08:54 / 23-01-2025
“AAAF Park”-da qanunsuz tikinti davam etdirilir – Obyekti Vüqar Sədizadə tikdirir?
19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
09:25 / 22-01-2025
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
09:01 / 22-01-2025
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
19:08 / 21-01-2025
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
16:53 / 21-01-2025
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
16:18 / 21-01-2025
"Dövlət içində dövlət qurublar..." - GİLEY
15:03 / 21-01-2025
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
14:15 / 21-01-2025
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
13:29 / 21-01-2025
Azərbaycan Prezidenti Donald Trampı təbrik edib
12:46 / 21-01-2025
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
12:14 / 21-01-2025
Binəqədi İcra Hakimiyyəti 9-cu mikrorayonda aparılan qanunsuz tikintiyə "göz yumur" -FOTOFAKT
10:17 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
10:16 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
09:51 / 21-01-2025
“Sea Breeze”dəki mənzillərdə problemlər var? - VİDEO
09:09 / 21-01-2025
Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
16:11 / 20-01-2025
"Nur Klinika"nın dövlətə vergi borcu üzə çıxdı - Əməliyyat zamanı "pasientlər"lə yarıçılpaq "selfie"/ FOTOFAKT
14:26 / 20-01-2025
35 il öncənin Bakısı - FOTO
13:26 / 20-01-2025
Prezident Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
12:54 / 20-01-2025
Ceyhun Bayramov: Azərbaycanın Ermənistanla təmasları davam edir
“Xocalıda separatçı rejiminin “bayrağı”nın asılması Rusiyanın sülhə qarşı olduğunu açıq göstərir”
Bölməyə aid digər xəbərlər
Xəbər verildiyi kimi, iyulun 14-də Xankəndidəki erməni separatçı tör-töküntüləri Azərbaycana qarşı permanent qanunsuz aksiyaya başlayıblar. Separatçılar Xankəndinin mərkəzindən Xocalı aeroportuna - rus sülhməramlı komandanlığının müvəqqəti qərargahı önünə də yürüş ediblər.
102xeber.info “Yeni Müsavat”a istinadən xəbər verir ki, aeroport önündən yayılan aksiya kadrlarında isə orada asılan “bayraqlar” xüsusi diqqət çəkib. Ərazidə Rusiya bayrağı ilə yanaşı, Ermənistanın bayrağı və Qarabağdakı separatçıların əski parçasının da asıldığı aydın görünür. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, o zaman bu nə hoqqabazlıq və həyasızlıqdır?
Rusiya bayrağının qaldırılmasını haradasa anlamaq olar. Bununla müvəqqəti yerləşdikləri ərazidə dislokasiyanı göstərmək istəyirlər - hərçənd Azərbaycan bayrağı da yanaşı asılmalıdır. Bəs Ermənistan bayrağının, oyuncaq rejiminin əski parçasının Xocalıya, Qarabağa nə dəxli? Komandanlıq heç olmasa, Putinin imzası duran 22 fevral 2022-ci il Moskva bəyannaməsini oxumayıbmı?
Beləliklə, Rusiya “sülhməramlı” kontingentinin gerçək mahiyyəti bir daha ortaya çıxır. Bəlli olur ki, onlar bölgəyə heç də iki xalqın barışığı üçün yox, yeni fitnə-fəsadlar törətmək, aranı daha da qızışdırmaq üçün göndərilib.
Bu harasıdır, bir gün sonra - iyulun 15-də - liderlərin Brüssel görüşü günü Rusiya XİN Azərbaycanla bağlı növbəti ultimativ mövqe sərgiləyib, ərazi bütövlüyümüz ikibaşlı cümlələrlə şübhə altına alınıb. Açıqlamada “blokada” nəticəsində guya Qarabağda humanitar fəlakətə yaxın situasiyanın yarandığı iddia olunur və erməni “ağzı ilə”, Bakı “təcili şəkildə Laçın dəhlizini açmağa” çağırılır. Sanki Laçın yolu bağlı imiş.
Sitat: “Bu gün Dağlıq Qarabağ ətrafında vəziyyətin neqativ ssenari üzrə inkişaf etməsi narahatlıq doğurur. Bölgədə humanitar böhran getdikcə dərinləşir. Yerli əhali ərzaq, dərman, ilkin tələbat mallarının kəskin çatışmazlığını yaşayır, elektrik enerjisi və qaz təchizatından praktiki olaraq məhrumdur. Bu, Qarabağ erməniləri - bölgənin sadə sakinləri üçün ən dramatik nəticələrə səbəb ola bilər. Biz Azərbaycan rəhbərliyini Laçın dəhlizinin blokunun dərhal açılması, bu dəhlizlə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin bərpası, eləcə də rayonun enerji təchizatı üçün təxirəsalınmaz tədbirlər görməyə çağırırıq”.
Rəsmi Bakı artıq bu iddiaları cavablandırıb.
Xatırladaq ki, Bakı həm erməni icması, həm də Rusiya hərbi kontingentinin humanitar ehtiyaclarının qarşılanması üçün öz ərazisi vasitəsilə, alternativ təchizat yolu kimi Xankənd-Ağdam yolunu təklif edib. Məsələ Brüssel görüşündə də müzakirə olunub və təqdirlə qarşılanıb! Yəqin ki, Moskvanın təlaşı həm də bununla bağlıdır.
Rusiya XİN-in bəyanatından həmçinin aydın olur ki, Moskva suverenliyimizə hörmətsiz yanaşmağa və vəziyyəti qəsdən qəlizləşdirməyə davam edir. Halbuki 10 noyabr sənədi Azərbaycan Konstitusiyasından və beynəlxalq hüquqdan üstün ola bilməz. Bundan əlavə, Rusiya həmin sənədin 4-cü bəndini bu günədək yerinə yetirməyib, qanunsuz erməni silahlı dəstələrini ərazidən çıxarmayıb.
Rusiyanın bu kimi demarşlarına bəyanatdan savayı cavabımız nə olacaq? Xocalıdan Ermənistanın və oyuncaq rejimin “bayrağı”nın yığışdırılması tələb ediləcəkmi?
Politoloq Murad Sadəddinov
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirib ki, məsələyə təkcə əsgi parçalarının Xocalı aeroportunda ucaldılması prizmasından yox, daha geniş prizmadan yanaşmaq daha məqsədəuyğundur. Ən çox diqqət edilməli olan başqa amillər də var: “Bilirsiniz ki, 44 günlük Vətən müharibəsi bitəndən sonra başlanan danışıqlar prosesinə ilk olaraq Rusiya qoşuldu. Sonra isə Avropa İttifaqı və ABŞ da qoşuldular. Hazırda mövcud iki danışıq platforması var. Biri Rusiyanın vasitəçilik etdiyi platformadır, digəri Rusiyaya əks mövqedə olan Qərb platformasıdır. Bu iki platforma arasında ciddi ziddiyyətli məqamlar var. Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının uzanması, sülh sazişinin imzalanmasının hələ də mümkün olmaması və hazırda mövcud olan durum bu iki platforma arasında ziddiyyətlərdən, fikir ayrılıqlarından, mübarizədən qaynaqlanır. Rusiya sülh müqaviləsinin imzalanmasında Qarabağla bağlı məsələləri dondurmaq və gələcək nəsillərə saxlamaq mövqeyindən çıxış edir. Qərb isə birmənalı olaraq Qarabağı Azərbaycan ərazisi olaraq tanımaqla orada yaşayan erməni əhaliyə müəyyən təhlükəsizlik təminatları verməklə bu problemin birdəfəlik həll edilməsini istəyir. Bu baxımdan bizə Qərb platforması çox əlverişlidir və onların mövqeyi bizim elan etdiyimiz məqsədlərlə uyğun gəlir. Rusiya platfomasında danışıqlar prosesi isə Rusiyanın mövqeyi üzündən ləngiyir, heç bir müsbət irəliləyiş yoxdur. Əksinə, Rusiya prosesi geriyə itələməklə məşğuldur. Rusiya XİN-in verdiyi məlum bəyanat da buna xidmət edir. Rusiya 10 noyabr üçtərəfli bəyanatında üzərinə götürdüyü öhdəliklərin bəzilərini hələ də yerinə yetirməməklə ədalətli orbitr olmadığını bir daha ortaya qoyur. O cümlədən Azərbaycan ərazisində qondarma erməni separatçı rejiminin “bayrağı”nın hələ də saxlanmasına, bu azmış kimi, Rusiya dövlətinin bayrağı ilə yan-yana asılmasına, həmçinin Ermənistan bayrağının da orada ucaldılmasına şərait yaratması Rusiyanın sülh yaratma missiyasını deyil, sülhə qarşı olduğu siyasətini açıq ortaya qoyur. Azərbaycan dəfələrlə 10 noyabr üçtərəfli bəyanatının tələblərinin icrasını Rusiya tərəfinin qarçısında qaldırsa da, Rusiya verilən bəyanatları, çağırışları nəzərə almır və ya əhəmiyyət vermir. Bu vəziyyət isə separatçıları və Ermənistanı arxayınlaşdırır. Böyük ehtimalla Azərbaycan Xocalıdan Ermənistanın və oyuncaq rejiminin “bayrağı”nın yığışdırılmasını Rusiyadan tələb etsə belə, yenə də müsbət reaksiya olmayacaq.
Qərb platforması isə dediyimiz kimi, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün prosesi müəyyən mərhələyə qədər çatdıra bilib. Eləcə də Qarabağ ermənilərinin məsələsinin Azərbaycanın qanunları çərçivəsində həllinin tərəfdarı olduğunu nümayiş etdirib”.
Politoloq qeyd edib ki, Rusiya tərəfi Qərb platformasında aparılan prosesin real nəticəyə yaxınlaşmaqda olduğunu hiss edir. Ona görə də ən müxtəlif təxribatlar təşkil edir və edəcək: “Məqsəd odur ki, real nəticə verməkdə olan prosesin qarşısını alsın. Bu prosesin qarşısını almaq üçün də Rusiya bir tərəfdən XİN vasitəsilə Azərbaycanın xeyrinə olmayan bəyanat verir, digər tərəfdən sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki separatçı ermənilərin, Vardanyan kimi emissarlarının əli ilə müxtəlif təxribatlar, o cümlədən bayraq təxribatı kimi təxribatlar təşkil edilir və yəqin ki, bundan sonra da ediləcək. Separatçıların əski parçalarının Rusiya bayrağı ilə yanaşı asılmasından tutmuş hər cür təxribata hazır olmalıyıq. Azərbaycanın diplomatik çərçivədə XİN vasitəsilə bəyanatla Rusiyaya etirazını, narazılığını bildirməsi hazırkı məqamda düzgün yoldur. Biz sülh danışıqlarını dayandırmamalı və prosesin sülh sazişinin imzalanmasına gətirib çıxarmasına çalışmalıyıq. 2025-ci ildə Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxmasının qarşısını almaq üçün yaradılan müxtəlif təxribatlardan da yayınmalıyıq. Şübhəsiz ki, silahlı qüvvələrimizə və əhalimizə hər hansı təhlükə yaranarsa, buna ən sərt cavab verilməlidir, təhlükə mənbələri məhv olunmalıdır. Həmin təhlükə mənbələri rus sülhməramlı adlanan qüvvələri çətiri altında olsa belə, məhv edilməlidir. Bizim cavabımız bu şəkildə olmalıdır. Rusiya düşünməməlidir ki, erməniləri hər cür təxribata sövq edəcək və Azərbaycan buna susacaq, yaxud da ancaq bəyanatla cavab verəcək. Qarabağda yerləşən qanunsuz erməni silahlı birləşmələrinin və quldur dəstələrinin məhv edilməsi üçün Azərbaycan Ordusunun bircə dənə korpusunun güc tətbiq etməsi kifayətdir”.
Tarix: 18-07-2023, 10:46
Bölməyə aid digər xəbərlər
21-06-2023, 09:27
Qarabağ müharibəsi veteranı Mikayıl Cabbarova müraciət etdi... - "Arxivə müraciət edilsin ki..."
7-06-2023, 12:39
Dünya Azərbaycanlıları Beynəlxalq Fondu erməni təxribatları ilə əlaqədar İsveç və Almaniyaya çağırış edib
14-07-2023, 09:44
`Veysəloğlu`da BÖYÜK TƏFTİŞ GÖZLƏNİLİR... - İLGİNC İDDİALAR...
25-06-2023, 11:30
“Azərbaycan SQ Ali Baş Komandanımız İlham Əliyevin növbəti əmr və tapşırıqlarını yerinə yetirməyə hər an hazırdır” - Məhərrəm Əliyev