12:46 / 23-01-2025
Yeyinti Sənayesini bitirən Fuad Hacıyevin İdman Akademiyasında macəraları - Video
12:08 / 23-01-2025
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
11:35 / 23-01-2025
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
11:07 / 23-01-2025
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
10:33 / 23-01-2025
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
10:08 / 23-01-2025
Bakıda nadir memarlıq nümunəsi dağıdılır – Rostropoviç bunu da alıb/VİDEO
09:28 / 23-01-2025
Cənab Ali Baş Komandan bizi xilas edin! Nuriyevlər Sabirabadda sabotajla məşğuldur
09:21 / 23-01-2025
“Katibə qalmaqalı” ilə gündəmə gələn Nazim Eynallının “ölü canlar” idarəsi…
08:54 / 23-01-2025
“AAAF Park”-da qanunsuz tikinti davam etdirilir – Obyekti Vüqar Sədizadə tikdirir?
19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
09:25 / 22-01-2025
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
09:01 / 22-01-2025
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
19:08 / 21-01-2025
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
16:53 / 21-01-2025
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
16:18 / 21-01-2025
"Dövlət içində dövlət qurublar..." - GİLEY
15:03 / 21-01-2025
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
14:15 / 21-01-2025
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
13:29 / 21-01-2025
Azərbaycan Prezidenti Donald Trampı təbrik edib
12:46 / 21-01-2025
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
“Azərsu” ASC qohumbazlıq burulğanında necə “batır”?!: Köçərli Həsənovun “hər saatda bir Saatlılı” prinsipi –Zaur Mikayılovun menyusuna
Bölməyə aid digər xəbərlər
“Azərsu” ASC-də yenilənmə qohumbazlıq prinsipi ilə gerçəkləşir…
Yenixeber.org: Prezident İlham Əliyevin 17 noyabr 2023-cü il tarixdə imzaladığı “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmana əsasən, qurum haqqında Əsasnamə, eləcə də Agentliyin strukturu təsdiq edilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yarandıqdan sonra sədr Zaur Mikayılovun əmri ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin idarəçiliyi bu qurumun rəhbəri vəzifəsini icra edən sədr müavini Köçərli Həsənova etibar edildi. Köçərli Həsənovun 2 illlik fəaliyyəti isə qeyri-qənaətbəxş kimi qiymətləndirilə bilər. Bu günlərdə Yenixeber.org-a məlumat verən etibarlı mənbə bildirir ki, ASC-nin sabiq prezidenti Qorxmaz Hüseynovun gedişindən sonra kadrlar əsas etibarı ilə Köçərli Həsənovun qohumları hesabına yenilənsə də, müsbət istiqamətdə keyfiyyət dəyişikliyi müşahidə olunmayıb, hər şey bir əldə cəmlənib:
“Məsələn, paytaxtda və əksəriyyəti bölgələrdə olmaqla, qanunsuz tikilmiş fərdi ev və obyektlərə texniki şərtlərin verilməsinə nəzarəti Köçərli Həsənov öz qardaşı oğlu Orxana verdi. ASC-nin yerlərdə apardığı tikinti işlərini isə Köçərli Həsənov qudası Misirə etibar etdi. Həsənovun digər qohumu Samir Qənili isə İT texnologiyaları üzrə departamentə rəis təyin olundu. Qəribədir ki, Samir Qənili birbaşa vəzifəsi olmayan işlərdə - satınalmalarda, hüquq mübahisələrində, kadrlara dərəcələrin verilməsində, başı çıxmadığı mexanika və energetika məsələlərində də söz sahibinə çevrilib. Samirin belə “əziz-xələfliyi” səbəbindəndir ki, təsdiq olunmuş xərclər smetasının 80 %-nin onun departamentinə ötürülməsinə, İT avadanlıqlarının alınmasına qərar verilib.
Köçərli Həsənovun vəzifələrə təyin etdiyi digər kadrların da peşəkarlıqları və reputasiyaları şübhə doğurur. Belə ki, Kənd Təsərrüfatı Nazirliyindən qalmaqalla, biabırcasına qovulan Zemfira adlı qadının da işə qəbulu birmənalı qarşılanmadı. Cəmiyyətdə kinayə ilə danışılır ki, Qorxmaz Hüseynovun hakimiyyəti dövründə “hər günə bir Cəbrayıllı” şüarı dəbdə idisə, Köçərli Həsənovun zamanında “hər saatda bir Saatlılı” devizi moddadır. Sanki idarə onlara atalarından miras qalıbmış kimi Samir Qənili deyirdi ki, “mənim də, Köcərli müəllimin də ermənistanlı və naxçıvanlılardan zəhləmiz gedir, bircə onları təmizləsəydik...!”
Mənbənin bildirdiyinə görə, Köçərli Həsənovun yarıtmaz idarəçiliyi həm də səmərəsiz xərclərlə və ASC-nin tərəfdaşlarına hörmətsiz münasibətlə müşayiət olunub. Səmərəsiz xərclər dedikdə heç də qeyri-peşəkar kadrlara ödənilən haram məvaciblər nəzərdə tutulmur. Lüzumsuz, rəqəmləri şişirdilmiş İT layihələrinə, tikinti-təmir işlərinə investisiyalar qoyulmuş, qabaqcadan sövdələşmələrə əsasən 30 və daha yuxarı faizlə podratçılardan “otkat” alınmışdır. Qeyd olunur ki, daxili vəsaitə görə 10%, büdcə vəsaitinin yönləndirilməsinə görə isə 30 % “otkat” tələb olunur. Ən böyuk layihələrdən olan Ceyranbatan Su Anbarının SKADA xərclərinə üç - beş dəfə artıq pullar xərclənib. K. Həsənov Yeni Kür serverinin qurulmasına isə 4-5 mln. manat vəsait ayırtdırıb ki, bu da Ceyranbatan sutəmizləyici qurğularının serverinə xərclənəndən 8-10 dəfə çoxdur”.
Məlumatda qeyd olunan maraqlı nüanslardan biri də ondan ibarətdir ki, son iki ildə yığımda 192 mln. manat artım olmasına və 2020-ci ildə ASC-nin vergi borcunun sıfırlanmasına baxmayaraq, Köçərli Həsənov özünün işlədiyi dövrdən əvvəl yaranmış borcları mal göndərən və iş-xidmət yerinə yetirən şirkətlərə ödəməkdən imtina edir: “Borclar isə 5 mln. manatdan hazırki 35 mln. manata qalxıb. Misal üçün, "izol beton" , "T.P injenerinq", "Kaskad hidro" və digər kreditorlarla mübahisələr “dalana dirənib”. Yəqin, K.Həsənov “öz könlündəkini anlayır”, belə fikirləşir ki, “köhnə işlərə görə “otkatı” başqası alıb, borcu mən niyə ödəməliyəm?” Hələ tariflərin dəyişmədiyi 2019-2020-ci illərdə aylıq yıgım 20 mln. manat təşkil edirdi, tarif dəyişikliyindən sonra isə təkcə əhali qrupundan yığılan pullar aylıq 8-10 mln. manat artdı. Bu isə illik 96-120 mln. manat əlavə gəlir deməkdir. Xərclənməsində isə nəzarət, şəffaflıq təmin olunmur.
Etibar Məmmədovun “ağsaqqallığ”ı
Köçərli Həsənovun ən yaxın korrupsiya ortağı olan “Azərsu “ Açıq Səhmdar Cəmiyyətinin sədr müavini, “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov dövlət investisiyalarının “yerbəyer” olunmasına, icrasına “ağsaqqallıq” edir. Etibar Məmmədovun yeznəsi – Yasamal rayon Su-Kanal İdarəsinin rəisi Ramin bəy xüsusi imtiyaza malik olduğundan, hər cür özbaşınalıqlara gedir, texniki şərti özü satır, xətlərin köçürülməsi, qoşulma, kod açma, sayğac qoyma və s. bütün işlərə görə “ödənişi” istehlakçıdan heç kimə ETİBAR etmədən özü alır.
Etibar Məmmədov “Azərsu" ASC-yə sədr gətirilir? Pravda.az
Etibar Məmmədov
Təmənna qarşılığında göz yumulan, səhlənkarlıq ucbatından nəzarətdən yayınmış su itkilərini süni şəkildə azaltmaq üçün yerlərdə əhali qrupundan olan istehlakçılara su verilişi fasilələrlə dayandırılır və bununla da Dövlət Su Ehtiyatları Agentliyi aldadılır.
***
Biz Yenixeber.org olaraq bu yazıda yer alan və yer almayan faktlarla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu. Hətta rəsmi məktubumuz da hələ ki, cavabsız qalıb(?)
Qarşıdakı günlərdə aşağıdakı suallara aydınlıq gətirəcək növbəti yazımız olacaq.
Etibar Məmmədov vəzifə karyerasında hansı postu hədəfləyib?
Bu istiqamətdə hansı yüksək çinlilərin adı hallanır?
Qaradağ Rayon SuKanal İdarəsinin rəisi Elnur Əliyev niyə işdən çıxarıldı?
Böyük diametrli boruların çıxarılaraq, satışına görə kimlər qurban verildi?
Bu olayda Köçərli Həsənovun adı necə hallanırdı?
50 min manata yaxın “şirinlik” necə ört-basdır edildi?
Məmmədrəsul İlyasov hansı səbəblərdən vəzifədən alındı?
Rəhbərliyi satmayanların mükafatları nə oldu?
“Bakı Sukanal” idarəsini kimlər və niyə hədəfləyib?
Və.s.
Yenixeber.org
Tarix: 7-12-2023, 14:06
Bölməyə aid digər xəbərlər
8-09-2023, 14:44
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət - "Arazqırağındakı düşmən mövqelərini darmadağın etmişəm"
17-11-2023, 15:35
Yeni Dövlət Xidməti yaradıldı - Fərman
7-11-2023, 14:25
Prezident onları təltif etdi - Siyahı
24-07-2023, 08:33
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!