10:29 / 29-01-2025
İlham Əliyev səs verdi
Bu marketlərin yaxınlığında tullantıların qalaqlanaraq yandırılması faktları müəyyən edildi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bərdə rayonunun Dəymədağıldı və Uğurbəyli kəndlərinin ərazilərində fəaliyyət göstərən “OBA” və “Şuşa” marketlərin yaxınlığında tullantıların qalaqlanaraq yandırılması faktları müəyyən edilib.
 
Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı tullantıların sözügedən marketlərin əməkdaşları tərəfindən əraziyə atılaraq yandırıldığı məlum olub.
 
 “Faktlarla bağlı marketlərin səlahiyyətli nümayəndələri İlqar İbişov və Hacı Hacızadə barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb. Ərazilər tullantılardan təmizlənib”.
 
“Qafqazinfo”

Tarix: 20-07-2023, 09:51


Bölməyə aid digər xəbərlər