
Son zamanlar Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbdə aparılan maliyyə yoxlamaları nəticəsində təsərrüfat işləri üzrə müavin və təlim-tərbiyə üzrə daha 3 müavin vəzifələrindən azad edilib. Lakin məktəbin direktoru Elmira Sabir qızı Yaqubovanın vəzifəsində qalması cəmiyyətdə suallar doğurur. Məktəbdə dərs bölgüsü və digər səlahiyyətlərin birbaşa direktorun nəzarətində olduğu nəzərə alınarsa, onun yoxlama nəticələrindən kənarda qalması təəccüb doğurur.
Əldə edilən məlumatlara görə, məktəbdə hazırda da qanunsuz fəaliyyətlər davam edir. Belə ki, məktəbin səhər növbəsindən sonrakı növbədə yuxarı mərtəbələrdə demək olar ki, dərs keçirilmir. Qaydalara görə 2,3,4,5,6,7-ci siniflər 2-ci növbəyə salınmalı olduğu halda bəzi vip siniflər maddi maraq qarşılığında 1-ci növbəyə keçirilib. Nəticədə 2-ci növbədə yuxarı mərtəbələrdə boş siniflər yaranıb ki, həmin mərtəbələrdə kənar məktəb şagirdləri ilə yanaşı, məktəbin şagirdlərinin hazırlıq məşğələlərinə cəlb edən müəllimlərə həmin siniflər icarəyə verilir. Hər gün məktəbin 2-ci və 3-cü mərtəbələrində icarəyə verilmiş siniflərdə məktəbdə işləyən və işləməyən müəllimlər tərəfindən məktəbdə oxuyan və oxumayan şagirdlərlə hazırlıq məşğələləri (repetitorluq) həyata keçirilir.
Bundan əlavə, məktəbdə məktəbə aidiyyatı olmayan, hazırlığa gələn yuxarı sinif şagirdinin azyaşlı uşağa elektron qəlyan çəkməyə məcbur etməsi kimi hadisələr də baş verib və bu, böyük səs-küyə səbəb olub.
Bütün bu neqativ halları nəzərə aldıqda, maliyyə yoxlamasının bu qədər pozuntuları aşkar etdiyi halda, Elmira Yaqubovanın vəzifədə saxlanılması sual doğurur.
Ekspert rəyləri: Təhsil sahəsi üzrə ekspertlər bildirirlər ki, belə halların qarşısının alınması üçün ciddi nəzarət mexanizmləri tətbiq edilməlidir. Məktəb rəhbərliyinin fəaliyyətinə dair şikayətlər dərhal və obyektiv şəkildə araşdırılmalı, qanunsuz fəaliyyətlərə yol verən şəxslər məsuliyyətə cəlb edilməlidir.
Hüquqşünaslar isə qeyd edirlər ki, təhsil müəssisələrində qanunsuz fəaliyyətlərə görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulub və belə hallarda aidiyyəti qurumlar tərəfindən tədbirlər görülməlidir.
Hüquqşünasların da qeyd etdiyi kimi aidiyyatı qurumlar tədbirlər görməlidir. Bəs bu aidiyyatı qurum Abşeron-Xızı Regional İdarəsi deyilmi? Məsələ ilə bağlı bir çox sosial və media üzərindən apardığımız araşdırma nəticəsində İlhamə Abdullayevanın Regionala rəhbər təyin edilməsindən sonra bir ibtidai sinif müəlliməsinin bayramda 50 manat aldığı pul vəsaitinə görə, gördüyü tədbir heç kəsin yadından çıxmayıb. Həmin müəllimə işindən dərhal azad edildi. İndi sual olunur İlhamə Abdullayeva Elmira Yaqubovanı vəzifədə saxlamaq üçün bu qədər enerji sərf etməsi nə ilə əlaqəlidir...? əldə etdiyimiz məlumata görə isə Elmira xanım İlhamə xanımın nə rəfiqəsidir nədə qohumu. O zaman Elmira xanımın şəhərin icra başçısına etdiyi xahişə görəmi postunda saxlanılır. Bu belədirsə bunu utanmadan etiraf etmək ən doğrusudur ki, bəzi suallarada aydınlıq gətirilmiş olardı. Axı hamı bu gün Sumqayıt təhsilində Regional idarədən deyil rayon rəhbərliyindən daha çox çəkinməkdədir.
Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələyə ciddi yanaşacaq və təhsil müəssisəsində sağlam tədris mühitinin bərpası üçün zəruri tədbirlər görüləcək.
Odur ki, Sumqayıt təhsilində baş verən olaylar və qanunsuz əməllərin silsiləsi ilə hər gün yeni məlumatlarla sizin görüşünüzə gələcəyik. Bizi izləməyi unutmayın.
Məsələ ilə bağlı qarşı tərəfi dinləməyə hazırıq. Məsələyə münasibət bildirmək üçün [email protected] elektron adresimizə yaza bilərsiniz.(aknews.az)
Bölməyə aid digər xəbərlər