16:14 / 16-04-2025
Təcili yardım maşını da suda batdı - Video
15:47 / 16-04-2025
Azərbaycan Dəmir Yollarında qalmaqal: İşçiləri zorla işdən çıxarırlar -ƏGƏR MÜDAXİLƏ OLMAZSA...
15:11 / 16-04-2025
Deputat Əhliman Əmiraslanovun oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? -ŞİKAYƏT
14:26 / 16-04-2025
“LANDMARK” BİZNES MƏRKƏZİ SATILDI –Əməkdaşların işdən çıxarıldığı, xarici ofislərin bağlandığı bildirilir
13:21 / 16-04-2025
Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI
12:59 / 16-04-2025
"Kəpəz" hospitalında əməliyyatdan sonra yataq xəstəsi oldu...-FOTOLAR
12:34 / 16-04-2025
Məhərrəm Talıbov və oğlu Samir Talıbov qohumlarla olan əmlakları ilə bağlı mübahisə
11:17 / 16-04-2025
Araz Paşayev Rüfət Mahmudu çıxılmaz duruma salıb
10:19 / 16-04-2025
Binəqədi rayonunda qanunsuz binanı kim inşa etdirir?
09:54 / 16-04-2025
"Tələbələrdən 350-500 manat pul alınır" - Şəkidəki kollecdə qalmaqal
18:51 / 15-04-2025
Hərbi vəzifəlilərin təlim-toplanışı davam edir
18:29 / 15-04-2025
Nura Suri “Azercell”in bu kampaniyasına ETİRAZ ETDİ
18:04 / 15-04-2025
Ağsudan Balakənədək “asfalt əməliyyatı”: Saleh Məmmədova yaxın şirkətin “macəraları” – ARAŞDIRMA
17:42 / 15-04-2025
“Azərdövlətlayihə”nin direktoru Müsədin Namazov son model BMW alır
17:01 / 15-04-2025
Türkiyə və İranın XİN rəhbərləri telefonla danışdı
16:32 / 15-04-2025
Ölkə ərazisində müşahidə olunan əlverişsiz hava ilə bağlı - NÖVBƏTİ XƏBƏRDARLIQ - YENİLƏNİB
15:28 / 15-04-2025
Qusarın baş memarının biznes imperiyası... - BU DA FAKT!
14:54 / 15-04-2025
Kamal Ələkbərov qanunları necə tapdalayır? - Kəngərli rayonunda Azərbaycan bayrağına hörmətsizlik VİDEO
14:17 / 15-04-2025
"Günahkar Emin Əmrullayevdir, cəzanı isə şagird, müəllim və valideynlər çəkir" - ŞOK FAKTLAR
12:47 / 15-04-2025
Nəsimi rayonunda kəsilən onlarla ağacın yerində qanunsuz tikinti ƏLBİRLİYİ- Tikinti tüccarı ilə 11 saylı RETSİ - nin rəisi öncə necə anlşdı və... -DE-FAKTO
12:22 / 15-04-2025
Cəlilabadda daha bir ünvanda ƏLİ BALTALILAR - ETSN-nin işçiləri isə...
11:57 / 15-04-2025
Şou-biznesdəki təzə “Həci”: Emin Hüseynov kimdir? - İLGİNC FAKTLAR...
11:35 / 15-04-2025
Nəsimi rayonunda “PİLOT-16” MMC vətəndaşın evini belə sökür- Video
10:51 / 15-04-2025
Tofiq Bəhramov adına Respublika stadionunda BİABIRÇI VƏZİYYƏT - Zibillik, kəsilmiş, qurudulmuş ağaclar və qanunsuz park yeri
10:03 / 15-04-2025
İş adamı müğənniyə hədə-qorxu gəlir? - Bir daha mənim adımı çəkərsən...
18:29 / 14-04-2025
Konstitusiya Məhkəməsində yeni təyin olunmuş hakim Xanlar Vəliyev kollektivə təqdim edilib
17:51 / 14-04-2025
Nazir Tovuzda vətəndaşları qəbul edəcək
17:17 / 14-04-2025
İdman Kompleksinin direktoru obyekti hansı vəsaitlə əldə edib?
16:32 / 14-04-2025
Ekspert verdiyi rəyi niyə ləğv edib? – Ədalət Həsənovun başçılıq etdiyi mərkəzdə 40 min iddiası
15:50 / 14-04-2025
Nəsimi rayonunda qanunsuz tikintidən Read Qasımovun xəbəri var?

`Veysəloğlu`da BÖYÜK TƏFTİŞ GÖZLƏNİLİR... - İLGİNC İDDİALAR...

Veysəloğlu Şirkətlər Qrupu, şirkətin sahibi Aydın Talıbov barədə qısa bir məlumat verək, daha doğrusu, problemə fərqli bir prizmadan yanaşaq. Düzgün təsəvvür yaranması üçün qeyd edək ki, şirkətin işçilərinin sayı 22 min nəfəri keçib, ticarət dövriyyəsi ən azı 100 milyonlardır...
Bu şirkət Azərbaycanda qida, ərzaq sektorunda inhisarçılardan biridir, müxtəlif şəhər və rayonlarda marketlərinin sayı 300-ü keçib. Onlarla supermarketlər, minimarketlər, böyük satış anbarları, bir sözlə, Veysəloğlunun biznes imperatoprluğu. Daha sonra qeyd edək ki, “Araz”, “Oba”, “SPAR” marketlər şəbəkəsi, “Ulduz” şokolad fabriki, Naxçıvanda “Sirab” mineral sular zavodu, “Favorit”, “Xonça”, “AVT Logistics”, cürbəcür KAFE-lər, hətta KİA avtomobillərinin satışı və daha nələr... Üstəlik Gürcüstanda "VG" (Veyseloglu Georgia) distribüsiya şirkətləri, Türkiyədə şirkətləri....
İndi özünüz təsəvvür edin ki, bu boyda biznes imperiyasının sahibinin Şərurlu bir kənd müəlliminin, “prorab” oğlu Aydın Talıbov olduğunu kimə desən...qəşş edib özündən gedər...
İndi gələk mətləb üstünə... Məhz buna görə də biz bir media olaraq neçə il əvvəl yazdıq ki, bu boyda biznes imperiyası Veysəl müəllimin “prorab” oğlu Aydın Talıbova məxsus ola bilməz. Bu boyda biznes şəbəkəsinin arxasında PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev, Naxçıvanın sabiq şefi Vasif Talıbov, sabiq baş prokuror, hazırda həbsxanada olan Eldar Həsənov və digərləri dayanmasaydı....Aydın Talıbov bir xırda şirkəti idarə edə bilməzdi. Təkcə bir faktı qeyd edək. Vasif Talıbovun icazəsi olmadan Aydın Talıbov Naxçıvanda nəinki SİRAB mineral sular zavodu, heç su budkası da aça bilməzdi.
Sözün qısası, biz Veysəloğlu Şirkətlər Qrupuna məxsus marketlərdə kiflənmiş pendir, qurdlu şokolad, içindən bolt-qayka çıxan tumlar satılmasından yazmaq istəmirik. Bu barədə çox yazılıb. Yaxud “Araz” marketlərində köhnələn, vaxtı keçən qida məhsullarının OBA-da kasıb camaata satılmasından, vitrindəki qiymətlərlə kassadakı qiymətlər arasındakı xeyli fərqdən, Əmək Müfəttişliyinin, Qida Agentliyinin ortaya qoyduğu faktlardan və s bəhs etməyə ehtiyac görmürük. Heç Ramiz Mehdiyevin, Vasif Talıbovun əli ilə “Ulduz” şokolad fabrikini Aydın Talıbovun necə ələ keçirməsindən də yazmırıq. Aydın Talıbovun şirkətlərinin milyonlarla vergidən yayınmasından, milyardlarla gömrük rüsumunun ödənilməməsindən də bəhs etmirik. Hətta 22 mindən artıq işçi ilə olmayan əmək müqavilələrindən, xaricdən gələn işçilərə verilən 30-35 min avroluq maaşlardan da bəhs etmirik. Çünki yuxarıda qeyd etdiyimiz kimi bu yazının məqsədi tam fərqlidir.
Yazının əvvəlində bildirdiyimiz kimi Veysəloğlu Şirkətlər Qrupu Ramiz Mehdiyevin, Vasif Talıbovun, hətta Eldar Həsənovun şərikli biznes şəbəkəsidir. Ramiz Mehdiyevin, Vasif Talıbovun aqibəti bəllidir, Eldar Həsənov isə sonuncu əfv sərəncamına düşmədi və qazamatda ilk məhəbbəti haqqında kitab yazır... Və Veysəloğlunun gələcək talehi bəlli oldu.
Veysəloğlu Şirkətlər Qrupunun rəhbəri Aydın Talıbov bilməlidir ki, o elə bir adamlarla şərik olub ki, Aydın Talıbov qazandığı pullarla ancaq ölkəmizin əleyhinə çalışan ramiz mehdiyevlərin, vasif talıbovların, eldar həsənovların, dağıdıcılıq siyasətini müdafiə edib. İndi isə, Aydın Talıbov nə qədər çalışsa da özünə şərik tapa bilməyəcək. Çünki, Aydın Talıbov və onu puluna görə müdafiə edəcək şəxslərin hamısı gözəl bilir ki, yaxın zamanlarda Aydın Talıbovu Rasim Məmmədovun aqibəti gözləyir. Həmin məsələdə isə, heç bir vəzifəli şəxs istəməz ki, adı Ramiz Mehdiyevlə, Vasif Talıbovla, Eldar Həsənovla hallanan bir şəxslə şərik olsunlar. Onlar bilirlər ki, Aydın Talıbov da bir gün dəmir barmaqlıqlar arasına düşəndə, Rasim Məmmədov kimi vəzifəli şəxslərin adlarını çəkəcək. İndi Aydın Talıbov prorab düşüncəsilə hansı nəticəyə gələ bilər ki, o, yox dərəcəsindədir.
Veysəloğlu şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən bütün marketlər şəbəkəsində yoxlamalara başlanılsa milyardlarla yeyintilər üzə çıxacaq. Onu da nəzərə çatdıraq ki, Vergilər Nazirliyinin şirkətlərdə aparacağı yoxlamaların məhdudiyyət vaxtı bitib. Veysəloğlu Şirkətlər Qrupunda köklü yoxlamaların aparılmasına start verilməsinin vaxtıdır. Amma Veysəloğlu Şirkətlər Qrupundan əldə etdiyimiz məlumata görə, Aydın Talıbov bu yoxlamaları önləmək üçün, şirkətlər qrupuna başqa rəhbər, qrupda fəaliyyət göstərən şəbəkələrə isə, yeni rəhbərlər təyin edib.
Aydın Talıbov gələcəkdə baş verə biləcək yoxlamaların təhlükəsini hiss edir. O, elə bilir ki, hər şeyə prorab düşüncəsilə yanaşmaq olar. Amma o, anlamaq istəmir ki, onun düşündükləri Ramiz Mehdiyevin, Vasif Talıbovun, Eldar Həsənovun düşüncələrindən irəli gedə bilər. Hələ Aydın Talıbov bilmir ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti olanda onunla hansı iş birliyində olub. "MEH"-in satışından əldə olunan milyardlar kimə çatıb? Hətta Ramiz Mehdiyevin köməkliyi ilə elmi dərəcələrin kimlərə verilməsi Aydın Talıbovu daha çox narahat edəcək.
Veysəloğlu Şirkətlər Qrupu və onun rəhbəri Aydın Talıbov hal-hazırda tənəzzül dövrünü yaşayır.
Bu şirkətlər qrupu hazırda sürətlə dağılmağa gedir. Belə ki, “Araz” marketlərinin bəziləri sıradan çıxır, bəziləri kiməsə satılır, “OBA” marketləri bağlanmaq təhlükəsindədir... Aydın Talıbovun sonuncu ümid yeri deyəsən SPAR marketlərinə qalıb... Amma Aydın Talıbov bilməlidir ki, "Ulduz" şokolad fabriki ilə "SPAR" marketlər şəbəkəsini Ramiz Mehdiyev və Vasif Talıbov cütlüyünün köməkliyi ilə kimin əlindən alıb? Bu haqda növbəti yazımızda.
P.S. Xalqımıza vaxtı keçmiş məhsulları satanların ölüsünə, dirisinə, hər şeyinə lənət olsun. //gundelik-baku.com//
Bölməyə aid digər xəbərlər

Tarix: 14-07-2023, 09:44
Bölməyə aid digər xəbərlər
21-06-2023, 18:46
Qurban bayramı günlərində heyvanların satışı və kəsim yerləri - SİYAHI
1-08-2023, 15:49
`Araz` şəbəkəsində FETÖ İZİ... - İTTİHAM VAR!
28-07-2023, 11:56
Vasif Talıbovun əlindən alınan `SİRAB`ın SİRRİ - Adicə krant suyudur...
30-06-2023, 10:29
`Ulduz` şokolad fabriki ilə bağlı İLGİNC İDDİALAR... - BU NƏDİ BELƏ?