12:46 / 23-01-2025
Yeyinti Sənayesini bitirən Fuad Hacıyevin İdman Akademiyasında macəraları - Video
12:08 / 23-01-2025
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
11:35 / 23-01-2025
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
11:07 / 23-01-2025
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
10:33 / 23-01-2025
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
10:08 / 23-01-2025
Bakıda nadir memarlıq nümunəsi dağıdılır – Rostropoviç bunu da alıb/VİDEO
09:28 / 23-01-2025
Cənab Ali Baş Komandan bizi xilas edin! Nuriyevlər Sabirabadda sabotajla məşğuldur
09:21 / 23-01-2025
“Katibə qalmaqalı” ilə gündəmə gələn Nazim Eynallının “ölü canlar” idarəsi…
08:54 / 23-01-2025
“AAAF Park”-da qanunsuz tikinti davam etdirilir – Obyekti Vüqar Sədizadə tikdirir?
19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
09:25 / 22-01-2025
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
09:01 / 22-01-2025
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
19:08 / 21-01-2025
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
16:53 / 21-01-2025
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
16:18 / 21-01-2025
"Dövlət içində dövlət qurublar..." - GİLEY
15:03 / 21-01-2025
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
14:15 / 21-01-2025
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
13:29 / 21-01-2025
Azərbaycan Prezidenti Donald Trampı təbrik edib
12:46 / 21-01-2025
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
Azərbaycan elminin Coşqun Dadaşov MÖCÜZƏSİ... - BU NƏDİ BELƏ?!
"Oxucularıma bildirirəm ki, Maykl Murkok yaradıcılığında mifoloji zaman və gerçək dünya” mövzusunda 6 aya yaz(dır)dığı dissertasiyasının avtoreferatını əldə etmişəm və hazırda onun əsl müəllifi kimi ehtimal etdiyim bir şəxsin dissertasiyası ilə müqayisə edərək, üslubi ekspertizasını aparıram. Tezliklə Coşqun Dadaşovun bu 6 aylıq dissertasiyasının əsl yazarının kim olduğu bəlli olar. Mən onun elmi seminarda “öz dissertasiyası”nın məzmunu ilə bağlı çıxışının əldə etdiyim videoyazısına baxıb çıxışını gözünü çəkmədən mobil telefondan oxuduğunu görəndə bir daha əmin oldum ki, bu uşaq dissertasiya yazmaqdan çox uzaqdır". Dia-az.İnfo bildirir ki, bunu xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyev çıxış edib.
O daha sonra bunları əlavə edib: "Tibbdə məlumdur və elə cəmiyyətdə də yaxşı bilirlər ki, 6 aylığında doğulan uşaq yaşamır və ölümə məhkumdur. İlkin ötəri baxış göstərir ki, Coşqun Dadaşovun 6 aya yaz(dır)ılan bu dissertasiyası “ölüm”ə məhkum olacaqdır. Dissertasiyanın məzmunu və onun həqiqi müəllifinin kim olmasının müəyyənləşdirilməsi məsələsi ayrı bir yazının mövzusudur və xeyli vaxt tələb edir. Lakin bu iş haqqında indi də müəyyən fikir bildirmək olar.
Dünənki yazımda Coşqun Dadaşovun doktoranturaya 2023-cü ilin sentyabrında qəbul edildiyini xatırlatmışdım. Onu da əlavə edim ki, doktorantlara mövzu verilməsi, elmi rəhbər təyin edilməsi, mövzuların əvvəlcə müvafiq kafedrada, sonra universitetlərin Elmi şuralarında və nəhayət, Əlaqələndirmə şurasında təsdiqi də bir neçə ay vaxt aparır. Bunun üçün minimal vaxt götürsək belə, Coşqun Dadaşovun dissertasiya hazırlamasına cəmi 2-3 ay vaxt qalır.
Avtoreferatda onun dissertasiyanın mövzusu ilə bağlı dərc etdiyi əsərlərin siyahısına baxaq:
1. Maykl Murkok yaradıcılığında bədii eksperiment: magik realizmə dair // “H.Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası”. III Beynəlxalq elmi konfrans. – Bakı: Azərbaycan Dillər Universiteti, – 5-6 may, – 2020, – s.144-145.
2. Maykl Murkok yaradıcılığında müasir fentezinin modifikasiyası // “H.Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası”. IV Beynəlxalq elmi konfrans. – Bakı: Azərbaycan Dillər Universiteti, – 7 may, – 2021, – s.240-241.
3. Maykl Murkok romanlarında mifoloji zaman və gerçək dünya // – Bakı: Bakı Dövlət Universiteti, Dil və ədəbiyyat (Beynəlxalq elmi-nəzəri jurnal), – 2023. № 3(123), – s.249-252.
4. Maykl Murkok romanlarının mifoloji sistemində arxetip obrazlar // – Bakı: Azərbaycan Milli Elmlər Akademiyası, M.Füzuli adına Əlyazmalar İnstitutu, Filologiya məsələləri, – 2023. №14, – s.379-386.
5. The artistic embodiment of magical realism Michael Moorcock's creativity // Collected Papers LIX International ScientificPractical conference «EurasiaScience». – Moscow, Russia, – February 15, – 2024, – p.229-231.
6. Mifoloji zaman anlayışı və onun Maykl Murkok yaradıcılığında resepsiyası // Gənc tədqiqatçıların VII Respublika elmi konfransı. – Bakı: Azərbaycan Universiteti, – 15 mart, – 2024, – s.83-85.
7. M.Murkok yaradıcılığında ikili reallıq və zamana səyahət // – Bakı: Qərbi Kaspi Universiteti, Elmi xəbərlər. Humanitar elmlər seriyası, – 2024. №1, – s.57-63.
8. M.Murkok romanlarında skandinav mifləri ilə ədəbi paralellər // – Bakı: Azərbaycan Universiteti, İpək yolu, – 2024, №2, – s.99-106.
9. M.Murkok yaradıcılığının spesifik xüsusiyyətləri: folklormifoloji köklərə qayıdış // – Bakı: Azərbaycan Milli Elmlər Akademiyası, M.Füzuli adına Əlyazmalar İnstitutu, Filologiya məsələləri, – 2024. №3, – s.348-355.
10. Interaction of fantasy and postmodernism in the creativity of Michael Moorcock // – Poland, Warszawa, Сolloquium-journal, – 2024. №5(198), – p.29-32.
11. M.Murkok yaradıcılığında yeni dünya modeli: Multidünya konsepsiyası // “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası”. VII Beynəlxalq elmi konfrans. – Bakı: Azərbaycan Dillər Universiteti, – 7 may, – 2024, – s.87-89.
Siyahıdan görünür ki, məqalənin ikisini Coşqun Dadaşov hələ doktoranturaya qəbul edildiyi vaxtdan xeyli əvvəl – 2020 və 2021-ci illərdə yaz(dır)mışdır. Bu o deməkdir ki, artıq həmin dövrdə Kamal Abdullayevin sağ əli kimi fəaliyyət göstərən bu uşaq elə o zaman da dissertasiyasını yaz(dır)mağa başlamışdır, çünki doktorantura öz əllərində, dissertasiya yazan da öz ətraflarında olmuşdur.
Yerdə qalan doqquz məqalənin yaz(dır)ılmasına Coşqun Dadaşov 7 ay, mövzunun təsdiqi və yuxarıda sadaladığım digər prosedurlar üçün tələb olunan vaxtı çıxsaq, 4 ay vaxt sərf etmiş, başqa sözlə, ayda iki məqalə hazırlayıb çap etdirmişdir. Nyutondan oğurlanmış almanın yarısını yedikdən sonra belə sürətlə məqalə yazmaq, əlbəttə, o qədər də çətin olmamışdır.
Əziz doktorant və dissertantlar, Azərbaycan Dillər Universitetinə gəlin və Coşqun Dadaşovun dissertasiya yaz(dır)maq təcrübəsini öyrənin. Maliyyə imkanı olanlar isə Kamal Abdullayevin müdafiəni sürətləndirmək və təşkil etmək imkanlarından da yararlana bilər. Sonra “demədi” deməyin".
Bölməyə aid digər xəbərlər

Tarix: 23-09-2024, 15:28
Bölməyə aid digər xəbərlər
23-09-2024, 15:28
Azərbaycan elminin Coşqun Dadaşov MÖCÜZƏSİ... - BU NƏDİ BELƏ?!
23-09-2024, 15:28
Azərbaycan elminin Coşqun Dadaşov MÖCÜZƏSİ... - BU NƏDİ BELƏ?!
25-05-2024, 19:09
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
4-07-2023, 17:28
Milli Məclisin növbəti iclasında 49 məsələ müzakirə olunacaq
6-07-2023, 11:06
Milli Məclisin iclası başladı - Gündəlikdə 49 məsələ var