"Kəpəz" hospitalında əməliyyatdan sonra yataq xəstəsi oldu...-FOTOLAR


” Kəpəz” hospitalında  Balakən sakini həkim səhvinin qurbanı olub.

Kəpəz Hospital” görün kimə məxsus imiş – Könül Hacıyeva burada “at oynadır - ObyektivTv

Balakən rayon sakini Qoradayeva Cuhay   İbrahim qızı “Kəpəz” hospitalında neyrocərrah Zaur Ramixanov tərəfində bel yırtığı xəstəliyi ilə əlaqədədar əməliyyat olunub. Xəstənin bildirdiyinə görə,  əməliyyatdan sonra yeriyə bilmir və vəziyyəti getdikcə pisləşir.

Pasiyent  yenidən “Kəpəz” hospitalına  müraciət etdikdə ondan əlavə ödəniş tələb ediblər ki, yenidən əməliyyat olunsun.

Məsələdə adı hallanan cərrah Zaur Ramixanovla əlaqə yaratmaq mümkün olmadı.  “Kəpəz” hospitalında isə Qoradayeva Cuhay İbrahim qızı adlı pasiyentləri onlarda əməliyyat olunmadıqlarını bildirdilər.

Qeyd edək ki, bir müddət öncə  Araz Musayevin şikayəti əsasında neyrocərrah Zaur Ramixanovun səhv əməliyyatından sonra əlil qalması ilə bağlı məlumat dərc edilmişdir.(xalq.az)


Qarşı tərəflərində fikirlərinə dərc etməyə hazırıq.


Tarix: Dünən, 12:59


Bölməyə aid digər xəbərlər