20:00 / 23-01-2025
Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib
19:35 / 23-01-2025
Təzaxan Məmmədov Badamdar,qızı Nəzrin Təzəxan qızı isə Səbail bələdiyyəsinə namizəddir-Sədr kim olacaq?
17:01 / 23-01-2025
Paşinyan: Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır
16:49 / 23-01-2025
Hərbi formanı qanunsuz daşıyanların cərimələri ARTIRILIR
16:41 / 23-01-2025
Çağırışçılarla bağlı cərimələr artırılır
16:18 / 23-01-2025
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini
15:51 / 23-01-2025
Samir Şərifova yeni vəzifə VERİLDİ
15:07 / 23-01-2025
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
14:19 / 23-01-2025
BDU-nun əməkdaşı vəfat etdi
13:48 / 23-01-2025
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
12:46 / 23-01-2025
Yeyinti Sənayesini bitirən Fuad Hacıyevin İdman Akademiyasında macəraları - Video
12:08 / 23-01-2025
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
11:35 / 23-01-2025
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
11:07 / 23-01-2025
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
10:33 / 23-01-2025
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
10:08 / 23-01-2025
Bakıda nadir memarlıq nümunəsi dağıdılır – Rostropoviç bunu da alıb/VİDEO
09:28 / 23-01-2025
Cənab Ali Baş Komandan bizi xilas edin! Nuriyevlər Sabirabadda sabotajla məşğuldur
09:21 / 23-01-2025
“Katibə qalmaqalı” ilə gündəmə gələn Nazim Eynallının “ölü canlar” idarəsi…
08:54 / 23-01-2025
“AAAF Park”-da qanunsuz tikinti davam etdirilir – Obyekti Vüqar Sədizadə tikdirir?
19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
BBC-nin separatçılara efir verməsi... - Şura
Bölməyə aid digər xəbərlər
Son vaxtlar BBC telekanalı, o cümlədən bu media qurumunun Azərbaycan xidməti tərəfindən Azərbaycanla Ermənistan arasında münasibətər, Azərbaycanın Qarabağ iqtisadi rayonunda ermənilərin yaşadığı ərazidə mövcud vəziyyətlə bağlı qeyri-obyektiv materiallar yayımlanır və qərəzli iddialar irəli sürülür. Bu materiallarda suveren ərazimiz olan Qarabağ bölgəsindəki erməni separatçıları təbliğ edilir, onların “fəaliyyətlərinin” leqallaşdırılmasına cəhdlər göstərilir. Bütün bunlar Azərbaycan xalqında haqlı narahatlıq və narazılıq, qəzəb və hiddət doğurur.
Bu barədə Azərbaycan Mətbuat Şurasının yaydığı bəyanatda qeyd olunub.
“BBC-nin belə dəst-xətti jurnalistika prinsiplərinə aşkar sayğısızlıqdır, sivil media dəyərlərinə həqarətdir. Azərbaycan cəmiyyəti hesab edir ki, jurnalistika manipulyativ missiya daşımamalı, azad sözün imkanlarından sui-istifadə yolu tutmamalıdır. BBC və onun Azərbaycan xidməti bu tələbə əhəmiyyətsiz yanaşır, Qarabağdakı separatçılardan qalma tör-töküntülərə tribuna verir, onların söylədiklərini böyük canfəşanlıqla yayımlayır, nəticə etibarilə qeyri-obyektiv davranaraq, əsil həqiqətləri arxa plana keçirir.
BBC telekanalının Azərbaycanla Ermənistan arasında sülh prosesinə, Qarabağ erməniləri üçün ərzaq göndərməsi ilə bağlı məsələlərə birtərəfli və əsl həqiqəti təhrif edən münasibəti yolverilməzdir. Bu yanaşma xalqımızın iradəsinə və mövqeyinə kökündən ziddir. Qətiyyətlə bildiririk ki, BBC-nin Qarabağdakı separatçı qüvvələrin təmsilçilərinə efir şansı tanıması, mövcud xüsusda reallığa zidd olan saxta sentimentallıq səhnələrinə yer ayırması dünya ictimaiyyətini çaşdırmaq və onda yanlış rəy formalaşdırmaq cəhdidir.
BBC-nin yolverilməz fəaliyyəti dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə təhdidi adiləşdirir, normaya çevirir, dünyanın müxtəlif bölgələri üçün də son dərəcə təhlükəli presedent yaradır. Bu, sülhə və əminamanlığa, asayişə və firavanlığa yad təmayüldür. Dünyada məşhur, jurnalist etikası sahəsində örnək sayılan media qurumunun avantürist siyasətin alətinə çevrilməsi böyük təəssüf hissi doğurur.
Cəmiyyətimiz, habelə media ictimaiyyətimiz BBC-nin və onun Azərbaycan xidmətinin jurnalist etikasına son dərəcə laqeyd dəst-xəttini, bu dəst-xətdən irəli gələn ayrı-ayrı məqamları pisləyir, belə hallara qarşı tədbirlərin görülməsini zəruri sayır. Mətbuat Şurası ölkəmizin media cameəsinin baxışlarını, ümumən xalqımızın maraq və mənafelərini ifadə edərək, bu qənaətə gəlir ki, BBC-nin müstəqil Azərbaycanın reallıqlarına hazırkı yanaşması arzuolunmazdır. Ya bu media qurumu üzr istəyərək ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağı öyrənməli, səmimi niyyətini əməli fəaliyyəti ilə sübuta yetirməyi bacarmalı, ya da onun Azərbaycan xidmətinin fəaliyyəti dayandırılmalı və akkreditasiyası ləğv olunmalıdır”, - bəyanatda qeyd olunub.
Tarix: 3-09-2023, 19:00
Bölməyə aid digər xəbərlər
6-07-2023, 11:06
Milli Məclisin iclası başladı - Gündəlikdə 49 məsələ var
4-07-2023, 17:28
Milli Məclisin növbəti iclasında 49 məsələ müzakirə olunacaq
1-08-2023, 18:16
Bir qrup xarici QHT nümayəndəsi Ermənistan hökumətini təxribatları dayandırmağa çağırdı