Göyçay rayon Məhkəməsinin dolanbaclarında nələr baş verir ŞİKAYƏT/VİDEO

Göyçay rayonu Bığır kənd sakini Şəfiyev Azad Məhəmməd oğlu tərəfindən

ŞİKAYƏT

Bu şikayətimdə yazıb Sizə bildirirəm ki, Göyçay rayon Məhkəməsində məni və qardaşım Bəyləri aldadıb qanunsuz qətnamə çıxarmaq istəyirlər.
Hansı ki, bir neçə ay əvvəl ünvanımıza Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovun tərəfindən bizə qarşı verilmiş iddia ərizəsi göndərilmişdir.
Həmin iş üzrə iddiaçı qonşumuz İsmayılov Rəşad Hüseyn oğlu mənə və qardaşım Bəylərə qarşı inventarlaşdırma işlərinin aparılmasına cavabdehlərin yaratdığı maneələrin aradan qaldırılması tələbi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir.Biz iddia ərizəsi ilə tanış olub hüquqşunas tərəfindən etiraz yazdırıb məhkəməyə təqdim etdik. Bir neçə dəfə məhkəmə iclası keçirildi ancaq qətnamə çıxarılmadı. Növbəti məhkəmə prosesi barədə mənim və qardaşımın telefonuna mesaj gəldi. Sonradan bizə məlum oldu ki, hakim İbrahim Fəttahov qonşumuz Rəşad İsmayılovun iddia ərizəsini dəyişdirib tələbi yolun açılmasına yaranmış maneənin aradan qaldılmasına dair etdirmişdir.
Bu məhkəmə sestemində indiyə qədər baş verməmiş qanunsuzluqdur ki, hakim İbrahim Fəttahov etmişdir. Həttda dəyişdirilən iddia ərizəsi bizə təqdim edilməyib ki, tanış olub etirazımızı yaza bilək. Hakim hətda bizim savadsızlığımızdan sui-istifadə edib iddia ilə razı olmağımıza dair diqtə ilə bizə ərizədə yazdırmışdır.
İddianın mahiyəti isə budur ki, vəfat etmiş atam öz vəsaiti hesabına uzun illər bundan əvvəl 3 ailə üçün çəkdirdiyi ensiz- darısqal yoldan qonşumuz Rəşad İsmayılovda istifadə edə bilsin.Hansı ki, həmin yolun eni 2,5 metrdir ki, 3 ailə oradan güclə istifadə edir. Həmçinin Rəşad İsmayılovun evinə gediş-gəlişi təmin edən eni 6 metr olan yol var, asfalt yola isə bir başa yol sala biləcək şəraiti var.
Rəşad İsmayılovun məqsədi nəyin bahasına olur -olsun evinə ikinci gediş-gəliş yolunu açıb 3 ailənin rahatlığını pozub maneələr yaratsın.
Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahov isə vəzifəsindən və bizim savadsızlığımızdan sui-istifadə edərək iddianı dəyişdirib bizə diktə ilə razılıq ərizəsi yazdırıb oyunlar qurmuşdur.
Yuxarıda qeyd etdiyim kimi AzərbaycanRespublikasının məhkəmə tarixində bəlkədə ikinci belə bir qanunsuzluq olmayıb ki, bunu hakim İbrahim Fəttahov etmişdir.
Mən bu barədə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Məhkəmə-Hüquq Şurasının sədri cənab İnam Kərimova və digər aidiyyatı qurumlara şikayət ərizələri ilə müraciətlər etmişəm. Mətbuat vasitəsi ilədə müraciət ünvanlayıb xahiş edirəm mənim şikayət ərizəmi obyektiv araşdırıb vəzifəsindən və bizim savadsızlığımızdan sui-istifadə edərək iddianı dəyişdirib bizə diktə ilə razılıq ərizəsi yazdırıb oyunlar quran Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovun barəsində qanunu və ciddi tədbirlər görəsiniz.

Teref.az


Tarix: Bu gün, 09:25


Bölməyə aid digər xəbərlər