Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt


Paytaxtan kənardada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi olmadan aparılan qanunsuz tikinti işlərinin sayı artmaqdadır.  



İdialara görə  Qaradağ rayonunda yaşıllıq məhv edilib, qanusuz tikinti aparılır.

Görüntülərdən məlum olur ki,  belə qanunsuz tikintilərdən biri də Qaradağ rayonu Sahil qəsəbəsi  Məhərrəm Seyidov küçəsində aparılır.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında Qaradağ rayonu Sahil qəsəbəsi  Məhərrəm Seyidov küçəsində   inşa edilən 2 mərtəbəli bina ilə bağlı hərhansı bir məlumata rast gəlmədik.

Məlumdur ki, icazəsiz obyektlərin tikintisi rayon icra hakimiyyəti ilə  “razılaşma” əsasında aparılır.

Qeyd edək ki, son vaxtlar qanunsuz tikintilər aparılması, yaşıllğın məhv edilməsi, və piyada səkillərin zəbt olunması  ilə bağlı sosial paltformalarda və mətbuatda mütamadi xəbərlər yayımlanır.



Qeyd edək ki, 2010-cu ildən Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovdur.

Məsələ ilə bağlı Qaradağ  rayon icra hakimiyyəti ilə əlaqə saxlasaqda heç bir açıqlama almaq mümkün olmadı .

Həmçinin  Dövlət Şəhərsalma və Arxitektura Komitəsidəndə bu məsələyə münasibət bildirilmədi.(Xalq.az)

Aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.




Tarix: Dünən, 15:25


Bölməyə aid digər xəbərlər