Türkiyə müdafiə sənayesi şirkətləri dünya sıralamasında

 
“Defence News” jurnalının müdafiə satışları əsasında dərc etdiyi 2023-cü il üçün "Defense News Top 100" siyahısı açıqlanıb.
 
Buna əsasən, 2022-ci ildə 3 olan siyahıda Türkiyə müdafiə sənayesi şirkətlərinin sayı bu il 4-ə yüksəlib.
 
1)   Ötən il siyahının 49-cu pilləsində olan Hərbi Elektronika Sənayesi şirkəti ASELSAN bu il 47-ci pilləyə yüksələrək Türkiyə şirkətləri arasında liderliyini qoruyub.
 
2)   “Turkish Aerospace İndustries” anonim şirkəti TUSAŞ keçən il 67-ci yerdə ikən bu il siyahıda 58-ci yerə çıxaraq mühüm sıçrayışa imza atıb.
 
3)   ROKETSAN 2022-ci ildə 86-cı sırada idisə, 2023-cü ildə 80-ci pilləyə yüksəlib.
 
4)   Siyahıya ilk dəfə daxil olan “Military Factory and Shipyard Operations İnc” - ASFAT siyahıda 100-cü yerdə qərarlaşıb.

Tarix: 8-08-2023, 14:10


Bölməyə aid digər xəbərlər