Xətaidə maraqlı olay: Məktəbin həyətində yaşayış binası tikdilər


Bakının Xətai rayonunda yerləşən 257 saylı orta məktəbin taleyi görənləri bir xeyli təccübləndirib.

Bir neçə il əvvəl məktəbin qarşısında tikinti işləri başlayıb.

Valideynlərin sözlərinə görə, ilk vaxtlarda bu binanın məktəbin yeni korpusu olacağı deyilibmiş. Sonradan isə tikilinin yaşayış binası olduğu məlum olub.

"Məktəbdə sıxlıq səbəbindən dövlət tərəfindən yeni bir korpusun tikiləcəyi açıqlanmışdı və valideynlər bu addımı müsbət qarşılamışdılar. Lakin, bir neçə il sonra həmin ərazidəki tikintinin faktiki olaraq yaşayış binası olduğunu öyrənən valideynlər böyük təəccüb və məyusluq hissi yaşayıblar".

Binanın artıq bir neçə ildir ki, istifadəyə verildiyi bildirilir. Valideynlərin sözlərinə görə binanın tikintisindən sonra məktəbə giriş çıxış üçün də çox dar bir yol qalıb. 

Qeyd edək ki, məlumat ilk olaraq "Baki Gundeliyi" facebook səhifəsində paylaşılıb./Milli.az/






Tarix: 10-04-2025, 09:52


Bölməyə aid digər xəbərlər