Elxan Baxışov 10 manatllıq şirkəti yarımmilyonluq tenderdə qalib etdi -DE-FAKTO


Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat idarəsinin "Müxtəlif növ nəqliyyat vasitələri və mexanizmlərin icarəsi" ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.
Məlumata görə, sözügedən tenderin qalibi  “HIGHTECH SERVICES” MMC olub.
Tərəflər arasında 539.026 AZN-lik müqavilə imzalanacağı gözlənilir. 
Tenderə əsasən nazirliyin sözügedən idarəsi  aşağıda göstərilənlərlə təmin edilməlidir:
№    BAŞLIQ    AÇIQLAMA    MIQDAR    ÖLÇÜ VAHIDI
1    18-28 yerlik, buraxılış ili minimum 2019-cu il olan avtobus (1 ədəd), günlük yürüş məsafəsi 100 km-dək    (Zığ - Hövsan - Kənd Hövsan - KTV - 2 saylı yaşıllaşdırma idarəsi - 2 saylı sahə - 2 saylı yaşıllaşdırma idarəsi - KTV - Kənd Hövsan - Hövsan - Zığ)    210    gün
2    18-28 yerlik, buraxılış ili minimum 2019-cu il olan avtobus (2 ədəd)    Bakı şəhəri və ətraf ərazilər    20    gün
3    18-28 yerlik, buraxılış ili minimum 2019-cu il olan avtobus (2 ədəd)    Respublikanın digər müxtəlif şəhər və rayonları    20    gün
4    45-50 yerlik, buraxılış ili minimum 2012-ci il olan avtobus (5 ədəd)    Qarabağ sonzası (Zəngilan, Cəbrayıl, Ağdam, Şuşa, Laçın, Kəlbəcər)    8    gün
5    45-50 yerlik, buraxılış ili minimum 2012-ci il olan avtobus (5 ədəd)    Respublikanın digər müxtəlif şəhər və rayonları    8    gün
6    45-50 yerlik, buraxılış ili minimum 2012-ci il olan avtobus (5 ədəd)    Bakı şəhəri və ətraf ərazilər    20    gün
7    Buldozer (25t.) (3 ədəd)    Respublikanın müxtəlif şəhər və rayonları    60    gün
8    Buldozer (16t.) (2 ədəd)    Respublikanın müxtəlif şəhər və rayonları    60    gün
9    Ekskavator: çömçə tutumu: 2-3m(3) (2 ədəd)    Respublikanın müxtəlif şəhər və rayonları    50    gün
10    Dağ-meşə və yolsuzluq şəraitində yüksək keçicilik imkanı olan tam ötürücülü tutumu 5-6m(3) olan yük avtomobili (20 ədəd)    Respublikanın müxtəlif meşə fondu ərazizləri    100    gün
11    25-30 metrlik səbətli (teleskopik) nəqliyyat vasitəsi (1 ədəd)    Bakı şəhəri və ətraf ərazilər    20    gün
12    Hamarlayıcı Qreyder (1 ədəd) (ön bıcaq, orta bıçaq və ripper ilə)    Respublikanın müxtəlif şəhər və rayonları    30    gün

ki, “HIGHTECH SERVICES” MMC-nin qanuni təmsilçi Fariz Məmmədov Faiq oğludur, nizamnamə kapitalı isə cəmi 10 manatdır. 
Xatırladaq ki, Nazirliyin Nəqliyyat İdarəsinin direktoru Elxan Baxışovdur.(32gün.


Tarix: 18-02-2025, 12:32


Bölməyə aid digər xəbərlər