20:00 / 23-01-2025
Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib
19:35 / 23-01-2025
Təzaxan Məmmədov Badamdar,qızı Nəzrin Təzəxan qızı isə Səbail bələdiyyəsinə namizəddir-Sədr kim olacaq?
17:01 / 23-01-2025
Paşinyan: Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır
16:49 / 23-01-2025
Hərbi formanı qanunsuz daşıyanların cərimələri ARTIRILIR
16:41 / 23-01-2025
Çağırışçılarla bağlı cərimələr artırılır
16:18 / 23-01-2025
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini
15:51 / 23-01-2025
Samir Şərifova yeni vəzifə VERİLDİ
15:07 / 23-01-2025
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
14:19 / 23-01-2025
BDU-nun əməkdaşı vəfat etdi
13:48 / 23-01-2025
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
12:46 / 23-01-2025
Yeyinti Sənayesini bitirən Fuad Hacıyevin İdman Akademiyasında macəraları - Video
12:08 / 23-01-2025
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
11:35 / 23-01-2025
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
11:07 / 23-01-2025
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
10:33 / 23-01-2025
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
10:08 / 23-01-2025
Bakıda nadir memarlıq nümunəsi dağıdılır – Rostropoviç bunu da alıb/VİDEO
09:28 / 23-01-2025
Cənab Ali Baş Komandan bizi xilas edin! Nuriyevlər Sabirabadda sabotajla məşğuldur
09:21 / 23-01-2025
“Katibə qalmaqalı” ilə gündəmə gələn Nazim Eynallının “ölü canlar” idarəsi…
08:54 / 23-01-2025
“AAAF Park”-da qanunsuz tikinti davam etdirilir – Obyekti Vüqar Sədizadə tikdirir?
19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Günün qoroskopu: Qırılmış əlaqələri, sərinləmiş münasibətləri bərpa etmək olar
Bölməyə aid digər xəbərlər
Qoç - Ötən günlərin problemlərinin fəsadlarını aradan qaldırın. Ruhdan düşməyin, aktiv olun. Pozitiv düşüncə çətinliklərin effektiv həllinə imkan verəcək.
Fiziki və mənəvi qüvvələrinizi bərpa edə bilərsiniz.
Günün ikinci yarısında fəal olun. Ünsiyyət çevrənizi genişləndirə bilərsiniz. Yeni tanışlarla ehtiyatlı olun. Onlar barədə layiq olduqlarından yaxşı düşünməyin. Yeni maraqlar və ideyalar yarana bilər.
Axşam saatları pozitiv emosiyalar zamanıdır.
Buğa - Maraqlandığınız işlərlə məşğul olun. Haqqınızı tapdalayan və ya hüquqlarınıza müdaxilə edən insanın cavabını verin. Ərazinizə kimsə soxularsa, onu qovub çıxarın. Qorxaqlıq etməyin, cəsarətli davranın. Yaxın ətrafınızdakı insanlar qüvvənizi boş yerə sərf etdiyinizi desələr də, bu adamlara qulaq asmayın.
Siz əla bilirsiniz ki, deyilənlər əsassızdır.
Faydalı vərdişlərin sayını artırın.
Günün ikinci yarısında pulları necə gəldi, xərcləməyin. Bədxərclik etməyin. Axşam saatlarında evdən kənarda istirahət edin. Bir qədər relaksa dalın, gəzintiyə çıxın.
Əkizlər - Günün ilk yarısı çətin və qarışıq zamandır. Sizə sakit işləməyə imkan vermir, diqqətinizi yayındırırlar. Tək qalmalı, müstəqil işləməli, yaşananları təhlil etməlisiniz. Narahatlıq apogey nöqtəsinə çatanda yaxın ətrafınızdakı insanlardan uzaqlaşın.
Günün ikinci yarısında realist, praqmatik olun. Uğurlu zamandır və bunun da səbəbkarı sizsiniz. Birgə fəaliyyətdə olduğunuz insanlarla təmaslarda həssas və diqqətli olun. Ruhdan düşənlərə ürək-dirək verin. Sizinlə ünsiyyətə can atanlar az deyil.
Xərçəng - Günün ilk yarısı uğurludur. Diqqətin maksimum yönəlməsini tələb edən ciddi işlə məşğul olmaq mümkündür. Bununla yanaşı, izafi intellektual və fiziki səyləri ehtiva etməyən cari, rutin işlər də pis keçməyəcək.
Bir çox işlər asanlıqla alınacaq. Yaxın ətrafınızdakı insanları üstələyin.
Günün ikinci yarısında işgüzar fəaliyyət müstəvisi və ya maliyyə məsələlərində çətinliklər yarana bilər. Münaqişəyə, yaxud da münasibətlərin tam kəsilməsinə yol verməyin.
Emosional davranmayın.
Şir - Günün ilk yarısında maraqlı və önəmli işlə məşğul olmağa başlasanız, vaxtınız pis keçməyəcək. Baş verənlərə rəğmən əhvalınızı korlamayın. Tənbəllik və süstlük etməyin. Belədə yaxın ətrafınızdakı insanlar sizi sərt tənqid edəcəklər. Üstəlik, bədbinliyə qapıla bilərsiniz.
Günün ikinci yarısı yaşamınızda gözlənilən dəyişikliklər üçün əlverişlidir. Fəaliyyət arealının yenilənməsi, köç və ya təmirə başlamaq olar. Alış-veriş zamanı elə nəsnələr alın ki, onlardan ailənin bütün üzvləri istifadə edə bilsinlər. Axşam saatları səfər və ya evdən kənar görüş üçün münasibdir.
Təmas qurmaq istədiyiniz insanı qonaq çağırın.
Qız - Mühüm saydığınız işlərdə uğurlar olacaq, əlverişli zamandır. Sevdiyiniz insanlarla münasibətlərdə həssas və qayğıkeş olun. Münaqişə, ixtilaf və mübahisələri unudun. Yeni, ümumi maraqlar yaranacaq.
Dəyər verdiyiniz insanı sevindirməyə çalışın.
Günün ikinci yarısında səfər və ya səyahətdə ehtiyatlı olun. Alov, kəsici alətlərlə çalışanda sərvaxt davranın. Kiçik, amma xoşagəlməz travmalar riski var.
Borc götürməyin. Həmin borcun qaytarılması ilə bağlı problemlər yaranacaq.
Tərəzi - Bilik və bacarıqların artırılması, dünyagörüşünün genişləndirilməsi üçün münasib zamandır. Yeni informasiyaları çətinlik çəkmədən əxz edirsiniz. Önəmli məlumatı yadda saxlayın.
Praktik olun, praqmat davranın. İndiyədək bacarmayacağınızı düşündüyünüz işin öhdəsindən gələcəksiniz.
Günün ikinci yarısında bir qədər hiyləgər davranın, fəndgir olun. Yeni tanışlıqlara can atmayın. İllüziyalar və emosiyaların tələsinə düşə bilərsiniz.
Əqrəb - Mühüm və ciddi işlə məşğul olmaq üçün əlverişli zamandır. Bir qədər əvvəl hazırladığınız, amma reallaşdırmadığınız planların gerçəkləşdirilməsinə başlamaq olar. Yaranan situasiyalardan asılı olmayaraq məntiqli davranın. Nə deməyi və nə etməyi bilin. Sizi çoxdan tanıyan, amma yetərincə dəyərləndirməyən insan fikrini dəyişəcək. O, yaxşı tərəfdaş və etibarlı müttəfiqə çevrilə bilər.
Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər yarana bilər. Ağır fiziki işlə məşğul olmayın. Axşam saatları sağlamlıq prosedurları üçün əlverişli zamandır.
İmkan varsa, normal istirahət edin.
Oxatan - Çətinliklər barədə çox düşünməyin, özünüzü ruhdan salmayın. Günün vəd etdiyi imkanlardan yararlanın. Doğrudur, bütün problemləri dərhal həll etmək mümkün olmasa da, qətiyyətli olun, ardıcıl fəaliyyət göstərin. Bunun sayəsində yaxşı nəticələr əldə edə bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınızla aranızdakı münaqişələri aradan qaldırın. Mübahisələrə qatılmayın. Dəyər verdiyiniz insanlarla ünsiyyətdə problemlər yaratmayın. Doğrudur, mülayim davranışınız və güzəştə meylli olmağınızdan istifadə etmək istəyənlər olacaq.
Sayıqlığı əldən verməyin.
Oğlaq - Asan olmayan qərarlar qəbul etmək zamanıdır. Yaranmış situasiyanı diqqətlə təhlil edin. Durumun mənfi və müsbət yönlərini dəyərləndirin. Heç nə özbaşına dəyişən deyil. Fəaliyyətə başlayın, aktiv olun.
Müstəqil işləyin, plan qurun və onu həyata keçirməyə çalışın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların məsləhətlərinə tam əməl etməyə can atmayın. Mühüm qərarları özünüz verin, bildiyiniz kimi davranın.
Məsləhətlər sizə yardım etməyəcək. Maliyyə baxımından pis gün deyil. Dəyər verdiyiniz insanı çoxdan bəri narahat edən problemi həll edə biləcəksiniz.
Dolça - Müsbət təmayüllərin təsiri güclənəcək. Bədxah və ya rəqiblər istəsələr belə, işlərinizə mane ola bilməyəcəklər. Çoxdan bəri görmək istədiyiniz, darıxdığınız insan barədə xoş xəbər alacaqsınız. Bir zamanlar güclü hisslər bəslədiyiniz fərdlə görüş də istisna deyil.
Qırılmış əlaqələri, sərinləmiş münasibətləri bərpa etmək olar.
Günün ikinci yarısında mühüm və təxirəsalınmaz işlərin görülməsi üçün əlverişlidir. Xoş, amma faydasız işlərlə məşğul olmayın. Yaradıcılıq fəaliyyətində uğurlar istisna deyil.
Axşam saatlarında arzularınızdan birini reallaşdıra bilərsiniz.
Balıqlar - Günün ilk yarısı maraqlı və xoş zamandır. Yaxın ətrafınızdakı insanlar barədə yeni məlumatlar əldə edəcəksiniz. Bacarıq və biliklərinizi nümayiş etdirin. Ötən günlərdə yaranan ixtilaflar və münaqişələri sonuclandırın. Dəyər verdiyiniz insanların qəlbini qırmayın.
Günün ikinci yarısında romantik təmaslar istisna deyil. Birgə çalışdığınız insanın plan və niyyətlərindən xəbər tutun. Ünsiyyət qurmaq istədiyiniz şəxsdə özünüzlə bağlı xoş təəssürat yaratmağa səy göstərin. Məişət problemlərini ailə üzvləri ilə birlikdə çözün.
Sevdiyiniz insanın yaşamını daha da rahat edin.
Milli.Az
Tarix: 7-09-2023, 08:00
Bölməyə aid digər xəbərlər
24-07-2023, 07:30
Günün qoroskopu: Narahat olmayın, ciddi problemlər yaranmayacaq
6-09-2023, 08:37
Günün qoroskopu: Problemlər yaransa da, onlar önəmli deyil
31-08-2023, 09:30
Günün qoroskopu: Səbrli, təmkinli olun
19-08-2023, 10:00
Çox uğurlu və yaxşı gündür - BÜRCLƏR