MİT-dən xüsusi əməliyyat: “Doğan” kod adlı terrorçu məhv edildi

MİT-dən xüsusi əməliyyat: “Doğan” kod adlı terrorçu məhv edildi
Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı PKK terror qruplaşmasına qarşı növbəti əməliyyatı keçirib.
 
Bu barədə “Haber Global” məlumat yayıb.
 
Qeyd olunub ki, MİT PKK/KCK terror qruplaşmasının İraq-Suriya üzrə çatdırılmalara (kuryerlik) “məsul şəxsi” “Doğan” kod adlı Kadri Encunu təşkil etdiyi əməliyyatla zərərsizləşdirib.
Sözügedən terrorçu “Pəncə” əməliyyatları qarşı təxribatlar hazırlayıb və terrorçuların Qara, Zap, Metina və Haftanin istiqamətlərində fəaliyyətlərini təmin edib.

Tarix: 27-08-2023, 15:00


Bölməyə aid digər xəbərlər
10-07-2023, 12:00 Daha bir PKK-çı məhv edildi