19:00 / 22-01-2025
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
18:36 / 22-01-2025
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
17:27 / 22-01-2025
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
16:32 / 22-01-2025
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
15:50 / 22-01-2025
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
15:18 / 22-01-2025
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
14:27 / 22-01-2025
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
13:56 / 22-01-2025
500 milyardlıq yeni layihəni elan etdi
11:26 / 22-01-2025
Lisenziyasız,sertifakatsız fəaliyyət göstərən kosmetoloq- Aygun Məlikova dolğu və plazma terapiya həyata keçirir
10:50 / 22-01-2025
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
10:26 / 22-01-2025
Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?
10:01 / 22-01-2025
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
09:25 / 22-01-2025
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
09:01 / 22-01-2025
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
19:08 / 21-01-2025
Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı YOXDUR
16:53 / 21-01-2025
MSK sədri: Ciddi qayda pozuntusunun qeydə alınacağı məntəqələrin üzvləri cəzalandırılacaq
16:18 / 21-01-2025
"Dövlət içində dövlət qurublar..." - GİLEY
15:03 / 21-01-2025
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
14:15 / 21-01-2025
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
13:29 / 21-01-2025
Azərbaycan Prezidenti Donald Trampı təbrik edib
12:46 / 21-01-2025
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
12:14 / 21-01-2025
Binəqədi İcra Hakimiyyəti 9-cu mikrorayonda aparılan qanunsuz tikintiyə "göz yumur" -FOTOFAKT
10:17 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
10:16 / 21-01-2025
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR
09:51 / 21-01-2025
“Sea Breeze”dəki mənzillərdə problemlər var? - VİDEO
09:09 / 21-01-2025
Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
16:11 / 20-01-2025
"Nur Klinika"nın dövlətə vergi borcu üzə çıxdı - Əməliyyat zamanı "pasientlər"lə yarıçılpaq "selfie"/ FOTOFAKT
14:26 / 20-01-2025
35 il öncənin Bakısı - FOTO
13:26 / 20-01-2025
Prezident Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
12:54 / 20-01-2025
Ceyhun Bayramov: Azərbaycanın Ermənistanla təmasları davam edir
“Uşaqlarımın ahı bir gün o hakimləri mütləq tutacaq, geci-tezi var” - Göygöl sakini HARAY ÇƏKİR
Bölməyə aid digər xəbərlər
“Əgər məhkəmələr, hakimlər prokurorun dediklərini təsdiqləmək üçündürsə, daha camaata niyə əziyyət verib gətirib-aparırlar? Daha niyə dövlətdən maaş alıb, əlavə xərcə salırlar? Aylarla yoldaşımın məhkəməsi getdi, ancaq prokurorun dediyini nəzərə aldı. Vəkilimiz nə qədər məsələlər qaldırdı yoldaşımın bu cinayəti törətmədiyini sübut eləmək üçün, heç birini qəbul eləmədi. Axırda da gəlib 19 il iş oxudu. Daha demədi ki, 4 körpə uşağın halı necə olacaq? Onların ahı bir gün o hakimləri mütləq tutacaq, geci-tezi var…”, – Göygöl rayonunun Çaykənd kənd sakini Qaratel Əhmədova Meydan TV-yə danışır.
“Bunların elədiyi insanlıqdan çıxmaqdır, öz balalarının da başına gəlsin”
Qaratel Əhmədovanın həyat yoldaşı, iki ilə yaxındır həbsdə olan Elnur Hüseynova avqustun 23-də hökm oxunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 19 il azadlıqdan məhrum edilib.
Kəlbəcər rayon 58 saylı orta məktəbdə fizika müəllimi işləmiş 37 yaşlı Elnur Hüseynov həyat yoldaşının xalasını qətlə yetirməkdə ittiham olunur. Sözügedən ölüm hadisəsi isə 2021-ci il aprelin 14-də Yevlax rayonunun Aşağı Bucaq kəndində cücə sexində baş verib.
Elnur Hüseynov 53 yaşlı Səidə Hüseynovanı həm sex, həm də ev kimi istifadə etdiyi məkanda öldürəndən sonra cinayətin izini itirməkdən ötrü ora benzin töküb yandırmaqda təqsirləndirilir. Cinayət işinin materiallarında iddia olunur ki, o, hadisəni tamah məqsədilə – qohumunun qızıllarını, pulunu ələ keçirmək üçün törədib.
Uzun müddət hüquq-mühafizə orqanları hadisənin texniki səbəbdən baş verdiyi qənaətinə gəlib, aylarla istintaq da bu istiqamətdə gedib. Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb, dindirmələr aparılıb.
2021-ci ilin noyabrında Elnur Hüseynovu Çaykənddə mal-qara oğurluğuna görə tutublar. Qaratel Əhmədova deyir ki, onun xalasının ölümündə həyat yoldaşının təqsirləndirilməsi üçün sanki fürsət yaranıb. O, baş verənlərə görə həm də öz anasını qınayır:
“Elnurun oğurluqda ittiham olunması əllərinə bəhanə verdi, hər yerə yazdılar ki, bu işi də o eləyib. Oğurluq məsələsində Elnuru məhkəmə bu tərəfdən 200 manat cərimə ilə buraxıb, çıxanda o biri tərəfdən yenə tutublar, aparıb işgəncə veriblər. Təsəvvür edin, adamı Gəncə türməsindən bu ölüm işinə görə dindirmək üçün Yevlaxa aparıblar. İndi hansı zamandır ki, adamı asırlar, işgəncə verirlər? Onun üstündəki xəsarətlərin hamısını vəkil də öz şikayətində yazıb göndərib. Elnur Gəncə türməsinə qaytarılanda xəsarətlər qeydə alınıb. Elə işgəncələr veriblər, elə söyüşlər söyüblər, deyiləsi deyil. Adama deyərlər ki, əgər bu cinayəti törədibsə, sübutlar olmalıdır, ortaya qoyun, niyə işgəncə verirsiz? Deməli, törətmədiyi cinayəti adamın boynuna qoyursunuz. Bunların elədiyi insanlıqdan çıxmaqdır, öz balalarının da başına gəlsin…”
“Nəinki hakim, ümumiyyətlə, qanacaqlı adamlar bu sözü işlətmir”
Qaratel Əhmədovanın sözlərinə görə, 4 azyaşlı övladı var, ən kiçiyinin heç 3 yaşı tamam olmayıb. Onları dolandırmaqda çətinlik çəkdiyini deyən Çaykənd sakininin sözlərinə görə, onu ağrıdan əsas məqam həyat yoldaşının törətmədiyi cinayətə görə cəza çəkməsidir. O vurğulayır ki, əgər Elnur Hüseynovun həqiqətən bu cinayəti törətdiyini bilsəydi, heç bir halda, məsuliyyətdən kənarda qalmasına razılaşmazdı. Çünki söhbət xalasından gedir.
Qaratel Əhmədova deyir ki, xalası ölən vaxt həyat yoldaşı evdə olub. Bunu, hətta kənar adamlar da təsdiqləyir:
“Mənə zəng eləyib xəbər verdilər ki, xalam cücə sexində yanıb ölüb. Həmin vaxt yoldaşım evdə idi. Telefonda bu xəbəri eşidib ağlayanda yoldaşım bu tərəfdən soruşdu ki, “nə olub?” Onun səsini mənə xəbəri verən qardaşım arvadı da telefonda eşitmişdi. Özü də ifadəsində bunu təsdiqləyib ki, həmin vaxt Elnur evdə idi. Çaykəndlə Yevlaxın arası az qala, 200 kilometrdir. Bu necə ola bilər ki, orada hadisə ola-ola yoldaşım evdə olsun?”
Onun sözlərinə görə, telefon anten məlumatları da Elnur Hüseynovun həmin vaxt Çaykənd ərazisində olduğunu sübut edir.
Amma məhkəmə bu sübutları qəbul etməyib. Hakim onun evdə olması haqda həyat yoldaşının, eləcə də Mədinə Əhmədovanın dediklərini nəzərə almayıb.
Qaratel Əhmədova məhkəmə prosesinə sədrlik edən hakim Rəfail Əliyevin davranışından da narazılığını dilə gətirir:
“Ümumiyyətlə, ona hakimlikdən əvvəl necə davranmağı öyrətmək lazımdır. Məhkəmə sahəsinə nəzarət eləyənlər gedib kameraları açsınlar, baxsınlar ki, o cür “hakimlər” vətəndaşları dövlətdən necə narazı salır. Verdikləri qərarlar bir yana qalsın, hələ davranışlarıyla. Hakim məhkəmədə “yaxşı eləyirəm…” sözünü deyər? Ümumiyyətlə, qanacaqlı adamlar bu sözü işlətmirlər. Hələ ki, onların əlində səlahiyyət var, bizim kimiləri əzirlər, bizim də gücümüz Allaha dua eləməyə çatır. Onların da vaxtı gələcək…”
“Ekspert deyir ki, xəsarət aşkarlamamışıq, ittiham veriblər ki…”
Elnur Hüseynovun vəkili Zabil Qəhrəmanov da Şəki Ağır Cinayətlər Məhkəməsindəki araşdırmalardan narazı qalıb. Vəkil Meydan TV-yə bildirib ki, hökmdən apelyasiya şikayəti verəcək. Onun sözlərinə görə, Elnur Hüseynovun müdafiəsilə bağlı qaldırdığı mühüm vəsatətləri məhkəmə təmin etməyib. Müdafiəçi hesab edir ki, Elnur Hüseynov sözügedən qətl hadisəsini törətməyib və bunu təsdiqləyən yetərincə sübutlar var:
“Məhkəmədə ekspertlər dindiriləndə xeyli məsələlərin üstü açıldı. Məlum oldu ki, sexdə sobanın farsunkası olmayıb. Ekspert dedi ki, soba parça-parça olmuşdu. Adi yanğın idisə, yəni Elnur benzin töküb yandırmışdısa, niyə soba parça-parça olmalıydı?”
Elnur Hüseynova qarşı ittihamda onun Səidə Hüseynovaya bıçaqla 4-5 dəfə zərbə vurduğu yazılıb. Amma məhkəmədə dindirilən ekspert Vahid Xıdırov deyib ki, onlar meyiti müayinə edəndə xəsarət müəyyənləşdirə bilməyiblər. Ölümün səbəbi kimi isə yanğın göstərilib.
“Ekspert onu da bildirdi ki, damarlar dolu qanlı idi. Əgər bu adama 4-5 bıçaq zərbəsi vurulubsa, damarlar dolu qanlı ola bilməzdi, qan axmalıydı. Ən əsası, ekspertiza xəsarətləri müəyyənləşdirmədiyi halda, hansı əsasla xəsarət yetirilməsi haqda ittiham verilir? Məhkəmə də o ittihamı təsdiqlədi…”, – Zabil Qəhrəmanov əlavə edib.
Bu hakimlər başqa bir ölüm işində də bənzər hökm çıxarıb
Müdafiəçi deyir ki, bu iş üzrə hökm çıxaran üç hakimdən ikisi başqa bir ölüm işində də əsassız hökm çıxarıb, şəxsi 11 il həbs cəzasına məhkum edib. Həmin hökm Ali Məhkəməyə gedib çıxandan sonra o instansiyadan geri qaytarılıb ki, yenidən araşdırılsın. Söhbət Polad İsmayılovun işindən gedir. Həmin iş hazırda Şəki Apelyasiya Məhkəməsinin icraatındadır.
Elnur Hüseynov məhkəmədə işgəncələrdən şikayətlənərkən o dövrdə Yexlax rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini olmuş Şahlar Cəfərovun adını çəkib. O bildirib ki, polis şöbəsində ona qarşı ağlasığmaz işgəncələrə Şahlar Cəfərov rəhbərlik edirdi.
Yevlaxdan əvvəl iki ilə yaxın Tovuzda eyni vəzifədə çalışan Şahlar Cəfərovun adı bu rayonun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun məhkəməsində də hallanırdı. İlkin Süleymanov da bildirirdi ki, azyaşlının oğurlanıb öldürülməsi cinayətini üzərinə götürməsi üçün polis şöbəsində ona Şahlar Cəfərovun rəhbərliyi altında işgəncə verilib.
Şahlar Cəfərov Tovuzdan öncə isə uzun müddət Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çalışıb. Onun adı 2015-ci ilin noyabrında Nardaranda ilahiyyatçı Taleh Bağırzadə və digərlərin həbsi zamanı onlara, eləcə də bir sıra ictimai-siyasi fəallara verilən işgəncələrdə hallanıb.
Nardaran hadisələrilə bağlı məhkəmədə dindirilərkən Şahlar Cəfərov “bandotdel”də adamlara işgəncə verməsi barədə iddiaları təkzib etmişdi.
Prokurorluq: “İşgəncə təsdiqlənməyib”
Elnur Hüseynovun işgəncəyə məruz qalmasıyla bağlı şikayətinə prokurorluq rədd cavabı verərək, cinayət işi başlamaqdan imtina edib. Hərçənd, şikayətə ekspertiza rəyi, istintaq təcridxanasına daxil olarkən üzərində qeydə alınan xəsarətlərə dair sənəd də əlavə olunub. Amma prokurorluq belə nəticəyə gəlib ki, onun polis idarəsində işgəncəyə məruz qalması haqda dedikləri təsdiqini tapmayıb. //meydanTV//
Tarix: 1-09-2023, 10:00
Bölməyə aid digər xəbərlər
24-07-2023, 08:33
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
25-06-2023, 10:34
ŞAHBUZ: Nə şahlıq yıxılıb... nə vətəndaşa buz kimi münasibət dəyişib... - Hamı özünü Talıbovun dönəmindəki kimi hiss edir...
1-09-2023, 09:00
“Gözümüzü sosial yardıma dikmişdik” - O DA BELƏ...
26-07-2023, 15:27
164 saylı məktəbdə “tətillər” uzana bilər Direktor müəllimləri etiraz aksiyasına vadar edir..?
28-07-2023, 14:03
Cənab Əmrullayev buralara bir göz gəzdirsin... - İTTİHAM VAR!