10:29 / 29-01-2025
İlham Əliyev səs verdi
“Çaylar təmizlənmir, daşanda evlərimizi su basır” - GİLEY


“Qarşıdan yaz gəlir. Yaz yağışları başlayacaq. Yenə çay dolacaq, sular küçələrimizə, həyətlərimizdəki zidzəmilərimizə dolacaq. Yenə evdən çölə çıxa bilməyəcəyik. Bu şəraitdə yaşamaqdan bezmişik, aidiyyəti qurumlar isə tədbir görmür”.

Zaqatala rayonu, Muğanlı kəndinin Lökbatan küçəsinin yaxınlığındakı çay tez-tez daşır, nəticədə çayın suyu məhəllələrə, həyətlərə dolur.

Bununla bağlı həmin ərazilərdə yaşayan sakinlər şikayət ediblər.

“Hər il ev təmir etdirirəm”

Kənd sakini Adəm Babayev deyir ki, kəndin ərazisindən iki çay keçir. Ancaq uzun illərdir ki, çayların dibi təmizlənmir:

“Çayların dibi təmizlənmir, zibillə, qumla doludur. Ona görə də yağış yağanda su daşıb məhəllələrə axır. Ötən il evi su basdı, su quruyandan sonra divarlardan nəm çəkilmədi. Məcbur oldum ki, evi təmin etdirim. İndi yenə həmin vəziyyətdir. Məcburam ki, yenə evi təmir edim. Qonşularda da vəziyyət belədir. Qarşıdan yaz gəlir, bu isə o deməkdir ki, çaylar yenə su ilə dolub-daşacaq. Yenə küçələrimiz, həyətlərimiz su ilə dolacaq”.

Başqa kənd sakini Elsevər Məmmədov etdikləri müraciətlərin nəticəsiz qalmasından danışır:

“Fövqəladə Hallar Nazirliyinə məktub göndərmişdik. Cavab verdilər ki, bu qurum yalnız təbii fəlakətlər nəticəsində dəymiş ziyanı aradan qaldırır. Bizim başımıza gələnsə təbii fəlakət hesab olunmur. Kənd icra nümayəndəliyinə, kənd bələdiyyəsinə müraciət etmişik. Söz versələr də, heç bir köməklik etmirlər. Çayın zibillərini bələdiyyə təmizləməlidir, öz işini görsə, başımıza bu işlər də gəlməz”.

“Bu kənddəki hər ailədə xəstə var”

Sakinin dediyinə görə, küçələri su basanda evdən çıxa bilmirlər, böyüklər iş-gücdən, uşaqlar təhsildən kənarda qalır.

Bundan əlavə, kəndlilərin əkin işləri də əldən çıxır:

“7 ilə yaxındır ki, bu gündəyik. Çayın dibi zibillə, kol-kosla dolub, təmizləmirlər. Zirzəmilərimizi su basır, evlərimiz yararsız vəziyyətə düşür. Rütubət, xəstəlik baş qaldırır. Hər ailədə azı iki astma, ağciyər xəstəsi var. Bizə bir gün ağlasınlar. Körpələr xəstə, qocalar xəstə… Bostanla dolanırıq. Bostanlarımızı da su basır, əkin sahələrimiz məhv olur. Nə edəcəyimizi bilmirik”.

Dia.az


Tarix: 28-01-2025, 15:48


Bölməyə aid digər xəbərlər