08:54 / 23-01-2025
“AAAF Park”-da qanunsuz tikinti davam etdirilir – Obyekti Vüqar Sədizadə tikdirir?
19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
09:25 / 22-01-2025
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
09:01 / 22-01-2025
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
19:08 / 21-01-2025
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
16:53 / 21-01-2025
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
16:18 / 21-01-2025
"Dövlət içində dövlət qurublar..." - GİLEY
15:03 / 21-01-2025
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
14:15 / 21-01-2025
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
13:29 / 21-01-2025
Azərbaycan Prezidenti Donald Trampı təbrik edib
12:46 / 21-01-2025
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
12:14 / 21-01-2025
Binəqədi İcra Hakimiyyəti 9-cu mikrorayonda aparılan qanunsuz tikintiyə "göz yumur" -FOTOFAKT
10:17 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
10:16 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
09:51 / 21-01-2025
“Sea Breeze”dəki mənzillərdə problemlər var? - VİDEO
09:09 / 21-01-2025
Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
16:11 / 20-01-2025
"Nur Klinika"nın dövlətə vergi borcu üzə çıxdı - Əməliyyat zamanı "pasientlər"lə yarıçılpaq "selfie"/ FOTOFAKT
14:26 / 20-01-2025
35 il öncənin Bakısı - FOTO
13:26 / 20-01-2025
Prezident Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
12:54 / 20-01-2025
Ceyhun Bayramov: Azərbaycanın Ermənistanla təmasları davam edir
Fransanın mədəniyyət nazirinin İrəvan səfəri: Paris nəyə hazırlaşır? - TƏHLİL
Bölməyə aid digər xəbərlər
Fransanın mədəniyyət naziri Rima Əbdül Mələk Ermənistana səfər etdi. Səfərin məqsədi daha aydın olsun deyə bildirək ki, fransalı nazir Ermənistana anti-Azərbaycan mövqeyi ilə tanınan, erməni lobbisinin sözçüsü kimi fəaliyyət göstərən, Fransa Milli Assambleyasındakı Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorans Petel ilə eyni təyyarədə gəlib.
Bu o deməkdir ki, erməni lobbisi Rima Əbdül Mələki İrəvana yollayır və nazir məhz ona verilən məlumat və tezislər əsasında bəyanat səsləndirir.
Xanım Mələkin Qarabağla bağlı səsləndirdiyi bəyanatın ruhu da erməni lobbisinin çürümüş, pas atmış təbliğatının təkrarıdır.
Nazirin iddiasına əsasən, Qarabağ bölgəsində tarixi və mədəni abidələr təhlükə altına düşüb. Şübhəsiz ki, o, Qarabağdakı “erməni irsinin mövcudluğu”nu gündəmə gətirir.
Fransa Cənubi Qafqaz siyasətini bütün sahələr üzrə Azərbaycana qarşı hücuma keçməklə qurmaq istəklərini qətiyyən gizlətmir. İndi də mədəniyyət sahəsi üzrə təhrif edilmiş və erməni təbliğatının lüğəti ilə danışmaq Fransaya xoş gəlir.
Qarabağda və Şərqi Zəngəzurda Azərbaycanın mədəni, tarixi irsinə qarşı görünməmiş vandallıqlar törədən Ermənistanı yada salmayıb Azərbaycanı hansısa olmayan hadisədə günahkar bilmək təəccüblü gəlmir. Heç o da çaşqınlıq yaratmamalıdır ki, Fransa Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean regionu və Latın Amerikasında müstəmləkəyə çevirdiyi, təbii sərvətlərini taladığı, tarixini və mədəniyyətini silməyə çalışdığı ölkələrlə bağlı faktların UNESCO, AŞPA tərəfindən araşdırılmasını təşviq etmir.
Bunun olması da müşkül görünür, çünki UNESCO və AŞPA kimi qurumlar yalnız özlərinə lazım olanda hadisələri “görürlər”, onu da tamamilə tərs bucaqdan.
Məsələnin bu tərəfləri ayrıca mövzudur, sual olunur ki, bəs Fransanın mədəniyyət naziri niyə Ermənistana ayaq basdı?
Diqqət ediləsidir ki, Fransa Ermənistanla müdafiə sahəsindəki əməkdaşlıq sazişinin fonunda mədəniyyət sahəsini özünün Azərbaycana qarşı total kampaniya siyasətinin mərkəzinə gətirir. Fransa regionda Ermənistanı silahlandırmaqla düşünür ki, qüvvələr balansına təsir göstərib nəticələrlə öz maraqlarını təmin edə bilər.
Fransanın mədəniyyət nazirinin İrəvana səfəri Fransanın Ermənistana hərtərəfli dəstək planı hazırladığını göstərir.
Ancaq Fransanın həm hərbi, həm siyasi, həm də mədəni sahədəki Ermənistana verdiyi dəstək proqramı perspektiv baxımından elə Parisin özünə sərfəli deyil. Çünki Paris bu qədər pul və enerji xərcləyir, kəşfiyyatını səfərbər edir, lakin bu, regionda Azərbaycanın hərbi-siyasi parametrlərlə yaratdığı reallıqların kölgəsində qalır.
Ancaq Fransanın regional siyasətindəki aktivlik dozasını radikal elementlər hesabına çoxaltması cəhdləri ilə əlaqədar siyasət diqqətlə izlənilməlidir.
Ona görə ki, Fransanın təxribatları regionda əlavə başağrıları yarada bilər, hərçənd ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi ortaya çıxacaq problemin öhdəsindən gələ bilmək potensialındadır.
Bəs Fransa nə edə bilər?
Birinci növbədə, Fransa ambisiyalı gündəliyini şişirtməkdən ötrü ona müvəqqəti şərik tapmağa çalışa bilər. Burada Cənubi Qafqazda maraqlarının yüksək qiymət almasına çalışan Hindistanla koordinasiya qurulması mümkündür.
İkinci növbədə, Fransa Hindistanla mümkün sövdələşmə kanalına Azərbaycanla Türkiyəyə rəqib tərəfdə dayanan regional oyunçuları da qoşmağa cəhd göstərə bilər.
Tarix: 28-10-2023, 15:21
Bölməyə aid digər xəbərlər
8-09-2023, 14:44
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət - "Arazqırağındakı düşmən mövqelərini darmadağın etmişəm"
21-11-2023, 23:37
Prezidentin Fransanın neokolonializm siyasətini ifşa etdiyi fikirlər dünya mediasında
10-08-2023, 10:28
Vətəndaşları aldadan Mələk həbs olundu - VİDEO