12:46 / 23-01-2025
Yeyinti Sənayesini bitirən Fuad Hacıyevin İdman Akademiyasında macəraları - Video
12:08 / 23-01-2025
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
11:35 / 23-01-2025
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
11:07 / 23-01-2025
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
10:33 / 23-01-2025
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
10:08 / 23-01-2025
Bakıda nadir memarlıq nümunəsi dağıdılır – Rostropoviç bunu da alıb/VİDEO
09:28 / 23-01-2025
Cənab Ali Baş Komandan bizi xilas edin! Nuriyevlər Sabirabadda sabotajla məşğuldur
09:21 / 23-01-2025
“Katibə qalmaqalı” ilə gündəmə gələn Nazim Eynallının “ölü canlar” idarəsi…
08:54 / 23-01-2025
“AAAF Park”-da qanunsuz tikinti davam etdirilir – Obyekti Vüqar Sədizadə tikdirir?
19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
09:25 / 22-01-2025
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
09:01 / 22-01-2025
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
19:08 / 21-01-2025
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
16:53 / 21-01-2025
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
16:18 / 21-01-2025
"Dövlət içində dövlət qurublar..." - GİLEY
15:03 / 21-01-2025
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
14:15 / 21-01-2025
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
13:29 / 21-01-2025
Azərbaycan Prezidenti Donald Trampı təbrik edib
12:46 / 21-01-2025
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
Bakıda vətəndaşları üsyana sürükləyən tikinti şirkətləri - zorakı üsullar, aldatmalar...
Bölməyə aid digər xəbərlər
Bakıda uzun illərdir ənənə halını almış, çarəsi hələ də tapılmayan problem mövcuddur: tikinti şirkətləri paytaxtda yeni yaşayış binaları inşa edərkən qanun-qaydaları ayaqlar altına atır və faktiki olaraq daha çox zorakı üsullara əl atırlar.
Sosial şəbəkələrdə, mediada son vaxtlar belə hallar barədə çoxsaylı şikayətlərə rast gəlinir. Məsələn, hazırda Nəsimi rayonu, Mirəli Qaşqay, Xan Şuşinski, Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində “İnvest Construction” MMC adlı şirkət binalar tikməyə hazırlaşır. Yayılan videolardan, müraciətlərdən belə aydın olur ki, MMC vətəndaşlarla razılaşmadan, müqavilə bağlamadan gecə ilə, hətta mənzillərin bəzisində yaşayış olduğu halda binaları söküb. Oxşar hadisə Nəsimi rayonunda İmran Qasımov küçəsində də baş verib.
Habelə hazırda “İnşaatçılar” metrostansiyası ətrafında da köhnə binaların sökülməsi narazılıqlarla müşayiət olunur. Mülkiyyət hüquqları pozulan vətəndaşları isə MMC-lərin görüm-baxım etdikləri icra strukturları görməzdən gəlir. Nəticədə, hazırda Azərbaycandan yüzlərlə vətəndaş Avropa Məhkəməsinə şikayətlər verib və bunlar istisnasız olaraq ölkəmizə qarşı qətnamələr çıxarılması ilə nəticələnir. MMC-lərin özbaşınalığı faktiki olaraq dövlətin nüfuzunu zədələyir. Odur ki, tikinti şirkətləri ilə bağlı ölçü götürülməsi vacibata çevrilib.
DİA.AZ-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, 2016-cı ildən 86 saylı sərəncamla istismar müddətini bitirmiş və xüsusilə qəzalı vəziyyətdə olan binaların pilot layihələr üzərindən sökülərək yeni binalarla əvəzlənməsi prosesinə start verilib. Ekspert hazırda Bakı şəhərində çox sayda qəzalı kimi qeydə alınan köhnə çoxmərtəbəli yaşayış binası olduğuna diqqət çəkdi: “Söküntü prosesini dövlət təşkilatları deyil, özəl şirkətlər - MTK, MMC-lər aparır. Vətəndaşın mənzilə aid çıxarışı varsa, yaxud vətəndaş uzun illər mənzildə yaşayıbsa, mülkiyyət hüququ formalaşır. Mülkiyyət hüququ toxunulmazdır. Aidiyyəti qurum qəzalı bina olduğu barədə rəy veribsə, söküntü mütləq aparılmalıdır. Söküntü prosesində vətəndaşın mülkiyyət hüququna toxunulmur. Onlara ya kompensasiya ödənilir, yaxud sökülən yaşayış massivinin yerində tikilən yeni binadan mənzillə təmin olunurlar. Yaxud yeni tikilən binada mənzil verilən günə qədər vətəndaşa kirayə pulu ödənilir. Vətəndaşlar ümumi sahəsi əvvəlki mənzilinin sahəsindən təxminən 20 faiz artıq olan tam təmirli mənzillərlə təmin olunurlar. Bəzi hallarda tikinti şirkətlərinin də özbaşınalığı qeydə alınır. Bəzi hallarda isə sakinlər tərəfindən tikinti şirkətlərinə qarşı müəyyən haqsızlıqlar baş verir. Rəqəmlə ifadə etsək, əgər vətəndaşın ümumi sahəsi 50 kvadrat metrdirsə, qanunla ümumi sahəsi 60-65 kvadrat metr olmalı olduğu halda, onlar məhkəməyə müraciət edir, yaxud mənzildən çıxmayaraq 100, 150, 200 kvadrat metrlik mənzil qiymətinə bərabər məbləğ tələb edirlər ki, bu da tikinti şirkətlərinə maneə yaradır. Belə deyək, bu kimi hallar hətta tikinti şirkətlərinin müflis olması ilə nəticələnə bilər. Belə problemlər hər zaman olub, yəqin ki, gələcəkdə də olacaq. Bunun qarşısını almaq üçün tikintiyə icazə verən aidiyyəti dövlət qurumları söküntü zamanı mütləq vətəndaşlarla görüş keçirməlidir. Bu görüşü dövlət qurumları təşkil etməli, vətəndaşlara zəmanət verməli, onların hüquqlarını izah etməlidir. Əgər bu kimi məsələlər məhkəmə predmetinə çevrilərsə, aylar, hətta illərlə yubana bilər. Bu, digər evləri sökülmüş və köçmüş insanların hüquqlarının pozulması ilə nəticələnə bilər, həmçinin tikinti şirkətlərinin evləri sökülən vətəndaşlar qarşısında götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə nəticələnir. Problemlərin qarşısının alınması üçün tikintiyə icazə verən qurumlar vətəndaşlarla danışıq aparmalıdır”.
İqtisadçı Natiq Cəfərli isə digər ölkələrin təcrübələrinə diqqət çəkərək bina hazır olmadan satışın həyata keçirilmədiyini bildirdi: “Gürcüstanda, Türkiyədə də bina tam hazır olmadan satışın həyata keçirilməsi qadağandır. İlkin müqavilələrin imzalanması mümkündür, satış isə bina hazır olduqdan sonra həll edilir. Önəmli olan həm də təmirsiz binaların satışının qadağan edilməsidir. İlkin təmirsiz mənzil satıla bilməz. Bu məsələlər qanunvericilik çərçivəsində həll olunmalıdır. Vətəndaşların hüquqları məhkəmə predmeti olursa, təmin oluna bilər. İndiki vəziyyətdə başqa yollar üçün hələ ki qanunvericilikdə baza yoxdur. İcra strukturları təəssüf ki, belə məsələlərdə vətəndaşın yanında yer almırlar, çünki tikinti şirkətlərinə lisenziyaların verilməsi məhz onlar tərəfindən tənzimlənir. Bu kimi hallarda cəza mexanizmləri var, amma müxtəlif səbəblərdən göz yumulur”.
Hüquqşünas Ramella İbrahimxəlilova “Yeni Müsavat” a mövzunu belə şərh etdi: “Vətəndaşlarla razılaşmadan, müqavilə bağlamadan gecə ilə, hətta mənzillərin bəzisində yaşayış olduğu halda binaların sökülməsi hallarında vətəndaşın məhkəməyə müraciət etmək hüququ var. Sağlamlığa zərər dəyməsi, ictimai asayişi pozma kimi hallarda ekspertiza təyin olunur. Digər tərəfdən, gecə saatlarında tikinti və söküntü aparıla bilər, çünki digər qərarla ağırtonnajlı nəqliyyat vasitələri şəhərə axşam saat 8-dən sonra daxil ola bilər. Heç bir tikinti şirkətinin ev sahibi ilə razılığa gəlmədən söküntü işləri aparmağa ixtiyarı yoxdur. Bununla bağlı son zamanlar məhkəmə işləri artıb. Elə şirkətlər var ki, kompensasiya yox, tikiləcək binadan mənzil təklif edir. Lakin vətəndaşlar zamanı nəzərə alaraq gözləmək istəmirlər. Bu halda əmlak bazarına uyğun qiymətlər nəzərə alınmalıdır. Hər bir halda vətəndaşları məcburən razı salmaq üçün yaşayış olan binanın sökülməsi, qəsdən qəzalı vəziyyətə salınması qeyri-qanunidir. Hətta bir ailə qalsa belə, bina sökülə bilməz. Hazırda dövlət ev tikmir. Özəl şirkətlərin iştirak etdiyi tenderləri isə dövlət qurumları təşkil edir. Yəni vətəndaş qarşısında hər iki tərəf məsuliyyət daşıyır və hər iki tərəf vətəndaşı razı salmağa məcburdur”.
Tarix: 26-10-2023, 11:58
Bölməyə aid digər xəbərlər
7-02-2024, 12:37
“Yeni Ailə” MTK köhnə ailələrə qan uddurur... - NARAZILIQ VAR...
22-07-2023, 12:07
Xan Şuşinskinin qızı istefa verdi
24-07-2023, 08:33
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
7-11-2023, 14:25
Prezident onları təltif etdi - Siyahı
15-02-2024, 15:30
Naxçıvan sakini ÇIXILMAZ DURUMDA... - NARAZILIQ VAR...