Rusiya İstanbuldakı heyətini geri çağırdı

Rusiya İstanbuldakı heyətini geri çağırdı
Rusiya “Taxıl sazişi”ndən çıxdıqdan sonra daha bir kritik addım atıb. 
 
102xeber.info  Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Rusiya İstanbuldakı “Taxıl sazişi” əməliyyatını həyata keçirən Birgə Koordinasiya Mərkəzindən şəxsi heyətini geri çəkib.
 
Xatırladaq ki, Rusiya ötən həftə “Taxıl sazişi”ndən çıxdığını açıqlayıb. Bundan sonra prezident Rəcəb Tayyib Ərdoğan məsələni rusiyalı həmkarı Vladimir Putinlə şəxsən müzakirə edəcəyini bildirib.
 

Tarix: 20-07-2023, 14:02


Bölməyə aid digər xəbərlər