17:01 / 23-01-2025
Paşinyan: Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır
16:49 / 23-01-2025
Hərbi formanı qanunsuz daşıyanların cərimələri ARTIRILIR
16:41 / 23-01-2025
Çağırışçılarla bağlı cərimələr artırılır
16:18 / 23-01-2025
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini
15:51 / 23-01-2025
Samir Şərifova yeni vəzifə VERİLDİ
15:07 / 23-01-2025
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
14:19 / 23-01-2025
BDU-nun əməkdaşı vəfat etdi
13:48 / 23-01-2025
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
12:46 / 23-01-2025
Yeyinti Sənayesini bitirən Fuad Hacıyevin İdman Akademiyasında macəraları - Video
12:08 / 23-01-2025
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
11:35 / 23-01-2025
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
11:07 / 23-01-2025
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
10:33 / 23-01-2025
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
10:08 / 23-01-2025
Bakıda nadir memarlıq nümunəsi dağıdılır – Rostropoviç bunu da alıb/VİDEO
09:28 / 23-01-2025
Cənab Ali Baş Komandan bizi xilas edin! Nuriyevlər Sabirabadda sabotajla məşğuldur
09:21 / 23-01-2025
“Katibə qalmaqalı” ilə gündəmə gələn Nazim Eynallının “ölü canlar” idarəsi…
08:54 / 23-01-2025
“AAAF Park”-da qanunsuz tikinti davam etdirilir – Obyekti Vüqar Sədizadə tikdirir?
19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
09:25 / 22-01-2025
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
09:01 / 22-01-2025
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
19:08 / 21-01-2025
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
Dini konfessiya rəhbərlərindən Prezidentə məktub
Bölməyə aid digər xəbərlər
Dini konfessiya rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubun mətnini təqdim edirik:
"Möhtərəm cənab Prezident!
Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri Zati-alilərinizi - dünya şöhrətli qalib siyasi lideri Azərbaycanın suverenliyinin bərpası münasibətilə səmimi qəlbdən təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə uca fəaliyyətinizə Ulu Yaradandan uğurlar diləyirik.
Möhtərəm cənab Prezident! Siz Vətən müharibəsindəki Zəfərin qüruru ilə yaşayan Azərbaycan xalqına 2023-cü ilin 15 oktyabrında daha bir özəl, tarixi əhəmiyyətli, möhtəşəm gün yaşatdınız. Azərbaycan xalqının haqq mübarizəsinin qalibiyyət dastanını dünya tarixi səhifələrinə möhtəşəm Zəfər günü ilə həkk etmiş şəxsiyyət olaraq Zati-aliləriniz Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suveren hüququnu təsbit etdiniz. Tarixi ədalətin bərpası - əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yönündə Ali Baş Komandan olaraq rəhbərlik etdiyiniz qalibiyyətli Vətən müharibəsi haqqın, ədalətin təntənəsinə inamı təcəssüm etdirdiyi kimi, 15 oktyabr Xankəndi zəfəri millət olaraq ləyaqət və şərəfimizin bərpasını əyan etdi.
Möhtərəm cənab Prezident! Azərbaycan xalqının Ulu Öndərinin vəsiyyətini - Ata vəsiyyətini yerinə yetirmiş Zati-alilərinizin Azərbaycan cəmiyyətinə bəxş etdiyi bu təntənəli tarixi günə görə hər bir azərbaycanlının qəlbində özəl yeri vardır. Siz Uca Allahın köməyi ilə, Azərbaycan xalqının dəstək və həmrəyliyi, sonsuz məhəbbət və dərin etimadını haqq etmisiniz və bu, Ulu Tanrının Lütfüdür. Şuşa və Xankəndinin Azərbaycanlılar üçün müqəddəs dəyərini, yaralı Xocalı yaddaşını, Ağdərə, Xocavənd, Əsgəran nisgilini qəlbində saxlayan, Qarabağda separatizm yuvasını ləğv edib qalib Azərbaycanın üçrəngli bayrağını yüksəldən Müzəffər Ali Baş Komandanımızı Uca Yaradan hər zaman hifz etsin! «Qarabağ Azərbaycandır» ideyası ətrafında səfərbər olan Azərbaycan xalqının müzəffər sərkərdəsi, Qarabağın, Şuşanın fatehi olan Cənabınız Xankəndi üzərində Azərbaycan bayrağını ucaltmaqla nəyi, necə və nə vaxt etməyi ən gözəl bilən siyasi lider olaraq böyük missiya yerinə yetirərək, xalqımızın ən ülvi arzularını gerçəkləşdirib öz adınızı tarixin salnamələrinə həkk etdiniz!
Möhtərəm cənab Prezident! Xoş fürsətdən istifadə edərək, Azərbaycanda siyasi hakimiyyətə gəlişinizin 20-ci ildönümü münasibətilə Sizi ürəkdən təbrik edir, dövlətimizə və xalqımıza bəxş etdiyiniz uğurlu inkişaf yolu və tarixi nailiyyətlərə görə səmimi minnətdarlığımızı ifadə edirik. Həqiqətən, bizlərə Sizin timsalınızda müdrik lider qismət olmuşdur. Bütün həyatını Azərbaycana həsr etmiş, anadan olmasının 100-cü ildönümü tamam olan Ulu Öndərin bütün fəaliyyət və əməlləri kimi, ailə ocağında yetişmiş övlad da Azərbaycan xalqının səadətinə xidmət etməkdədir.
Möhtərəm cənab Prezident! Fərəhverici haldır ki, Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsi olan, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının mənəvi harmoniya şəraitində bir ailənin üzvləri kimi xoşbəxt yaşamalarını təmin edən multikultural ənənələrimiz dünyanın müxtəlif nöqtələrində yaşayan azərbaycanlılar ilə vəhdətdə Azərbaycan dövlətinin qüdrətini sarsılmaz etmişdir. Dilindən və dinindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları dövlətin diqqət və qayğısını eyni dərəcədə hiss edirlər.
Biz fəxr edirik ki, Azərbaycan xalqının böyük oğlu, müdrik və qətiyyətli dövlət rəhbərimiz Zati-aliləri İlham Əliyev cənablarının iradə və qətiyyəti ilə azad Qarabağda məscidlərin minarələrindən Azan səsi ucalır, müqəddəs məbədlərimiz əsarətdən qurtulmuşdur. Zati-alilərinizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərin hamisi olduğuna, məscidlərlə yanaşı xristian və yəhudi dini abidələrinə Azərbaycanda ənənəvi olaraq diqqət və qayğı ilə yanaşılmasına bütün dünya şahiddir. Bütün bunlar Azərbaycanın dünyadakı tolerant imicinin, ali dəyərlər ölkəsi, mədəniyyətlər, sivilizasiyalar, dinlər arası dialoq prosesində aparıcı mərkəzlərindən olmasını bir daha təsdiq edir. Möhtərəm cənab Prezident, Azərbaycan dindarları Sizin xalq naminə gördüyünüz işləri yüksək dəyərləndirir, Uca Yaradanının Lütfü, dövlət başçımızın rəhbərliyi ilə gələcəyimizə ümidlə baxır, Zati-alilərinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi hər zaman dəstəkləyirlər.
Möhtərəm cənab Prezident! Ölkə dindarlarının adından Sizə və gözəl ailənizə can sağlığı, xoşbəxtlik, şərəfli fəaliyyətinizdə uğurlar diləyirik! Qoy bu zəfər abı-havalı tarixi günlər dövlətimizin və xalqımızın regionda və dünyada yeni nailiyyət və uğurlarına vəsilə olsun! O Bir Yaradanımız hər zaman yardımçınız olsun, öz Lütf və Mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!".
Təbrik məktubunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski və Alban-udi xristian dini icmasının sədri Robert Mobili imzalayıb.
Tarix: 16-10-2023, 15:51
Bölməyə aid digər xəbərlər
6-07-2023, 11:06
Milli Məclisin iclası başladı - Gündəlikdə 49 məsələ var
4-07-2023, 17:28
Milli Məclisin növbəti iclasında 49 məsələ müzakirə olunacaq
28-10-2023, 17:58
Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası qaydaları təsdiqlənib
8-09-2023, 14:44
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət - "Arazqırağındakı düşmən mövqelərini darmadağın etmişəm"