Binəqədi rayonunda sənədsiz yaşayış binasına “icazə” ni kim verib?


İnşa edilən dörd (4) mərtəbəli binanın tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi olmayıb 

Son illər paytaxt rayonlarında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəsmi icazəsi olmadan (apartman) yaşayış binalarının tikintisi artmaqdadır.

Ötən həftə  Binəqədi rayon  G.Ramazanov küçəsində dövlət qurumlarının hər hansı bir rəsmi icazəsi olmadan 4 mərtəbəli yaşayış binasının (apartman) inşa edilməsi barədə məlumat vermişdik. Bildirmişdik ki, tikinti sahibinin Binəqədi icra hakimiyyəti ilə “anlaşaraq” binanı tikdiyi iddia edilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında G.Ramazanov küçəsində inşa edilən 4 mərtəbəli yaşayış binası ilə bağlı hər hansı bir məlumat yoxdur. Hazırda binanın artırılma hissəsində (mansard) olan mənzillər satışa çıxarılıb. Binanın birinci mərtəbəsi isə market kimi arendaya verilir. Bildirilir ki, kvadratı 1100 manata satılan mənzillərə kupça ilə yox sadəcə alıq satqı müqaviləsi ilə satılır.Yaşayış binasında mənzillərin satışı ilə Vəkil adlı şəxs məşğul olduğu  deyilir.

Məsələ ilə bağlı AzFakt.com-un əldə etdiyi məlumatda bildirilir ki, Binəqədi rayonunda tikinti işlərinə rayon icra başçısının birinci müavini və icra hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri Azər Kərimovla, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Emin Zamanov nəzarət edir.
G.Ramazanov küçəsində inşa edilən 4 mərtəbəli yaşayış binasının tikintisinə “icazə” bu şəxslərdən alınıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi   G.Ramazanov küçəsində inşa edilən binanın varlığından onun tikilib başa çatmasından sonra onun xəbər tutublar. Belə ki, yaşayış binası qısa zaman ərzində  ildırım sürətilə tikilib başa çatdırılıb.
Məsələ ilə bağlı araşdırmamız davam edir.(Azfakt.com)

Yazıda adı keçən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Tarix: Dünən, 18:51


Bölməyə aid digər xəbərlər