet.az-a bildirdiyinə görə görə isə, keçmiş “Sovetski” sakinlərindən heç biri torpağa görə təzminat almayıb: “Sahib olduqlarını təsdiqləyən sənədləri, yəni “kupçaları olmamış, əslində heç buna ehtiyacları da yaranmamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, vətəndaşların fərdi evlərinin altındakı qanuni istifadəsində olan torpaqlar onların şəxsi mülkiyyətidir”.
Bundan əlavə, təzminat məbləğinin hansı meyarlara əsasən, necə təyin olunduğu sonadək aydın olmamışdır. “Çünki qeyri-yaşayış sahəsi üçün bir məbləğ kompensasiya təyin olundu və yaşayış sahəsi üçün tamamilə fərqli bir məbləğ.”
Yasamal rayon İcra Hakimiyyətinin təşkil etdiyi daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar Komissiyayanın özünün tərtib etdiyi sənədlərə belə məhəl qoyulmamışdır.
Hətta müvafiq məhkəmə qətnamələri ilə, sakinlərin hər birinin payına düşən məbləğin verilməsindən imtina edilərərk Maliyyə Nazirliyinin əməkdaşlarının onlara təklif etdiyi daha az miqdarda kompensasiya razılıq verilməsi üçün onlara təzyiqlər olunmuşdur.
Ən başlıcası isə, Maliyyə Nazirliyinin rəhbərlliyinin, kompensasiyaların verilməsində “tətbiq etdiyi” sxem üzrə 100 milyonlarla mənimsəmələrin aparılması olmuşdur.
Belə ki, bu işlərin görülməsi zamanı, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Yasamal Rayon İcra Hakimiyyətinin və sakinlərinin də Komissiyaya təqdim etdikləri sənədlərdən görünürdü ki, sökülməsi nəzərdə tutulan evlərə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışlar olmamış və bu amil sonda, kompensasiyaların ödənilməsi üzrə, ödənilən məbləğlərin hər sakinin yaşadığı evin sahəsinə uyğun olub-olmamasının yoxlanılmasını mümkünsüz edir.
Bu amildən istifadə edən Maliyyə Nazirliyi, Yasamal Rayon İcra Hakimiyytinin əməkdaşları ilə əlaqəyə girərək, evlərin sökülməsindən bir gün əvvəl, həmin evlərin mülkiyyətçiləri ilə cinayət əlaqəsinə girərək, sökülməsi nəzərdə tutulan evlərin sahələrini süni surətdə artırmaqla əldə edilən pulu aralarında bölüşdürməklə, faktiki olaraq dövlət büdcəsinin pulunu mənimsəmişlər, evin söküntüsündən sonra isə, onların cinayət əməllərinin aşkar edilməsinim mümkünsüz olduğunu düşünmüşlər.
Kompensasiyaların verilməsi üzrə Komissiyaya aid sənədlərin bir qismi Yasamal rayon İcra Hakimiyyətində, bir qismi də Maliyyə Nazirliyində saxlanılır. Həmin sənədlərin də hazırda, Dövlət Arxivinə təhvil verilmədən daxili əmrlə məhv edilməsinin aparılması nəzərdə tuutulmuşdur ki, bununla da, bu sxem üzrə mənimsənilmiş 100 milyonlarla vəsaitin kimlər tərəfindən mənimsənilməsinin müəyyən edilərək geri qaytarılması mümkün olmasın.
Lakin, Azərbaycan Respublikasının aidiyyatı qurumları tərəfindən tətbiq ediləcək sadə üsulla, bu vəsaitlərin kimlər tərəfindən mənimsənildiyinin müəyyən edilməsi mümkündür.
Belə ki, “Sovetski” ərazisində sökülməsi nəzərdə tutulan evlərə dair mülkiyyət hüququnu təsdiq edən Çıxarışların olmaması səbəbindən, həmin ərazidəki sökülən evlərin ümumi ərazisinin müəyyən edilməsi mümkünsüz olsa da, Yasamal rayon İcra Hakimiyyətinin Mənzil Kommunal İstehsalat Birliklərinin, ərazi üzrə Mənzil İstismar Səhələrinin əhatəsində olan ünvan üzrə bütün evlərin “Ev kitabçaları” (“Domovaya kniqa”) mövcuddur. Məhz bu “Ev kitabçaları” əsasında da, sakinlərlə bütün hesablaşmalar aparılır və həmin kitabçalrda da, hər evin texniki pasportu və ümumi sahələrinin ölçülərinin qeydiyyatı da aparılırdı.
Beləliklə, Kompensasiyaların verilməsinə məsul edilən Komissiyanın sərəncamına verilən həmin Mənzil İstismar Sahələrinin “Ev kitabçaları” (Domovaya kniqaları) hazırda da onların ixtiyarındadır və Yasamal Rayon İcra Hakimiyyətində və ya Maliyyə Nazirliyinin müvafiq qurumunda saxlanıldığından həmin evlərin ümumi sahəsini hesablamaqla, bu sahəyə düşən kompensasiya məbləğinin miqdarını, faktiki ödənilmiş kompensasiya məbləği ilə üzləşdirməklə, arada yaranan fərq məbləğini- mənimsənilmiş 100 milyonlarla vəsaitin kimlər tərəfindən mənimsənildiyini də müəyyən edə bilərik.
Yuxarıdakı sxemin, məhz, Cavanşir Əmralı oğlu Yusifov tərəfindən tətbiqini nəzərə alsaq, onun ahıl yaşında, bu günədək Maliyyə Nazirliyinin Aparat rəhbəri vəzifəsində saxlanılmasının səbəbini də ifşa etmiş oluruq…
Bölməyə aid digər xəbərlər

Tarix: 26-06-2024, 14:22
Bölməyə aid digər xəbərlər
25-05-2024, 19:09
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
4-06-2024, 09:25
Özü olub adı olmayan fövqəladə sığorta şirkəti... - FAKT BUDUR!

7-11-2023, 14:25
Prezident onları təltif etdi - Siyahı