
“APA ən hörmətli beynəlxalq parlament təşkilatlarından biridir. Belarus Respublikası APA-ya üzv dövlətlərlə uzun müddətdir ki, yaxşı münasibətlərə malikdir”.
Bunu Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında Belarus Milli Assambleya Respublika Şurasının sədri Natalya Koçanova bildirib.
“Belarus Respublikası çoxvektorlu xarici siyasət aparan, sülhsevər dövlətdir. Biz sülh, dostluq və mehriban qonşuluq münasibətlərinin inkişaf prinsiplərinə riayət edirik.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun da dediyi kimi, ölkələrlə qarşılıqlı fəaliyyətimiz sistemli və bərabər əsasda aparılır. Müasir dünyada çoxqütblü dünya ola bilsin ki, bizi bütün problemlərdən xilas etməyəcək, amma dünyada balansın yaradılmasına və dövlətlərin suveren hüquqlarının təmin olunmasına kömək edəcək.
Biz bilirik ki, 21-ci əsrdə yeni dünya qurmaq çox vacibdir. Bizim ölkələr indiki və gələcək nəsillər üçün yeni strategiya işləyib hazırlamalıyıq ki, kənardan ölkələrin daxili işlərinə qarışmaq mümkün olmasın. Bu nöqteyi-nəzərdən Belarus səyləri birləşdirməyə çalışır ki, dövlətlər öz vacib kampaniyalarını müstəqil keçirə bilsin. Buna seçkiləri misal göstərmək olar. Bu il Böyük Vətən Müharibəsində qələbənin 80 illiyi qeyd olunacaq. Belarus buna xüsusi önəm verir. Çox vacibdir ki, belə faciəvi hadisələrlə bağlı tarixi yaddaşımız saxlanılsın. Belarusun APA-ya müşahidəçi qismində daxil olmasına göstərilən dəstəyə görə təşəkkür edirik”, - deyə Koçanova əlavə edib.
Bölməyə aid digər xəbərlər