16:14 / 16-04-2025
Təcili yardım maşını da suda batdı - Video
15:47 / 16-04-2025
Azərbaycan Dəmir Yollarında qalmaqal: İşçiləri zorla işdən çıxarırlar -ƏGƏR MÜDAXİLƏ OLMAZSA...
15:11 / 16-04-2025
Deputat Əhliman Əmiraslanovun oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? -ŞİKAYƏT
14:26 / 16-04-2025
“LANDMARK” BİZNES MƏRKƏZİ SATILDI –Əməkdaşların işdən çıxarıldığı, xarici ofislərin bağlandığı bildirilir
13:21 / 16-04-2025
Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI
12:59 / 16-04-2025
"Kəpəz" hospitalında əməliyyatdan sonra yataq xəstəsi oldu...-FOTOLAR
12:34 / 16-04-2025
Məhərrəm Talıbov və oğlu Samir Talıbov qohumlarla olan əmlakları ilə bağlı mübahisə
11:17 / 16-04-2025
Araz Paşayev Rüfət Mahmudu çıxılmaz duruma salıb
10:19 / 16-04-2025
Binəqədi rayonunda qanunsuz binanı kim inşa etdirir?
09:54 / 16-04-2025
"Tələbələrdən 350-500 manat pul alınır" - Şəkidəki kollecdə qalmaqal
18:51 / 15-04-2025
Hərbi vəzifəlilərin təlim-toplanışı davam edir
18:29 / 15-04-2025
Nura Suri “Azercell”in bu kampaniyasına ETİRAZ ETDİ
18:04 / 15-04-2025
Ağsudan Balakənədək “asfalt əməliyyatı”: Saleh Məmmədova yaxın şirkətin “macəraları” – ARAŞDIRMA
17:42 / 15-04-2025
“Azərdövlətlayihə”nin direktoru Müsədin Namazov son model BMW alır
17:01 / 15-04-2025
Türkiyə və İranın XİN rəhbərləri telefonla danışdı
16:32 / 15-04-2025
Ölkə ərazisində müşahidə olunan əlverişsiz hava ilə bağlı - NÖVBƏTİ XƏBƏRDARLIQ - YENİLƏNİB
15:28 / 15-04-2025
Qusarın baş memarının biznes imperiyası... - BU DA FAKT!
14:54 / 15-04-2025
Kamal Ələkbərov qanunları necə tapdalayır? - Kəngərli rayonunda Azərbaycan bayrağına hörmətsizlik VİDEO
14:17 / 15-04-2025
"Günahkar Emin Əmrullayevdir, cəzanı isə şagird, müəllim və valideynlər çəkir" - ŞOK FAKTLAR
12:47 / 15-04-2025
Nəsimi rayonunda kəsilən onlarla ağacın yerində qanunsuz tikinti ƏLBİRLİYİ- Tikinti tüccarı ilə 11 saylı RETSİ - nin rəisi öncə necə anlşdı və... -DE-FAKTO
12:22 / 15-04-2025
Cəlilabadda daha bir ünvanda ƏLİ BALTALILAR - ETSN-nin işçiləri isə...
11:57 / 15-04-2025
Şou-biznesdəki təzə “Həci”: Emin Hüseynov kimdir? - İLGİNC FAKTLAR...
11:35 / 15-04-2025
Nəsimi rayonunda “PİLOT-16” MMC vətəndaşın evini belə sökür- Video
10:51 / 15-04-2025
Tofiq Bəhramov adına Respublika stadionunda BİABIRÇI VƏZİYYƏT - Zibillik, kəsilmiş, qurudulmuş ağaclar və qanunsuz park yeri
10:03 / 15-04-2025
İş adamı müğənniyə hədə-qorxu gəlir? - Bir daha mənim adımı çəkərsən...
18:29 / 14-04-2025
Konstitusiya Məhkəməsində yeni təyin olunmuş hakim Xanlar Vəliyev kollektivə təqdim edilib
17:51 / 14-04-2025
Nazir Tovuzda vətəndaşları qəbul edəcək
17:17 / 14-04-2025
İdman Kompleksinin direktoru obyekti hansı vəsaitlə əldə edib?
16:32 / 14-04-2025
Ekspert verdiyi rəyi niyə ləğv edib? – Ədalət Həsənovun başçılıq etdiyi mərkəzdə 40 min iddiası
15:50 / 14-04-2025
Nəsimi rayonunda qanunsuz tikintidən Read Qasımovun xəbəri var?

Müştəri ilə BELƏ KONTAKTMI OLUR? - NARAZILIQ VAR!
Bölməyə aid digər xəbərlər
“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov Sumqayıt şəhəri, dənizkənarı Novxanı bağlarında yaşayan Talıbova Xəyalə tərəfindən ona ünvanlanmış şikayət ərizəsini “Təzadlar”a göndərib.
Şikayətçi qeyd edir ki, iyul ayının 4-də kreditlə telefon almaq üçün Sumqayıt şəhərində yerləşən “Kontakt-Home” 11 mağazasına müraciət edib.
“Əvvəlcədən ilkin ödənişlə maraqlanmışdım. iPhone 11 - 128 gb yaddaşı olan model telefon götürmək istəyirdim. Çox istəyirdim o telefondan məndə olsun, lakin bu arzumu gerçəkləşdirmək yalnız kreditlə mümkün idi - nəğd almağa durumum əl vermirdi.
Həm də 1-ci qrup Prezident təqaüdü alan qardaşım var. Çatdırmaq olmur. Nəğd ala bilməzdim. Buna görə də telefonu kreditlə götürdüm. Qızıl zəmanət təklif etdilər. Qızıl zəmanətə anamın təkidilə razılaşdım.1400 AZN olan telefon mənə kreditlə 18 aya 2459.09 AZN-ə başa gəldiyinə görə qızıl zəmanəti ləğv etdim. Əhəmiyyətsiz olduğunu hiss etmişdim. Həmçinin 18 aya baha gəlib çıxırdı. Sonra sənədlərdə dəqiqlik olsun deyə iyun ayının 5-i gəldim ki, sənədlər düzəlsin. Qızıl zəmanət ləğv edilmişdi. Sistemdən silinsə də, kağızı yox idi. Mənə dedilər ki, ayın 6-sı yaxınlaşın.Kredit müddətini də azaltmaq istəyirdim ki, biraz azalsın qiyməti. Dedilər, faizsizdir, amma 1400 manatlıq telefon 12 aya gəldi 2090.99 manata çıxdı. Guya, komissiya haqqıymış... Adapter də kreditə daxil idi. Lakin dedilər, qiyməti ayrıdır, telefonun üstündə vermirlər”, - deyə şikayətçi bildirir.
Xəyalə Talıbova qeyd edir ki, elə telefonu əlinə aldığı ilk gündən etibarən onun problemli olduğu üzə çıxıb - whatsappda status paylaşdıqda durumunda görünməyib.
“Durumum anamda görünürdü. Dedim, paylaşımı hamı görür, amma məndə durumda niyə şəkil yoxdur?! Bundan başqa, telefon ilk gündən donmağa başladı, whatsappda paylaşdıqlarımı görə bilmədim. Halbuki hamı görür, mən öz statusumu görmürdüm. Elə bil heçnə paylaşılmamışdı. Telefonla zəng edən zaman da qulaq dinamikindən xışıltı səsi gəlirdi. Məcbur olub iyunun 7 -si mağazaya yaxınlaşdım. Əminliklə bildirdilər ki, “telefonda heç bir problem yoxdur, ios sistemdəndir”... Nəyi isə yenilədilər, amma nə olsun, eyni şey. İyunun 10- u yenidən yaxınlaşdım müdirə. Eyni sözləri danışdı. Müdirdə də eyni model telefon idi, lakin onda xışıltı səsi gəlmirdi. Amma dandı... Şikayətimə ciddi baxmadılar. Dedilər, “servisə göndərək”. Dedim, dörd günlük telefon, niyə servisə göndərilsin, dəyişin. Dedilər, guya servis təsdiq etməlidir.
Halbuku malı aldığımdan 14 gün belə keçmədiyi üçün istehlakçı hüququm vardı onu dəyişməyə və ya qaytarmağa. Amma etmədilər. Hətta ofislərinə də şikayət etdim. Yenə eyni sözlər... Ayın 11-də servisə (Servis Sumqayıt şəhəri 12-ci mikrorayon, Koroğlu prospekti 722 –də yerləşir ) apardım telefonu, amma narazı idim mağazadan.
Orada operator Səadət xanım vardı. İradımı bildirdim ona. O, mənə bildirdi ki, sizi anlayıram, dediyiniz qüsürları gördüm. Səadət xanım da telefona baxdıqda gördü ki, telefonda cızıq, ümumiyyətlə heçnə yoxdur. Telefon 11 gün servisdə qalandan sonra dedilər ki, telefonun problemi yoxdur. .. Ayın 22 -si getdim servisə. Dedim, heç nəyi olmayan telefon belə olar? Bir söz deyə bilmədilər. Sonra həmin gün anamla getdim mağazaya. Müdirə dedim ki, bu telefona görə yollarda qalmışam: ya düzgün telefon verilsin, ya da ki, kredit ləğv edilsin. Dedi, servis təsdiqləməyib....
Beləcə, vaxt keçdi. Sonra ayın 24- ü nənəmlə getdim mağazaya. Yenidən etirazımı bildirdim. Müdir yox idi. Onu Qulu adında başqa bir şəxs əvəz edirdi. Dedim, baxın, şəklini çəkmişəm, məni incitməyin, pulumu - 400 manatı verin, telefonu götürün! Sizin mağazaya inanmıram artıq! O da dedi ki, servisə göndərin.
Yenə bildirdim ki, təzə telefondu ,istifadə belə etməmişəm, dəqiqəbaşı nə servis? Niyə vaxtı uzadırsınız? Dedi ki, təsdiqləsinlər, sonra”, -Xəyalə Talıbova bildirir.
Şikayətçi mağazanın təkidi ilə yenidən telefonu servisə apardığını və onlara telefonun enerji yığarkən arxa tərəfinin həddən artıq qızdığını söylədiyini bildirir.
“Daha əsəblərim tarıma çəkilib. Dözə bilmirəm. Camaatı haram yolla soyurlar, aldadırlar. Məni də aldadırlar. Xahiş edirəm, mənə kömək edin. Keyfiyyətsiz telefon veriblər mənə. Çox adamlar şikayətçidir, amma bilməmişəm. Telefonu alandan sonra bildim mallarının keyfiyyətsiz olduğunu. Xahiş edirəm, istehlakçı hüququmu qoruyub, ödədiyim 402 manat pul mənə qaytarılsın və müqaviləyə xitam verilsin.
Həmçinin əlaqədar dövlət qurumlarına, kütləvi informasiya vasitələrinə məlumat verilsin ki, əhali aldanmasın və aldadılmasın”, - deyə şikayətçi X.Talıbova ərizəsində vurğulayır.
Qeyd edək ki, “Kontakt Home” ölkədə elektronika, məişət texnikası və mebel satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biri.
2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk “Kontakt Home” mağazası açılmışdır.
P.S. Qeyd edək ki, "Kontakt Home"un ofisi ilə telefon əlaqəsi saxladıq. Yaxın zamanda problemin araşdırılacağı və bizə dəqiq məlumat veriləcəyi bildirildi.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. //tezadlar.az//
Tarix: 27-07-2023, 09:38
Bölməyə aid digər xəbərlər
4-08-2023, 21:15
“Kontakt home”dan şikayətlər yağış kimi yağır”: - Şirkətin “itil cəhənnəmə” prinsipi böyük narazılıq yaradır
25-10-2023, 18:34
Kontak Home və Bakuelektronics-ın telefon fırıldaqları - Şok faktlar
24-07-2023, 08:33
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
18-07-2023, 17:40
"Kontakt Home" bu millətlə KONTAKTA NİYƏ GİRƏ BİLMİR? - GİLEY
8-09-2023, 14:44
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət - "Arazqırağındakı düşmən mövqelərini darmadağın etmişəm"