20:34 / 06-02-2025
Köhnə Ələt-Astara yolu su altında... - FOTO
17:50 / 06-02-2025
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
17:26 / 06-02-2025
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
16:52 / 06-02-2025
Sahil Babayev maliyyə naziri təyin edilib
16:31 / 06-02-2025
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
15:47 / 06-02-2025
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
15:18 / 06-02-2025
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
14:28 / 06-02-2025
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma
13:13 / 06-02-2025
Balakən Gömrük İdarəsinə rəis təyin olundu
12:35 / 06-02-2025
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
12:09 / 06-02-2025
Cərrah Təbəssüm Qurbanovanın lisenziyası ləğv edildi - Əməliyyat zamanı canlı açmışdı
10:12 / 06-02-2025
Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
09:45 / 06-02-2025
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
09:14 / 06-02-2025
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
20:01 / 05-02-2025
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? -MƏHKƏMƏ
18:09 / 05-02-2025
Muxtar Babayev vəzifəsindən azad edildi
17:39 / 05-02-2025
Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT
15:34 / 05-02-2025
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
15:16 / 05-02-2025
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
14:39 / 05-02-2025
Onların da sertifikatı ləğv olundu - Foto
14:01 / 05-02-2025
Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
12:14 / 05-02-2025
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? - Qalmaqal yaradan olay...
11:40 / 05-02-2025
Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu –FOTOFAKT
11:05 / 05-02-2025
"Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
10:22 / 05-02-2025
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
09:52 / 05-02-2025
"Başçıya demişik... amma nə olsun..." - GİLEY
İsrail Əhmədov qanunları NECƏ POZUR... - İnam Kərimova müraciət olundu...
İsrail Vaqif oğlu Əhmədov!.. Adıçəkilən bu şirkət rəhbəri, DSMF portalına saxta məlumat yerləşdirib.
Arasdirma zamanı məlum oldu ki, işəgötürən olaraq adı qeyd edilən bu şirkət, müddətsiz əmək müqaviləsi ilə, şirkətin Mətbuat və informasiya şöbəsinə qəbul etdiyi işçini aldadaraq, hətta onun adından ƏƏSMN -nin DSMF Portalına işdən çıxma haqqında ərizə belə olmadığı halda, Əmək məcəlləsinin 68.2 a bəndini də rəhbər tutaraq( işçinin öz xahişi ilə) saxta məlumat daxil etdirməklə AR.CM -nin 308( vəzifə səlahiyyətlərini aşma) və 313-cü( rəsmi sənədlərə müdaxilə edərək, duzəliş təhrif etməklə , yalan olduğunu bilə-bilə informasiya resurslarına yalnış məlumat yerləşdirmək) maddəsinin tələblərini kobud surətdə pozmuşdur.
İlk öncə bu qanun pozuntularına və işçi hüququ pozulma halı ilə qarşilaşan işçi , ƏƏSMN yanında Respublika Baş Əmək müfəttişliyinə rəsmi müraciət etmiş, araşdırmanın nəticəsi olaraq Şirkət , ƏM və İXM nin tələblərini pozduğuna görə Müfəttişlik tərəfindən təsdiqedici faktlarını tapdığına görə 1500 AZN cərimə edilmiş və müraciətçiyə də əmək hüquqlarının pozulduğuna görə məhkəməyə müraciət edilməsi barədə tövsiyyə edilmişdir.
İlkin olaraq keçirilən məhkəmə proseslərini düzgün mühakimə edib araşdıran Biləsuvar məhkəmə hakimi Pərviz Əhmədov ədalətli Qərar çıxarsa da, 8 ay zaman aralığından sonra iş üzrə cavabdeh olan İsrail Əhmədov, Apellyasiya sikayəti vermiş, işi icraata götürən Şirvan Apellyasiya Hakimi Tale Kərimov, daxil olan və prosesdə səsləndirilən və araşdırılması vacib olan, yəni işdən çıxma haqqında olan ərizənin olub- olmaması barədə cavabdehə heç bir sual vermədən, ancaq cavabdehin şifahi formada səsləndirdiyi, guya işçinin öz xahişi ilə işdən çıxma olduğuna rəğmən müddətsiz bağlanmış Əmək müqaviləsinə şirkət tərəfindən xitam verildiyini bildirmişdir.
Hakim Tale Kərimov, Cavabdehə isə işçi tərəfindən"əgər ərizə , varsa çıxarın ortaya!" deməsinə belə əhəmiyyət vermədən aşağı instansiya məhkəmə hakimi Pərviz Əhmədovun çıxardığı qərarı qeyri düzgün hesab edərək iddiada göstərilən, ödənilməyən bir illik əmək haqqlarının deyil, yalnız 1 ay yarım müddəti əhatə edən günlər üzrə əmək haqqının verilməsi barədə ədalətsiz və vicdansız Qərar çixarmişdır. Qərardan Ali məhkəməyə kassasiya sikayəti verən iddiaçı , bir daha ədalətsiz qeyri düzgün Qərarla üzbəüz qalmış, halbuki iş üzrə İsrail Əhmədovun onunla 6 aylıq əmək haqqilarınin niyə ödənilməməsi barədə videosohpətləri də sübut kimi hazırlanaraq işi icraata götürən hakim Elşad Şamayevə təqdim edilmiş və bu sübutları tam iddiada kimin bu məsələdə haqlı olduğunu görüb bildiyi halda yenə də Şirvan Apelyasiyasinin çıxarmış olduğu Qərarı qüvvəsində saxlamiş, bundan Məhkəmə Hüquq şurasınin Ali məhkəmə plenium kollegiyasına, daha dəqiq muraciətlərə baxan şöbə müdiri Şahin Qəhrəmanlı, iddiaçını qəbul barədə çoxsayli təkidlərindən sonra nəhayət qəbul edib Çıxarılan Qərarın 26 -ci bəndini göstərərək demişdir: Baxın, bu pozisiyada sizin xeyrinizə bir bənd yazılıb, "hazırkı iddiada qoyulmuş tələb iş üzrə onun predmetini təşkil etmir, ona görə qüvvəsində qalır, ancaq gələcəkdə əmək münasibətlərinin və əmək hüquqlarının mubahisələndirilməsi zamanı əmək hüquqlarını tələb etməyiniz qalmaqdadır." Daha sonra şöbə işçisi Şahin Qəhrəmanlı iddiaçıya " gedin iddianı bu dəfə " işdən çıxarılma haqda əmrin qanunsuz hesab edilməsi və işə bərpa " kimi qoyun, desə də, iş üzrə hüquqi ünvan Biləsuvar ərazisi olduğuna rəğmən məhz bu rayonun məhkəməsinə iddia ərizəsi ilə elə tövsiyə edildiyitək də təkrar müraciət edilmiş, İşi icraata götürən Məhkəmə sədri hakim Rəfail Əliyev, iddia mətnini şəxsən qəbul edib müəyyən düzəlişləri etməyi bildirib , redaktə edildikdən sonra icraata götürdü. Oktyabrin sonunda baş tutan ilk prosesdə Hakim, qarşı tərəfdən gələn nümayəndəyə , MMC-nin yeni direktoru Agapaşa bəyə bunları bildirdi: işdən çıxardığınız hazırkı iddiaçının ərizə və digər , işdənçıxarılma haqqında müvafiq əmri təqdim edin ! Ağapaşa bəy, bununcun vaxt istəməsini xahiş edib bildirdi. Prosesə sədrlik edən hakim- sədr Rəfael Əliyev, 29 noyabr 2023 saat15:45 -ə təyin etdiyindən bugündə də baş tutan məhkəmə prosesi bir sıra müəmmalı və təəssufedici məqamlarla yadda qaldı.
Belə ki, məhkəməyə təqdim olunmalı olan lakin işçi tərəfindən yazılmayan, yəni mövcud olmayan ərizə ortaya qoyula bilmədi. Axı necə də qoyula bilərdi.? Bu " ərizə " , yox idi və heçvaxt da olmayıb.
Üstəgəl, işçinin işdən çıxarılma haqqında olan, DSMFnin də muraciətci iddiaçıya verilən elektron portalında qeyd olunan MMC - nin k/ş 29.03.2019 tarixli Əmri də ortaya qoyula bilmədi. O zaman da dərhal iddiaçı tərəfdən sual və Vəsadət xahiş edildi:" möhtərəm hakim, xahiş edirəm, MMC rəhbərinin bir vəzifəli şəxs olaraq AR.CM nin ,308 və 313 -cü maddələrini pozduğuna görə Prokurorluğa təqdim edilməsi barədə Xüsusi qərardad çıxarasınız!
Rəfail Əliyev bu xahişi eşidərkən dərhal da, dedi:" bu o halda olur ki, hakim daxil olan materiallarda hər-hansı bir cinayetxarakterli halı müəyyən edərsə bu qərardadı çıxarır.
Necə də traqikomik səsləndi bu fikir!
Necə yəni cinayət müəyyən edildiyi halda? Məgər vəzifəli şəxsin DSMF portalına işçinin işdən çıxma haqqında öz xahisli ərizəsi belə olmadığı halda, saxta məlumat yerləşdirmə,- cinayət halı deyilmi? Cinayətdir özü də ikiqat, ay möhtərəm sədr!
Daha sonra Rəfail Əliyev, " niyə özünüz prokurorluğa müraciət etmirsiniz ? " sualını qoydu.Dərhal da iddiaçı tərəfdən, bu barədə o zamankı hüquqi ünvan Səbail olduğundan məhz Səbail prokurorluğuna müraciət edilmişdir, cavab isə" sizin Polisə və Məhkəməyə müraciət etməyiniz tövsiyə edilir sözləri yazılmaqla qeyri-düzgün cavab məktubu alınmışdır !"deyilsə də, hakim Rəfail bəy, yenə də buna əhəmiyyət vermədən sonda elə ilk prosesdə olduğu və etdiyi barışıq təklifini iddiaçı və cavabdehə məhkəmə zalında elan elədi.
Barışıq baş tutmadı, bunu görən hakim, " bu sirkət fəaliyyətdə aktiv deyil, gedin barışın , onun haqqında başqa şikayətlər işi var!"deməklə sonuncu , yekun qərarı 20 dekabr saat 16:00-da cixaracağını bəyan etdi.
Ancaq yenə də o vacib və düzgün təkid edilən Xüsusi qərardadın verilməməsi, müəmmalı olaraq qaldı. Görəsən , sonuncu prosesdə, 20 dekabrda hansı növ qərar veriləcək? Bunu diqqətdə saxlayaraq növbəti yazılarımızda əlavə məlumatlar sərgiləyəcəyik. Sonda isə Məhkəmə Hüquq şurasınin rəhbərliyi Cənab İnam Kərimovun da bu qaranlıq məsələnin nəzarətdə saxlamasını xahiş edirəm.
Bölməyə aid digər xəbərlər

Şikayətçi: Xəyyam Qurbanlı
Təqdim etdi: DİA-AZ.NET (ƏRSOYUN BLOQU)
Tarix: 18-12-2023, 09:29
Bölməyə aid digər xəbərlər
8-09-2023, 14:44
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət - "Arazqırağındakı düşmən mövqelərini darmadağın etmişəm"
24-07-2023, 08:33
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
17-10-2023, 10:23
Vasif Talıbovun “sağ əli” – Azər Zeynalov vəzifəsini necə qoruyur?