17:01 / 23-01-2025
Paşinyan: Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır
16:49 / 23-01-2025
Hərbi formanı qanunsuz daşıyanların cərimələri ARTIRILIR
16:41 / 23-01-2025
Çağırışçılarla bağlı cərimələr artırılır
16:18 / 23-01-2025
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini
15:51 / 23-01-2025
Samir Şərifova yeni vəzifə VERİLDİ
15:07 / 23-01-2025
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
14:19 / 23-01-2025
BDU-nun əməkdaşı vəfat etdi
13:48 / 23-01-2025
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
12:46 / 23-01-2025
Yeyinti Sənayesini bitirən Fuad Hacıyevin İdman Akademiyasında macəraları - Video
12:08 / 23-01-2025
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
11:35 / 23-01-2025
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
11:07 / 23-01-2025
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
10:33 / 23-01-2025
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
10:08 / 23-01-2025
Bakıda nadir memarlıq nümunəsi dağıdılır – Rostropoviç bunu da alıb/VİDEO
09:28 / 23-01-2025
Cənab Ali Baş Komandan bizi xilas edin! Nuriyevlər Sabirabadda sabotajla məşğuldur
09:21 / 23-01-2025
“Katibə qalmaqalı” ilə gündəmə gələn Nazim Eynallının “ölü canlar” idarəsi…
08:54 / 23-01-2025
“AAAF Park”-da qanunsuz tikinti davam etdirilir – Obyekti Vüqar Sədizadə tikdirir?
19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
09:25 / 22-01-2025
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
09:01 / 22-01-2025
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
19:08 / 21-01-2025
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
Xanlar Fətiyevin SAXTA MANDATI: Başçı işə qarışıb... - Qaramaskalılar Bərdəyə DƏVƏT OLUNDU
98 saylı Bərdə - Tərtər Seçki Dairəsindən deputatlığa namizəd, "Əlil Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri Məhluqə Rəhimovanın vəkili sosial mediada canlı yayım açaraq seçki saxtakarlıqlarını ifşa edib. Anaxeber.info məlumat verir ki, namizədin vəkili Xanlar Fətiyevin qalib elan olunması üçün Bərdənin icra başçısı Vidadi İsayevin seçkiyə müdaxilə etdiyini açıqlayıb. Onun sözlərinə görə, əvvəla təbliğat kampaniyası dövründə seçicilərlə görüşlər və olduqları ərazilərdə müşahidələri göstərdi ki, Bərdənin kifayət qədər ağır problemləri var. Xüsusən də Bərdənin kəndlərində su, işıq və yol problemləri mövcuddur. Deputatlığa namizədin nümayəndəsi deyib ki, Bərdə icra başçısı isə bu illər ərzində Bərdənin inkişafı və problemlərinin həlli istiqamətində layihələr həyata keçirmək əvəzinə varidat toplayıb. O, inanır ki, bir gün Prezident İlham Əliyevə Bərdədə verilən məlumat əsasında icra başçısı Vidadi İsayevlə bağlı qərar veriləcək, hüquq-mühafizə orqanları onun əməllərinə görə başına "sığal" çəkəcəklər. Namizədin vəkili Vidadi İsayevin vəzifədən azad olunmasının çoxdan vaxtı çatdığını bəyan edib.
Seçkilərə gəlincə, Məhluqə Rəhimovanın vəkili bildirib ki, Xanlar Fətiyevə 13 mindən çox səs yazılıb. Onun sözlərinə görə, seçki məntəqələrinə səs verməyə bu qədər seçici gəlməyib və Xanlar Fətiyevin xeyrinə bu nəticə elan olunub. O, icra başçısının Xanlar Fətiyevin deputat seçilməsi üçün saxtakarlıqları təşkil etdiyini deyib və əlavə edib ki, Vidadi İsayev Xanlar Fətiyevi millətə yox, özünə vəkil seçib.
M. Rəhimovanın nümayəndəsi onu da vurğulayıb ki, Xanlar Fətiyev Gəncədə avtomobil zavodunun rəhbəridir və deputat mandatı ona biznesinin toxunulmazlığı üçün vacibdir. O, qeyd edib ki, Xanlar Fətiyev gəncəlilər üçün heç bir iş görməyib deyə onun bu şəhərdə nüfuzunun olmaması nəzərə alınaraq, Bərdə-Tərtərdən namizədliyinin irəli sürülməsi məsləhət görülüb. Namizədin vəkili hesab edir ki, bir iş adamının millətə dəstək olmaq üçün deputatlığa ehtiyacı yoxdur, minlərlə işsiz insanlar var, onlara kömək etmək yetərlidir. Ancaq o, bu mandatı biznesini qarantiyaya almaq niyyəti ilə əldə etməkdədir. Bununla belə, Məhluqə Rəhimovanın nümayəndəsi Vidadi İsayevin seçkilərə müdaxiləsi və Xanlar Fətiyevi necə seçdirməsi ilə bağlı əldə olan məlumatları təqdim edəcəyini, mübarizəni davam etdirəcəklərini vurğulayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 3-09-2024, 11:47
Bölməyə aid digər xəbərlər
3-09-2024, 15:44
Vidadi İsayevlə bağlı DTX-ya ŞOK müraciət olundu: Həbs EDİLSİN!
8-08-2024, 14:20
Sırada Vidadi İsayevdir... - İLGİNC İDDİALAR...
4-06-2024, 09:25
Özü olub adı olmayan fövqəladə sığorta şirkəti... - FAKT BUDUR!