20:00 / 23-01-2025
Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib
19:35 / 23-01-2025
Təzaxan Məmmədov Badamdar,qızı Nəzrin Təzəxan qızı isə Səbail bələdiyyəsinə namizəddir-Sədr kim olacaq?
17:01 / 23-01-2025
Paşinyan: Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır
16:49 / 23-01-2025
Hərbi formanı qanunsuz daşıyanların cərimələri ARTIRILIR
16:41 / 23-01-2025
Çağırışçılarla bağlı cərimələr artırılır
16:18 / 23-01-2025
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini
15:51 / 23-01-2025
Samir Şərifova yeni vəzifə VERİLDİ
15:07 / 23-01-2025
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
14:19 / 23-01-2025
BDU-nun əməkdaşı vəfat etdi
13:48 / 23-01-2025
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
12:46 / 23-01-2025
Yeyinti Sənayesini bitirən Fuad Hacıyevin İdman Akademiyasında macəraları - Video
12:08 / 23-01-2025
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
11:35 / 23-01-2025
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
11:07 / 23-01-2025
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
10:33 / 23-01-2025
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
10:08 / 23-01-2025
Bakıda nadir memarlıq nümunəsi dağıdılır – Rostropoviç bunu da alıb/VİDEO
09:28 / 23-01-2025
Cənab Ali Baş Komandan bizi xilas edin! Nuriyevlər Sabirabadda sabotajla məşğuldur
09:21 / 23-01-2025
“Katibə qalmaqalı” ilə gündəmə gələn Nazim Eynallının “ölü canlar” idarəsi…
08:54 / 23-01-2025
“AAAF Park”-da qanunsuz tikinti davam etdirilir – Obyekti Vüqar Sədizadə tikdirir?
19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Cəmil Həsənli kimlərə işləyir?
Nə 200 il davam edən imperiya asılılğı, nə də 70 il davam edən sovet əsarəti Azərbaycan xalqının, xüsusən ziyalılarının qəlbində, düşüncəsində və əməllərində milli müstəqillik ideyasını və müstəqillik uğrunda mübarizə əzmini sarsıda bildi. Əsarətdən qurtulmaq və bir daha heç güc mərkəzinin təsiri altına girməmək üçün minlərlə can qurban verildi. Amma sovet dövründə olduğu kimi bu gün də milləti özgələrin buyruq quluna, müstəqil dövlətimizi isə milli dövlətçilik ənənələrimizə yad və milli maraqlarımıza zidd olan hegemonçu siyasi konstruksiyaların 5-ci təkərinə çevirmək üçün dəridən-qabıqdan çıxan psevdo-ziyalılara rast gəlməkdəyik.
Bu günlərdə özünü az qala dünyanın bütün universitetlərinin “professoru” elan etmiş Cəmil Həsənlinin bir şərhini oxudum. Əslində həmişə belə saxta professorların yazısına zaman itirməkdən qaçmağa çalışıram. Amma şərhdə mənim də iştirakçısı olduğum TÜRKPA-nın 13-cü Plenar sessiyasına istinad edildiyindən yazı diqqətimi çəkdi. Oxudum və çox məyus oldum.
İyunun 6-da Prezident İlham Əliyevin TÜRKPA nümayəndə heyətini qəbul etməsi xəbəri ilə başlayan şərhində Cəmil Həsənli dövlət başçısının Avropa siyasətinə öz münasibətini bildirib. Bu münasibət mənə 1920-ci ildə Azərbaycanın işğalı ərəfəsində işğalçı qüvvələrə xidmət edən və bolşevik Rusiyasına təslim olmağı və itaət etməyi təbliğ edən Əliheydər Qarayev, Çingiz İldırım, İbrahim Əbilov, Qara bəy Qarabəyov, Səməd Ağamalıoğlu kimi milli xainləri xatırlatdı. Hər cümləsində Avropa heyranlığını gizlətməyən bu saxta tarixçi öz şərhlərində Azərbaycanın türk dövlətləri ilə işbirliyinə kölgə salmağa cəhd göstərir. 1988-ci ildə azadlıq hərakatının qızğın çağında 1 May bayramına monoqrafiya həsr edən Cəmil Həsənli dünyanın həll edə bilmədiyi və 50 milyonluq Azərbaycanlının ən müqəddəs arzusu olan Qarabağı işğaldan azad etmiş İlham Əliyevin çıxışına rişxəndlə şərh verir. Üstəlik, Azərbaycan Prezidentinin türk birliyinin təşəkkülü istiqamətində apardığı dövlət siyasətini tənqid etmək cəsarəti nümayiş etdirir. Belə anlaşılır ki, Prezidentin ölkəmizin Avropa İttifaqına üzvlüklə bağlı söylədiyi skeptik fikirlər Cəmil Həsənlini narahat edib. Göz qabağında olan ən sadə həqiqətləri dərk edə bilməyən Cəmil Həsənlinin şərhi çoxsaylı suallar yaradır.
Bu gün, torpaqlarımızı işğaldan azad etdikdən və müstəqilliyimizi kifayət qədər möhkəmləndirməyə nail olduqdan sonra “tarix elmləri doktoru” adını daşıyan Cəmil Həsənli xalqa nə təklif edir? 100 il əvvəl 1920-ci il bolşeviklərimiz o zamankı müstəqilliyimizin əleyhinə Rusiyanın maraqlarını müdafiə edərək Leninə, Mikoyana, Çiçerinə işləyirdilər. Bu gün tariximizdə heç zaman olmadığı qədər müstəqil və qüdrətli bir dövlətə sahib olduğumuz bir zamanda Cəmil Həsənli kimi manqurtlar kimlərə və hansı dövlətlərin maraqlarına xidmət edirlər? Cəmil Həsənlinin “patron”ları kimdir? Tarixən Avrasiyanın çox geniş ərazilərində yenilməz ordular yaratmış, çoxsaylı dövlətlər və hətta imperiyalar qurmuş, öz dəyərlərinin möhtəşəmliyi ilə bütün dünyaya örnək ola biləcək mədəniyyət yaratmış türklərin bu gün yenidən birləşmək və öz tarixi şöhrətini özünə qaytarmaq ideyası niyə Cəmil Həsənlini narahat edir?
Düşünürəm ki, tarix təkrar olunur. Bu gün böyük Türk birliyinin təşəkkülündə çox mühüm birləşdirici rol oynayan və bu müqəddəs ideyanın cazibə mərkəzinə çevrilməkdə olan Azərbaycan dövlətini tənqid hədəfinə çevirmək milli maraqlarımıza xəyanətdir. Görünən odur ki, 1920-ci illərin qarayevlərini, əbilovlarını, ildırımlarını bu gün cəmil həsənlilər, əli kərimlilər və onların ətrafında toplaşıb Azərbaycanı Avropa “canavarlarının” ixtiyarına təslim etmək istəyənlər əvəz edirlər. Müstəqilliyimiz bərpa olunan günə qədər açıq-aşkar sovet ideologiyasına və rejiminə əsil qul xidməti göstərmiş Cəmil Həsənli bu günkü şərhində sovetlər birliyinin işğalçı və müstəmləkəçi olduğunu etiraf edir, amma eyni zamanda bizi Avropanın və Amerikanın guya Rusiyadan “daha yaxşı müstəmləkəçi” olduğuna inandırmağa çalışır. Qanla qazandığımız müstəqilliyimizi Avropa ilə bölüşməyi təklif edir.
Cəmil Həsənli öz şərhində Ulu öndər Heydər Əliyevi və Prezident İlham Əliyevi səsləndirdikləri “…biz Avropanın bir hissəsiyik” ifadəsi ilə şantaj etməyə cəhd göstərir. Görünür, Cəmil Həsənli özünü “professor” adlandırsa da verilən bəyanatların geo-siyasi və geo-iqtisadi mahiyyətini anlamaqda çətinlik çəkir. Bəli, doğrudan da biz Avropanın bir hissəsiyik və dövlət başçılarımızın bu bəyanatında Cəmil Həsənlinin qaldırdığı bütün ritorik sualların cavabı öz əksini çox uğurlu şəkildə tapıb. Amma Cəmil Həsənli onu görəcək və duyacaq dərəcədə bir alim və siyasətçi deyil. Azərbaycanın türk birliyinə nail olmaq uğrunda apardığı fəaliyyətlərə kölgə salmaq eşqinə düşmüş Cəmil Həsənliyə tövsiyə edirəm ki, baş verən prosesləri dərk edə bilmək üçün savadını artırsın. Hələ nə yaşı var ki?! Böyüyəndə lazım olar.
Cavanşir Feyziyev
Bölməyə aid digər xəbərlər

Tarix: 14-06-2024, 10:29
Bölməyə aid digər xəbərlər
4-06-2024, 09:25
Özü olub adı olmayan fövqəladə sığorta şirkəti... - FAKT BUDUR!

8-09-2023, 14:44
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət - "Arazqırağındakı düşmən mövqelərini darmadağın etmişəm"
5-03-2024, 14:49
Akademik Ramiz Mehdiyevin “kandidat” namizədi və ya…