90 min manat vergi borcu olan “Güvən Lux” MMC “Dənizkənarı Bulvar İdarəsi” ilə necə müavilə bağladı?


“Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsi tikinti mallarının alınmasına 90 282 AZN xərcləyəcək.

Pravda.az-ın xəbərinə görə, qurum “Güvən Lux” MMC ilə müqavilə imzalayıb.

Alınacaq malların siyahısına aradoldurucu, dikt, metal list, profil və s. daxildir.

Qeyd: Nizamnamə kapitalı 10 AZN olan “Güvən Lux” MMC-nin qanuni təmsilçisi Elmar Ramiz oğlu Həmidovdur. Şirkətin dövlətə 15 638 AZN vergi borcu var. (Pravda.az)


Tarix: 8-04-2025, 11:17


Bölməyə aid digər xəbərlər