19:07 / 16-04-2025
Paytaxtda ekoloji fəlakətə rəvac verən 11 saylı RETSİ rəsi Qafar Ağayev məsuliyyətə cəlb olunacaq? - ARAŞDIRMALAR BAŞLADILIR
18:42 / 16-04-2025
Barəsində rüşvət qalmaqalı yaranan şəxsə yüksək vəzifə verdi — Nazirlikdən məsələyə reaksiya
18:21 / 16-04-2025
“Azərlotereya“nın cəmi 118 min manatlıq sponsorluq oyunu... -İLGİNC FAKTLAR
16:14 / 16-04-2025
Təcili yardım maşını da suda batdı - Video
15:47 / 16-04-2025
Azərbaycan Dəmir Yollarında qalmaqal: İşçiləri zorla işdən çıxarırlar -ƏGƏR MÜDAXİLƏ OLMAZSA...
15:11 / 16-04-2025
Deputat Əhliman Əmiraslanovun oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? -ŞİKAYƏT
14:26 / 16-04-2025
“LANDMARK” BİZNES MƏRKƏZİ SATILDI –Əməkdaşların işdən çıxarıldığı, xarici ofislərin bağlandığı bildirilir
13:21 / 16-04-2025
Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI
12:59 / 16-04-2025
"Kəpəz" hospitalında əməliyyatdan sonra yataq xəstəsi oldu...-FOTOLAR
12:34 / 16-04-2025
Məhərrəm Talıbov və oğlu Samir Talıbov qohumlarla olan əmlakları ilə bağlı mübahisə
11:17 / 16-04-2025
Araz Paşayev Rüfət Mahmudu çıxılmaz duruma salıb
10:19 / 16-04-2025
Binəqədi rayonunda qanunsuz binanı kim inşa etdirir?
09:54 / 16-04-2025
"Tələbələrdən 350-500 manat pul alınır" - Şəkidəki kollecdə qalmaqal
18:51 / 15-04-2025
Hərbi vəzifəlilərin təlim-toplanışı davam edir
18:29 / 15-04-2025
Nura Suri “Azercell”in bu kampaniyasına ETİRAZ ETDİ
18:04 / 15-04-2025
Ağsudan Balakənədək “asfalt əməliyyatı”: Saleh Məmmədova yaxın şirkətin “macəraları” – ARAŞDIRMA
17:42 / 15-04-2025
“Azərdövlətlayihə”nin direktoru Müsədin Namazov son model BMW alır
17:01 / 15-04-2025
Türkiyə və İranın XİN rəhbərləri telefonla danışdı
16:32 / 15-04-2025
Ölkə ərazisində müşahidə olunan əlverişsiz hava ilə bağlı - NÖVBƏTİ XƏBƏRDARLIQ - YENİLƏNİB
15:28 / 15-04-2025
Qusarın baş memarının biznes imperiyası... - BU DA FAKT!
14:54 / 15-04-2025
Kamal Ələkbərov qanunları necə tapdalayır? - Kəngərli rayonunda Azərbaycan bayrağına hörmətsizlik VİDEO
14:17 / 15-04-2025
"Günahkar Emin Əmrullayevdir, cəzanı isə şagird, müəllim və valideynlər çəkir" - ŞOK FAKTLAR
12:47 / 15-04-2025
Nəsimi rayonunda kəsilən onlarla ağacın yerində qanunsuz tikinti ƏLBİRLİYİ- Tikinti tüccarı ilə 11 saylı RETSİ - nin rəisi öncə necə anlşdı və... -DE-FAKTO
12:22 / 15-04-2025
Cəlilabadda daha bir ünvanda ƏLİ BALTALILAR - ETSN-nin işçiləri isə...
11:57 / 15-04-2025
Şou-biznesdəki təzə “Həci”: Emin Hüseynov kimdir? - İLGİNC FAKTLAR...
11:35 / 15-04-2025
Nəsimi rayonunda “PİLOT-16” MMC vətəndaşın evini belə sökür- Video
10:51 / 15-04-2025
Tofiq Bəhramov adına Respublika stadionunda BİABIRÇI VƏZİYYƏT - Zibillik, kəsilmiş, qurudulmuş ağaclar və qanunsuz park yeri
10:03 / 15-04-2025
İş adamı müğənniyə hədə-qorxu gəlir? - Bir daha mənim adımı çəkərsən...
18:29 / 14-04-2025
Konstitusiya Məhkəməsində yeni təyin olunmuş hakim Xanlar Vəliyev kollektivə təqdim edilib
17:51 / 14-04-2025
Nazir Tovuzda vətəndaşları qəbul edəcək

“İstanbul NS” klinikasında ölüm işi: Həkimlər qarşılıqlı ittihamlara keçdi – mərhumun qızı ciddi araşdırılma tələb edir
Bölməyə aid digər xəbərlər
Söhbət 82 yaşlı anası Raya Abduləli qızı Əliyevanın klinikada həkim səhlənkarlığı üzündən dünyasını dəyişməsindən gedir. Ümumiyyətlə isə “İstanbul NS” klinikası bu sayaq xəstə ölümlərinə görə mənfi planda çox yaxşı tanınıb, ad çıxarıb. Raya Əliyeva klinikadan nəşi çıxan əksər pasiyentlər kimi ora öz ayağı ilə gedib.
Qızı İlhamə Qəhramanova deyib ki, anamı gülə-gülə əməliyyata salıb, meyitini verdilər, cərrah isə qaçıb getdi.
“Yeni Müsavat”a müraciət edən İlhamə Qəhrəmanova bildirib ki, klinikada baş verən hadisələr, anasına münasibətdə həkimlərin cinayətə bərabər hərəkətlərilə bağlı ölkə rəhbərliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova da müraciət ünvanlayıb, məsələnin ciddi şəkildə araşdırılmasını xahiş edib.
“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı Raya Əliyevanı əməliyyat etmiş həkim Zaur Ramixanovla əlaqə saxlayıb və ona yönəlik iddialara münasibətini öyrənib.
Zaur Ramixanov deyib ki, xəstənin ölümündə onun günahı yoxdur: “Mən xəstəni yerli keyitmə ilə əməliyyat edəcəkdim. Anestezeoloq xəstəni əməliyyata hazırlayanda aşağı təzyiqini nəzərə alıb və mənə deməmiş ümumi anesteziya verib. Mən əməliyyat etmişəm, əməliyyatdan sonra xəstənin ağrıları keçib. Mən xəstəni yerli keyitmə ilə əməliyyat edəcəkdim, anestezioloq isə özbaşına ona ümumi anesteziya verib və nəticədə ölüm baş verib”.
Zaur Ramixanov deyib ki, anestezioloq özü müstəqil qərar verdiyinə görə baş vermiş hadisənin məsuliyyəti də onun üzərindədir.
Anestezeoloq Şahin Manafov isə “Yeni Müsavat”a deyib ki, onun bu məsələdə günahı yoxdur: “Xəstə narkozdan ayılıbsa, mənim işim bitmiş sayılır. Mən özbaşına qərar verməmişəm. Hazırda əlimdə xəstəm var, əlavə nəsə demək istəmirəm”.
İlhamə Qəhramanova isə deyir ki, onları aldadan həkim Zaur Ramixanovdur. O, aldatmaqla anasına narkoz vermədən əməliyyat edəcəyini desə də, faktiki olaraq narkozla əməliyyat edib. Nəticədə də anası ölüb: “Anamı öldürməsəydilər, bu gün də yaşayacaqdı. Nənəm 100 yaşını haqlayıb, gümrahdır, sağ-salamatdır. Yəni Zaur Ramixanov bizi aldadıb anamı əməliyyata salmasaydı, bu gün də yaşayırdı. Həkim Zaur Ramixanov məni və yaxın qohumlarımı aldadaraq, xəstəyə narkoz verilməyəcəyini, 40 dəqiqə müddətində yüksək səviyyədə cərrahi əməliyyat edəcəyini, ölüm və digər təhlükəli hal olmadığını deyib bizi inandıraraq, əməliyyat üçün razılıq alıb istədiyi pulu ödəniş etməyimə nail oldu. Bundan sonra Zaur həkim xəstənin yaşı və keçirdiyi xəstəlikləri nəzərə almadan ona narkoz verib əməliyyata götürdü və nəticədə xəstə vəfat etdi. Xəstənin vəziyyəti pisləşdiyi ərəfədə digər xəstəxanalardan dəvət etdiyim təcrübəli həkimlər xəstəni müayinə edərək, ona verilmiş prafol dərmanından və ya cərrahiyyə alətlərinin natəmizliyindən xəstəyə mikrob düşməsi nəticəsində xəstənin ildırım sürətli sepsis (zəhərlənmə) keçirdiyini, xəstənin əvvəlcədən düzgün müayinə və digər halların nəzərə alınmadığını, ümumiyyətlə, onun əməliyyat olunmasının düzgün olmadığını dedilər. Bütün bunları həkim Zaur Ramixanova irad bildirdilər. Xəstə ildırım surətli sepsis keçirdiyi üçün artıq onu həyata qaytarmaq mümkün olmadı və bu səbəbdən vəfat etdi”.
Şikayətçi deyir ki, “İstanbul NS” Klinikasının həkimi Zaur Ramixanov pul əldə etmək üçün onları aldadıb: “Anamı düzgün cərrahi əməliyyat etmədi və nəticədə onun ölümünə bais oldu. Xahiş edirəm ki, bu fakt ciddi şəkildə araşdırılmaqla məsul şəxslər cəzalandırılsın”.
Musavat.com
Tarix: 2-09-2023, 10:45
Bölməyə aid digər xəbərlər
12-07-2023, 11:18
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda OYUNBAZLIQLAR... - ARAŞDIRMA
30-08-2023, 08:38
Daha bir həkim naşılığı: YENƏ XƏSTƏLƏR QURBAN GEDİR... - AXI NİYƏ?!
3-07-2023, 07:33
Bu gün Leyla Əliyevanın doğum günüdür
1-07-2023, 17:56
Vəkil zərərçəkmişi TƏHDİD EDİR? - İLGİNC İDDİA
4-08-2023, 20:12
Alman bayrağı altında YERLİ ÖZBAŞINALIQ... - Buna başqa NƏ AD QOYAQ?