19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
09:25 / 22-01-2025
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
09:01 / 22-01-2025
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
19:08 / 21-01-2025
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
16:53 / 21-01-2025
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
16:18 / 21-01-2025
"Dövlət içində dövlət qurublar..." - GİLEY
15:03 / 21-01-2025
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
14:15 / 21-01-2025
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
13:29 / 21-01-2025
Azərbaycan Prezidenti Donald Trampı təbrik edib
12:46 / 21-01-2025
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
12:14 / 21-01-2025
Binəqədi İcra Hakimiyyəti 9-cu mikrorayonda aparılan qanunsuz tikintiyə "göz yumur" -FOTOFAKT
10:17 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
10:16 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
09:51 / 21-01-2025
“Sea Breeze”dəki mənzillərdə problemlər var? - VİDEO
09:09 / 21-01-2025
Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
16:11 / 20-01-2025
"Nur Klinika"nın dövlətə vergi borcu üzə çıxdı - Əməliyyat zamanı "pasientlər"lə yarıçılpaq "selfie"/ FOTOFAKT
14:26 / 20-01-2025
35 il öncənin Bakısı - FOTO
13:26 / 20-01-2025
Prezident Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
12:54 / 20-01-2025
Ceyhun Bayramov: Azərbaycanın Ermənistanla təmasları davam edir
Özünə ikinci dəfə toy çaldıran baş həkim və... - İLGİNC FAKTLAR
Bölməyə aid digər xəbərlər
«Təzadlar»a ötən sayında tanınmış araşdırmaçı-alim Cabbar Məmmədovun TƏBİB-in fəaliyyətindəki görünən və görünməyən problemlər barədə ciddi araşdırma məqaləsi çap olunmuşdur.
C.Məmmədovun bu məqaləsindən sonra 5 saylı Klinik Xəstəxana barədə redaksiyamıza olduqca ciddi material daxil olmuşdur. «Media haqqında» Qanunun tələblərinə uyğun olaraq xəstəxananın baş həkimi Fazil Alməmmədovla əlaqə saxlamaq istədik. Bildirildi ki, baş həkimin başı bərk qarışıqdır: «Toyu olacaq, başı qarışıqdır, toydan sonra zəng edin…».
«Bəs toy nə vaxtdır?» sualımıza isə «Heç kim dəqiq bilmir» müəmmalı cavabdan sonra düşündük ki, 42 yaşında özünə yenidən toy edən baş həkim Fazil Alməmmədovdan elə toydan sonra da mövqe soruşarıq…
Toydan sonra… qalmaqal…
Toy dedik, yadımıza Fazil Alməmmədovun yaxın dostu və onun vəzifəyə gəlməsinə can qoymuş (Fazil Alməmmədov səhiyyə naziri Oqtay Şirəliyevin 2017-ci ilin oktyabrın 10-da imzaladığı əmrlə 5 saylı Klinik Xəstəxanasına baş həkim təyin edilib) TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovun qızına etdiyi möhtəşəm, həm də qalmaqallı toy mərasimi düşdü. Və V.Qurbanovun qızı Aygül Qurbanovanın toy mərasimi Bakıda dəbdəbəli restoranlardan birində baş tutub. Məclisə qonaq qismində nazirlər, deputatlar, komitə sədrləri, bir sıra ictimai-siyasi xadimlər və yüksək vəzifəli şəxslər qatılıblar. Toyda müğənni Zamiq, Xalq artistləri Röya Ayxan, Aygün Kazımova və çoxsaylı (təxminən 25 ) sənətçilər, rəqs qrupları iştirak ediblər. Reklam olmasın deyə, adını çəkmədiyimiz həmin şadlıq sarayında menyu 300 manatdan başlayır…
Azərbaycanın müvafiq dövlət qurumunun araşdırdığı toy…
Onu da deyək ki, belə dəbdəbəli toy 44 günlük Zəfər müharibəsində canını Vətən yolunda qurban vermiş 3 mindən çox şəhidimizin (hələ də şəhid verməkdəyik) yas ağrıları soyumamış, qazilərimizin yaralarının qaysaqlanmadığı bir vaxtda yüksək vəzifəli şəxsin dəbdəbəli toy etməsi başadüşülən deyil. Yeridir deyək, media yazdı ki, Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin bu yaxınlarda toyu oldu. Olduqca sadə və səs-küysüz. Başqa vaxtı kabinetində-başının üstündə portretini asıb «Biz Prezidentin əsgəriyik, ölkə başçısından nümunə götürürük, tövsiyyələrinə can-başla əməl edirik!», - deyən bu məmurlar nədən belə incə mətləblərdə Prezidentdən nümunə götürmürlər??? Və aldığımız məlumata görə, belə dəbdəbəli və ictimai qınağa səbəb olmuş təntənəli toy mərasiminə görə TƏBİB rəhbərini adını çəkmək istəmədiyimiz yüksək Dövlət orqanına dəvət edib yol verdiyi günahını «başa salıblar». İndi onu tövsiyyəsini yerinə yetirmədiyi Prezident İlham Əliyevin Sərəncamlı cəzası gözləyir!!!
Dostundan qalma dala…
Nəhayət, redaksiyamızın elektron poçtuna daxil olan materialda o da vurğulanır ki, 5 saylı Xəstəxananın baş həkimi Fazil Alməmmədov da 42 yaşında özünə ikinci dəfə toy edir. Toy yaxşı əlamətdir. Amma bu xəstəxanadan öyrəndik ki, baş həkim təyin ediləndən bu təyinatı ilə xəstəxananın da başına toy tutmaqdadır. Xəstəxanadan bizə onu da bildirdilər ki, Fazil Alməmmədov xəstəxanada çalışan Aygün Qulamqızı (Alməmmədova) ilə ailə həyatı qurur.
Allah xoşbəxt eləsin!
***
Qısa arayış: F.Alməmmədov ikinci dəfədir özünə toy edir. Onun birinci həyat yoldaşı ilə boşanması isə qalmaqallarla müşahidə olunub. Belə ki, əslən Tovuzdan olan F.Alməmmədov keçmiş qayınatasından mülk və bahalı avtomobil hədiyyə alıbmış. Boşanmadan sonra hədiyyə geri tələb edilib, baş həkim vermədikdə isə qayınata avtomobili tibb mərkəzinin parkinqindən evakuatorla aparıb.
F.Alməmmədov bundan öncə Səhiyyə Nazirliyində çalışıb… Amma bu vəzifəyə gələndən Tovuzda və Bakıda qohum-əqraba qoymayıb, hamısını ixtisası və peşəsi uyğun gəldi-gəlmədi, vəzifələrə təyin edib (Siyahı təqdim olunacaq).
Amma elə bu cür qohum-əqraba təyinatına görədir ki, xəstəxananın həkimi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 83, mənzil 22-də yaşayan Nəbiyeva Hökümə Vəli qızı F.Alməmmədovun qanunsuz hərəkətindən Prezidentə şikayət etməli olub (Bu barədə də növbəti yazıda). Hətta F.Alməmmədov qohumu olan sürücüsünə-Alməmmədov Laçın Talıb oğluna Səhiyyə Nazirliyinin «Səhiyyə əlaçısı» döş nişanı da verdirib.
Gülməlidir, deyilmi??!
Bu azmış kimi, o, 2011-ci ildə «Semaşko» xəstəxanasında dializ şöbəsinin müdiri işləyib… Və ta 2013-ə kimi. Orada şöbənin Mirvari adlı tibb bacısı ilə olan qalmaqallı əməlinə görə xəstəxanadan uzaqlaşdırılıb…
-Bəs Fazil Alməmmədov 5 saylı Xəstəxanaya necə baş həkim göndərilib?
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu
Tarix: 23-06-2023, 13:45
Bölməyə aid digər xəbərlər
8-06-2023, 12:05
Vüqar Əhmədov “Azərişıq” ASC-nin hər tenderindən nə qədər pul “qatdalayır” – II yazı
9-06-2023, 14:03
“Faktor Lizinq” MMC-nin sahiblərinin aldadıb ölümlə hədələdiyi xanım Mehriban Əliyevadan kömək istəyir... - "Tək ümidim sizədir..."