17:01 / 23-01-2025
Paşinyan: Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır
16:49 / 23-01-2025
Hərbi formanı qanunsuz daşıyanların cərimələri ARTIRILIR
16:41 / 23-01-2025
Çağırışçılarla bağlı cərimələr artırılır
16:18 / 23-01-2025
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini
15:51 / 23-01-2025
Samir Şərifova yeni vəzifə VERİLDİ
15:07 / 23-01-2025
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
14:19 / 23-01-2025
BDU-nun əməkdaşı vəfat etdi
13:48 / 23-01-2025
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
12:46 / 23-01-2025
Yeyinti Sənayesini bitirən Fuad Hacıyevin İdman Akademiyasında macəraları - Video
12:08 / 23-01-2025
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
11:35 / 23-01-2025
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
11:07 / 23-01-2025
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
10:33 / 23-01-2025
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
10:08 / 23-01-2025
Bakıda nadir memarlıq nümunəsi dağıdılır – Rostropoviç bunu da alıb/VİDEO
09:28 / 23-01-2025
Cənab Ali Baş Komandan bizi xilas edin! Nuriyevlər Sabirabadda sabotajla məşğuldur
09:21 / 23-01-2025
“Katibə qalmaqalı” ilə gündəmə gələn Nazim Eynallının “ölü canlar” idarəsi…
08:54 / 23-01-2025
“AAAF Park”-da qanunsuz tikinti davam etdirilir – Obyekti Vüqar Sədizadə tikdirir?
19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
09:25 / 22-01-2025
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
09:01 / 22-01-2025
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
19:08 / 21-01-2025
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
Bölməyə aid digər xəbərlər
Xatırlayırsınızsa, ötən gün İran İslam Respublikası vətəndaşı, Azərbaycanda “Uluturan” və “Göktürk” şirkətləri təsis edərək iş adamı kimi tanınan Sagha Farzı barəsində yazmışdıq. Məqaləmizin başlığı belə idi; “Azərbaycanda İranlı iş adamını hansı yüksək çinli məmurlar himayə edir?!” Həmin sərlövhəli araşdırma yazımızda bir çox şübhə doğuran məqamlara aydınlıq gətirməsi üçün, hətta İranlı iş adamının barəsində əldə etdiyimiz müvəssəl sayılacaq bilgilərin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılmasını da qeyd etmişdik.
Ələlxüsusda məqaləmizdə ölkəmizdə fars-molla rejiminin çətiri altında yaradılmış cəsus şəbəkələrinin ifşa olunması istiqamətində şəbəkə üzvlərinə qarşı Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində İran işləyən bəzi Azərbaycan vətəndaşlarının saxlanıldığını və barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunduqlarını da xüsusi olaraq qeyd etmişdik.
Xatırlayırsınızsa yazmışdıq ki, müşahidələrdən belə qənaətə gəlmək olur ki, İran casuslarının ifşa edilməsi yönündə həyata keçirilən tədbirlər hələ tam yetərli deyildir. İrana casusluq etməkdə şübhə doğuran arasında elələri var ki, Azərbaycanda yüksək çinli, böyük vəzifəli şəxslər tərəfindən himayə olunurlar. Hansı ki, 2017-ci ildə Bakıda yaradılmış “Uluturan” MMC şirkətinin də bu xüsusda fəaliyyətinin şübhə doğurduğunu vurğulamışıq. Bu şirkətin təsisçisi İranlı iş adamı “Atilla” ləqəbli Sagha Farzı olduqda isə şübhərlə daha da dərinləşir. Əslində isə bu dəfə cəsusluqla bağlı məsələnin üzərində deyil, “Uluturan” və “Göktürk” şirkətinin başqa tərəfdaş firmalara, eləcə də ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq etmələri barədə əlimizdə olan növbəti faktlar üzərində dayanacağıq. Məqsədimiz isə “Atilla” ləqəbli Sagha Farzı adlı bir iş adamının insanlarımızın başına açdığı oyunları hər kəsəs çatdırmaqdır ki, bir daha kimsə onun toruna düşməsin.
Ötənki yazımızda da qeyd etmişdik ki, Sagha Farazı təsisçisi olduğu “Uluturan” və “Göltürk” şirkətlərinin etibarından sui-istifadə edərək, ortaq iş qurmaq adı ilə bir çox vətəndaşı biznes layihələrinə şirnikləndirərək, əmlaklarını girov qoymalarına sövq etdirmiş, nəhayətdə isə girov qarşılığında pul vəsaiti heç bir şərikli biznes ortaqlığına yatırmadan dələduzluq yolu ilə mənimsəmişdir.
Bu günlərdə isə RealMedia.az-ın redaksiyasına Pərvin Əliyev (ad, soyad şərtidir) adlı şəxs müraciət edərək İran İslam Respublikasının vətəndaşı, “Uluturan” və “Göktürk” şirkətlərinin təsisçisi Azərbaycanda İranlı iş adamı kimi tanınan Sagha Farzı tərəfindən aldadıldığını, küllü məbləğdə pulunun onun tərəfindən mənimsənildiyini deyir.
P. Əliyev başına gələnləri belə nəql edir:
“Məni Sagha Farzı ilə bir nəfər tanış elədi. Dedi ki, Sagha Farzı Azərbaycanda iş adamıdır. Böyük işlər görür. Bir neçə dəfə Farzı ilə əlaqələrimiz oldu. Mənə ortaq iş təkilifi etdi. Mən ona bu barədə düşünəcəyimi dedim. Farzı mənə israrla bildirdi ki, heç nədən narahat olma. Məni Binəqədi ərazisində yerləşən bir anbara apardı. Anbarda 100 tonlarla (kroşka, plotren) mal var idi. Burdan sonra Farzı məni İran səfrliyinin yanında bir ofisə apardı. Ofisin “Uluturan” şirkətinə məxsus olduğunu bildirdi. Beləliklə mənim saqqızımı oğurladı. İnandırdı ki, bu ləyaqətli bir iş adamdır. Qərara gədik ki, Farzı ilə ortaq biznesə girmək üçün evimi Banka girov qoyub pul götürüm. Bank məsələsi gələndə, Sagha Farzı mənə bildirdi ki, onun tanıdığı yaxın bir FİNKA Bank – Bank olmayan kredit təşkilatı (BOKT) var, gəl oraynan danışıb kredit götürək. Razılaşdım. Farzı həmin kredit təşkilatı ilə (BOKT) danışıb “Uluturan” MMC-nın adına kredit götürmək isdədiyini bildirdi. Bu zaman Bank olmayan kredit təşkilatı məni şirkətə zamın kimi rəsmiləşdirdi, evimi isə girov olaraq bankda saxladı. Girov qarşılığında 150.000 min manat pul götürdük. İki gündən sonra ofisdə oturmuşdum gördüm ki, başqa bir şəxslər ofisə gəlib Sagha Farzıdan pullarını tələb etdi. Əslində mən nə baş verdiyini bilmirəm. Sadəcə olaraq olanlara kənardan baxıram. Nə baş verdiyini anlamağa çalışıram. Nə olduğunu soruşuram da, Farzı deyir ki, boş şeydir, sən fikir vermə. Və mən olan söz-söhbətdən sonra Bankdan götürdüyümüz pulun necə olduğunu soruşuram. Sagha Farzı mənə bildirir ki, narahat olma, pulları İrana mal üçün vurmuşuq. Üzərindən bir neçə gün keçir, malların nə vaxt gələcəyini öyrənirəm. Deyir ki, mal yoldadır, iki günə çatır. Artıq üzərindən aylar vaxt keçir. Nə mal gəlir çıxır, nə də pulların harda olduğunu bilmirəm. Başlayıram bundan pullarımı geri istəməyə. Mən pulları geri istədigcə Farzı hər dəfəsində bir bəhanə uydurub zaman qazanır. Sonradan öyrənirəm ki, mənim pulumun 120.000 min manatı ofisə gəlib borcunu istəyən şəxslərə verilib. Mal məsələsi deyil. Sagha Farzı məni ortaq iş qurmaq adıyla şirnikdirərək aldadıb, pullarımı ələ keçirib. Bank da pul ödənilmədiyinə görə “Uluturan” şirkətini məhkəməyə verib və məhkəmə də mənzilin hərraca çıxarılmasına dair qərar çıxardıb. Məsələ ondadır ki, məhkəmə prosesindən də mənim xəbərim olmayıb. O vaxtı mən bilmişəm ki, icra məmuru mənə zəng edib evin hərracda olduğunu deyiblər. Artıq evim əlimdən gedir. Hələ də bu günə qədər Sagha Farzı nə pulları geri qaytarır, nə də evi Bankdan (BOKT) girovdan çıxarmır.
Sagha Farzının əsas fəaliyyəti Azərbaycanda insanları inandırıb, onlarla ortaq iş birliyinə cəlb etmək adı ilə aldadaraq pullarını və ya əmlaklarını əllərindən çıxardmaqdan ibarətdir.
Hər yerdə özünü milliyətçi qılığında göstərməklə, insanlarda özünə qarşı “yaxşı adam” obrazı yaradaraq sonda onların pullarını və yaxudda ki, mülklərini əllərindən çıxardır. Onun bu özbaşına əməlləri əsas verir ki, Azərbaycandakı dayaqları, ona kimlərin krişalıq etdiyi adamlar araşdırlsın. “Uluturan” və “Göktürk” şirkətlərinin fəaliyyətləri aidiyyəti üzrə səlahiyyətli qurumlar tərəfindən araşdırılmalı, şirkət tərəfindən Azərbaycana gətirilən malların gömrük və vergi sənədləri yoxlanılmalıdır.”
Redaksiyadan: Əldə etdiyimiz səhih məlumatlara görə Sagha Farzı şirkətlərinin adına İrandan idxal etdiyi malların vergi uçotu barədə məlumatları gizlədərək, saxta sənədləri DVX-nə təqdim edir. Belə ki, İrandan gələn xammalın hesabatını məişət şəraitində saxta üsulla hazırlayaraq (və yaxud hazırladıraraq) güyaki həmin malın Türkmənistandan Respublikasından gəldiyinə dair saxta sertifkatı Dövlət Vergi Xidmətinə təqdim edir. Belə olan halda da vergi faizi 36 fazilə yox, 18 faizlə hesablanır.
Xatırladaq ki, ötən yazımızda adları çəkilən şirkətlərin vergi və maliyyə hesabatlılığına, müqavilə öhdəliklərinə də əməl etmədikləri, bir növ himayədarlarının köməyi ilə toxunulmazlıq statusu qazandıqlarını vurğulamışdıq.
Yazıda adı çəkilən Sagha Farzının mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
RealMedia.az
Tarix: 1-11-2023, 16:00
Bölməyə aid digər xəbərlər
28-10-2023, 17:58
Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası qaydaları təsdiqlənib
6-07-2023, 11:06
Milli Məclisin iclası başladı - Gündəlikdə 49 məsələ var
4-07-2023, 17:28
Milli Məclisin növbəti iclasında 49 məsələ müzakirə olunacaq