19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
09:25 / 22-01-2025
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
09:01 / 22-01-2025
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
19:08 / 21-01-2025
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
16:53 / 21-01-2025
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
16:18 / 21-01-2025
"Dövlət içində dövlət qurublar..." - GİLEY
15:03 / 21-01-2025
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
14:15 / 21-01-2025
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
13:29 / 21-01-2025
Azərbaycan Prezidenti Donald Trampı təbrik edib
12:46 / 21-01-2025
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
12:14 / 21-01-2025
Binəqədi İcra Hakimiyyəti 9-cu mikrorayonda aparılan qanunsuz tikintiyə "göz yumur" -FOTOFAKT
10:17 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
10:16 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
09:51 / 21-01-2025
“Sea Breeze”dəki mənzillərdə problemlər var? - VİDEO
09:09 / 21-01-2025
Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
16:11 / 20-01-2025
"Nur Klinika"nın dövlətə vergi borcu üzə çıxdı - Əməliyyat zamanı "pasientlər"lə yarıçılpaq "selfie"/ FOTOFAKT
14:26 / 20-01-2025
35 il öncənin Bakısı - FOTO
13:26 / 20-01-2025
Prezident Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
12:54 / 20-01-2025
Ceyhun Bayramov: Azərbaycanın Ermənistanla təmasları davam edir
Radiasiya Problemləri İnstitutunda ALİMANƏ YEYİNTİ - İLGİNC FAKTLAR
Bölməyə aid digər xəbərlər
Radiasiya Problemləri İnstitutu 2022-ci ilin aprel ayının 5-dən 2023-cü ilin may ayının 25-dək 5 dəfə "cari təmir" lotu üzrə satınalma həyata keçirib.
"Qlobal.az" xəbər verir ki, bu satınalmaların ümumi məbləği 97.360 manat edib:
Radiasiya Problemləri İnstitutunun 2022-ci ilin aprel ayının 25-də "cari təmir" lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 23.506 manat, bu satınalmanın qalibi isə Museyibli Nicat Taleh oğludur.
İnstitutun "cari təmir" lotu üzrə növbəti satınalması 2022-ci ilin iyun ayının 3-də keçirilib.
Bu satınalmanın məbləği 24.925 manat, qalibi isə "Best Lider" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
"Best Lider" MMC 2022-ci ilin fevral ayında dövlət qeydiyyatına alınıb.
Bu şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Tağıyev Şükran Nicat oğludur.
"Best Lider" MMC-nin fəaliyyət profili, maddi texniki bazası, işçilərinin sayı, müvafiq lisenziyaları barədə heç bir məlumat yoxdur.
Radiasiya İnstitutu 2022-ci ilin avqust ayının 31-də "cari təmir" lotu üzrə daha bir satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 24.560, qalibi isə "EM PROYEKT" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
"EM PROYEKT" MMC (VÖEN: 1307407171) də İnstitutun digər satınalmasının qalibi elan edilən "Best Lider" MMC kimi şübhəlidir. Belə ki, bu şirkətin də fəaliyyət profili, işçiləri, iş təcrübəsi, müvafiq lisenziyaları barədə məlumat yoxdur.
Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Dadaş Bünyadzadə ev 128, mənzil 0, qanuni təmsilçisi isə Zahidov Nicat Şökət oğludur.
Nicat Zahidov kimdir?
Radiasiya Problemləri İnstitutunun qalib elan etdiyi "EM PROYEKT" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Zahidov Nicat Şökət oğlu barədə "Qlobal.az" məlumat əldə edib.
Məlumata görə, Nicat Zahidovun ümumiyyətlə "EM PROYEKT" Məhdud Məsuliyyətli Cəmiyyətindən xəbəri yoxdur.
Qubadlı rayonundan məcburi köçkün olan Nicat Zahidov ailəsi ilə birlikdə acınacaqlı durumda Sumqayıt şəhərində məskunlaşıb.
"Qlobal.az" "EM PROYEKT" MMC ilə Radiasiya Problemləri İnstitutu arasında imzalanmış satınalma müqaviləsinin icrası barədə araşdırma aparıb.
Məlumata görə, Radiasiya Problemləri İnstitutu "Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun bir sıra maddələrini pozaraq iştirakçıdan ixtisas uyğunluğuna dair sənədi tələb etməyib.
Bu barədə əldə etdiyimiz məlumatı İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də təsdiq edir.
"İddiaçı təşkilatdan ixtisas uyğunluğu tələb edilməyib"
Əhməd Həsənov
İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məsələyə münasibət bildirib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov sayta bildrib ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6.2-ci maddəsinə əsasən, satınalma prosedurlarında iştirak etmək üçün podratçıların ixtisas göstəriciləri müəyyən meyarlara uyğun gəlməlidir:
"Lakin Radiasiya Problemləri İnstitutu tərəfindən dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş kotirovka sorğusu şərtlərində ixtisas uyğunluğuna dair sənədlər tələb edilmədiyi müəyyən edilib. Dövlət Xidməti tərəfindən qeyd olunanlar nəzərə alınaraq keçirilmiş müsabiqənin nəticəsinin ləğv olunması və satınalmanın Qanunun tələbinə uyğun yenidən keçirilməsi məqsədəmüvafiq hesab edilib".
Hesablama Palatası İnstitutun fəaliyyətini yoxlamayıb
Tamerlan Yusifzadə
Proxy şəxsin qanuni təmsilçisi olduğu MMC-dən ixtisas göstəriciləri tələb etmədən sifarişçi olduğu satınalmada qalib elan edən Radiasiya Problemləri İnstitutunun fəaliyyətinin audit edilib-edilmədiyi barədə Hesablama Palatasını da mövqe bildirib.
Hesablama Palatasının İnformasiya məsələləri üzrə məsul şəxsi Tamerlan Yusif-zadənin "qlobal.az"a göndərdiyi məktubda Hesablama Palatasının 2022-ci ildə Radiasiya Problemləri İnstitutunda audit həyata keçirmədiyi deyilir.
İslam Mustafayev
Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayevdir.
Tarix: 4-07-2023, 10:02
Bölməyə aid digər xəbərlər
20-06-2023, 12:41
Zaur müəllimin Bərdədəki kadrı BÜDCƏNİ DAĞIDIR... - Tələs, Zaur, tələs... yoxsa büdcədən heç nə qalmayacaq...
23-06-2023, 14:50
Prezident MN-in komando hərbi hissəsində - Fotolar
5-06-2023, 12:45
“Azərişıq” ASC-də satınalmalar qanunlarla deyil, maraqlara üyğun təşkil edilir – KİMLƏRİN?
21-06-2023, 18:46
Qurban bayramı günlərində heyvanların satışı və kəsim yerləri - SİYAHI