14:26 / 20-01-2025
35 il öncənin Bakısı - FOTO
Təhsil idarəsinin rəisinə cinayət işi AÇILDI

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev barəsində Quba Rayon Prokurorluğunda cinayət işi açılıb. 
 
102xeber.az Bizim.Media-ya istinadən xəbər verir ki, Rüfət Hacıyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.
 
Prokurorluğa edilən şikayət əsasında aparılan araşdırmalardan sonra bu qərar qəbul edilib.
 
Qeyd edək ki, Rüfət Hacıyev ötən il aprelin 29-da elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə rəis təyin edilib. 

Tarix: 3-06-2023, 11:08


Bölməyə aid digər xəbərlər