14:26 / 20-01-2025
35 il öncənin Bakısı - FOTO
Bu gün Haaqada Rusiyanın Ukraynaya qarşı müharibəsini araşdıran Beynəlxalq Büro yaradılır

Bu gün Haaqada Rusiyanın Ukraynaya qarşı müharibəsini araşdıran Beynəlxalq Büro yaradılır
 
Bu gün Niderlandın Haaqa şəhərində Rusiyanın Ukraynaya qarşı müharibəsini araşdıran Beynəlxalq Büro yaradılır.
 
Bunu Britaniyanın “The Guardian” nəşri yazıb.
 
Komissiyaya Ukrayna, Avropa İttifaqı (Aİ), ABŞ və Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorları daxil olacaq.
 
Mərkəz Ukraynaya qarşı müharibəyə görə Kreml rəsmilərini məsuliyyətə cəlb edəcək Xüsusi Tribunal yaradılmazdan əvvəl aralıq addım kimi araşdırma aparacaq və sübutlar toplayacaq.
 
Bu təşəbbüs Rusiya ilə Xüsusi Tribunalın yaradılması istiqamətində ilk addımdır.
 
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Tarix: 3-07-2023, 14:13


Bölməyə aid digər xəbərlər