19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
09:25 / 22-01-2025
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
09:01 / 22-01-2025
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
19:08 / 21-01-2025
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
16:53 / 21-01-2025
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
16:18 / 21-01-2025
"Dövlət içində dövlət qurublar..." - GİLEY
15:03 / 21-01-2025
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
14:15 / 21-01-2025
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
13:29 / 21-01-2025
Azərbaycan Prezidenti Donald Trampı təbrik edib
12:46 / 21-01-2025
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
12:14 / 21-01-2025
Binəqədi İcra Hakimiyyəti 9-cu mikrorayonda aparılan qanunsuz tikintiyə "göz yumur" -FOTOFAKT
10:17 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
10:16 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
09:51 / 21-01-2025
“Sea Breeze”dəki mənzillərdə problemlər var? - VİDEO
09:09 / 21-01-2025
Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
16:11 / 20-01-2025
"Nur Klinika"nın dövlətə vergi borcu üzə çıxdı - Əməliyyat zamanı "pasientlər"lə yarıçılpaq "selfie"/ FOTOFAKT
14:26 / 20-01-2025
35 il öncənin Bakısı - FOTO
13:26 / 20-01-2025
Prezident Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
12:54 / 20-01-2025
Ceyhun Bayramov: Azərbaycanın Ermənistanla təmasları davam edir
Naxçıvanın statusu da REFERENDUMA ÇIXARILIR? - İLGİNC İDDİA
Bölməyə aid digər xəbərlər
“Azərbaycanda referendumların keçirilməsində zaman intervalı 7 ildir. Bunu heç bir hüquqi-siyasi zərurətlə izah etmək mümkün deyil. 1995, 2002, 2009, 2016 və indi 2023. Bu ardıcıllığa baxsaq, izahı olmasa da, deməli, yeni referendumun vaxtı çatıb”.
Politoloq Nəsimli Məmmədli Azpolitika.info-ya müsahibəsində belə deyib. Onun fikrincə, referendumu zəruri edən hüquqi və siyasi məsələlər də var: “Ölkədə mövcud inzibati idarəetmə sisteminin dəyişdirilməsi gözlənilir. Ölkədə inzibati bölgü regionlar üzrə aparıla bilər. Naxçıvan MR-in hüquqi statusu ilə bağlı yenilik gözlənilir. Ermənistanla sülh danışıqlarını izləyən beynəlxalq ekspertlər Naxçıvanın statusunu nümunə kimi Qarabağ ermənilərinə də tətbiq etməyin mümkünlüyünə işarə vurur. Odur ki, bu istiqamətdə dəyişiklik gözlənilir”.
Son zamanlar beynəlxalq tədbirlərdə Ermənistan tərəfinin gözləntisi həm də ondan ibarətdir ki, heç olmasa, Naxçıvan Muxtar Respublikasına bənzər Xankəndi və ətrafında yaşayan ermənilərin hüquqları tanınsın. Bu da gələcəkdə Qarabağ bölgəsində müəyyən maneələrin yaranmasına səbəb olur. Buna doğru atılan addımlardan biri də 14 iqtisadi rayonun yaradılmasıdır. Orada Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon terminləri keçir. Amma bu iqtisadi rayon idarəetmə forması deyil. Növbəti mərhələdə inzibati ərazi bölgüsünə çevriləcəksə, bu zaman Naxçıvanın xüsusi bir statusunun olmasına ehtiyac da qalmır.
Son zamanlar Naxçıvan Muxtar Respublikası ətrafında maraqlı proseslərin getdiyinin şahidi oluruq. Qeyd olunur ki, Bakının əsas məqsədi Naxçıvanın idarəetmə strukturlarında mərkəzi hakimiyyətin rolunun artırılması və muxtar respublikadakı nazirliklərin birbaşa Bakıdakı əsas nazirliklərə baş idarələr formasında tabe edilməsidir. Həmçinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin ləğvinin də gündəmdə olduğu deyilir. Məlumat üçün qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlət hesab olunur. 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onun statusu bu Konstitusiya ilə müəyyən edilir. Muxtar respublikada qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının parlamenti - Ali Məclisi, icra hakimiyyətini Naxçıvan MR-in Nazirlər Kabineti, məhkəmə hakimiyyətini isə muxtar respublikanın məhkəmələri həyata keçirir.
Konstitusiyaya əsasən, NMR-in Ali Məclisinin sədri muxtar respublikanın ali vəzifəli şəxsidir. O, Ali Məclisdə seçilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi 45 deputatdan ibarətdir. Muxtar respublikanın şəhər və rayon ərazi vahidləri icra hakimiyyətləri tərəfindən idarə edilir. İcra hakimiyyətlərinin başçıları isə Naxçıvan MR Ali Məclisi sədrinin təqdimatı ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin olunur. Naxçıvan Muxtar Respublikasında yerli idarəetmə orqanları - bələdiyyələr fəaliyyət göstərir.
Əslən Naxçıvandan olan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun fikrincə, Azərbaycanda ərazi idarəetmə strukturunda islahatların aparılmasına artıq çoxdan hazırlıq gedir: “Bu islahatlar ölkədə aparılan islahatların mühüm tərkib hissəsidir. İndiki ərazi idarəçilik formasının müasir çağırışlara cavab vermədiyi artıq illərdir ki, ortadadır. Son bir neçə ildə yerli icra hakimiyyəti başçılarının işdən çıxarılması və onlardan bəzilərinin həbsi bir daha sübut etdi ki, bir çox hallarda rüşvət və korrupsiya ilə müşayiət olunan bu idarəçilik artıq ümumi inkişafımızın qarşısında əngələ çevrilib. Bu gün yerlərdə İcra Hakimiyyəti başçılarının çoxunun fəaliyyətindəki nöqsanlar və bir çox hallarda onların vətəndaşlara qarşı sayğısızlıq nümayiş etdirməsi hakimiyyətin apardığı islahatlara kölgə salmaqdan başqa heç nəyə xidmət etmir.
Yerli idarəçilik sisteminin dəyişdiriləcəyinin anonsu Prezident İlham Əliyev tərəfindən bu ilin əvvəlində verilib və ölkədə yeni idarəçilik üsulunun nümunələrinin tətbiqinə başlanıb. Şərqi Zəngəzur, Qarabağ bölgələrimizdə və Naxçıvan Muxtar Respublikasında Prezidentin xüsusi nümayəndələrinin təyin olunması yaxın vaxtlarda bu idarəçilik sisteminin bütün ölkə üzrə tətbiq ediləcəyinə işarədir.
Beləliklə, ərazi idarəetmənin yeni formasını müəyyənləşdirərkən Azərbaycan ərazi idarəetmənin yeni və daha çevik idarəçilik imkanları yarada biləcək bir modelini ortaya qoyur.
Naxçıvanın muxtariyyətinin ləğv edilməsinin zamanının çatdığı isə bir neçə səbəblərlə əsaslandırılır.
- Birincisi, bu muxtariyyətin tarixi zərurətdən doğularaq yaradıldığı vaxtdan artıq 100 ildən çox keçir. Azərbaycan isə artıq 30 ildən çoxdur ki, müstəqil dövlət kimi fəaliyyət göstərir və öz ərazisində yeni, daha təkmil idarəçilik formalarını tətbiq etmək onun haqqıdır.
- İkincisi, bu gün Naxçıvanın muxtariyyət nümunəsi Azərbaycanın Qarabağ ərazilərində yaşayan ermənilərə əsas verir ki, onlar da özlərinə hər hansı bir formada muxtariyyət tələbi irəli sürsünlər. Bu səbəbdən ölkənin bütün ərazisində eyni idarəçilik formasının tətbiqi məqsədəuyğundur.
- Üçüncüsü, müstəqillik illərimizdə dövlətimizin içərisində muxtar bir dövlət olan Naxçıvan zaman-zaman mərkəzdən qaçma xəstəliyinə tutularaq, bəzi məsələlərdə özünü az qala müstəqil dövlət kimi aparmağa baş qaldırmışdı.
Bütün bu səbəblərdən müvafiq qanunvericilik aktlarında dəyişikliklər etmək yolu ilə Naxçıvanın muxtariyyətinin ləğv edilməsinin və orada illərlə formalaşmış, şişmiş idarəçilik mexanizminin tamamilə dəyişdirilməsinin vaxtı çatıb".
“Yeni Müsavat”
Tarix: 21-07-2023, 18:34
Bölməyə aid digər xəbərlər
28-07-2023, 20:50
Naxçıvanda yeni qurum YARADILDI
4-07-2023, 17:28
Milli Məclisin növbəti iclasında 49 məsələ müzakirə olunacaq
6-07-2023, 11:06
Milli Məclisin iclası başladı - Gündəlikdə 49 məsələ var
18-07-2023, 10:46
“Xocalıda separatçı rejiminin “bayrağı”nın asılması Rusiyanın sülhə qarşı olduğunu açıq göstərir”