10:29 / 29-01-2025
İlham Əliyev səs verdi
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - "Guya SOCAR-dakılar bilmir ki..."

"“Bahar Enerji” Əməliyyat Şirkəti uzun illərdir ki, ölkənin əmək qanunvericiliyini mütamadi olaraq pozur və cəzasız qalıb". "DİA-AZ" xatırladır ki, bu barədə xüsusi açıqlama ilə çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı eyni zamanda işçilərin əməkhaqqılarının gecikdirildiyini də vurğulamışdı. Bu barədə NHMT-ə edilən müraciətdə də aydın şəkildə qeyd olunurdu ki, prezidenti Con Harkins, benefisiar sahibi "gizli" olan “Bahar Enerji” Əməliyyat Şirkətində dekabr ayından bəridir ki, əməkhaqqılar verilimir.

Bununla bağlı "DİA-AZ" yazan “Bahar Enerji” çalışanları da eyni məsələdən giley etməklə yanaşı, problemin hələ də qaldığını bildirirlər. İşçilər adından edilən müraciətdə deyilir:

"İşçilərin maaşlarını vermək fikrləri də yoxdur. Bu ayın 15-də 50 faiz veriblər... bugün 27-dir hələ də puldan xəbər yoxdur. Neçə-neçə işçinin artıq götürdüyü kreditə görə banka gecikməsi yaranıb.

Onu da bildirək ki, əslində maaşı hər ay gecikdirirlər, müəyyən bir hissəni verirlər. Maaş da çox azdır. Saata 3 manat... Gecə-gündüz işləməlisən ki, ayın sonu maaş alasan, onu da vermirlər...

Biz bununla bağlı təkcə “Bahar Enerji”nin yox, SOCAR-ın da rəhbərliyinə şikayət etmişik. Amma görünür ki, hər şey elə ordan korlana-korlana gəlir... Guya SOCAR-dakılar bilmir ki, burda nə oyunlardan çıxırlar... Çünki SOCAR-da oturanlar da qulaqardına vurur şikayətləri..."

Dia.az


Tarix: 28-01-2025, 12:08


Bölməyə aid digər xəbərlər